"Bayquşu qovduq, əmimlə nənəm rəhmətə getdi"- Batil inanclar – VİDEO
Ziyad Abbasov – Xaçmaz rayon sakini: "O vaxtı həyətimizdə ağaca bayquş qonmuşdu. Nənəm dedi ki, uçurtmayın o quşu, bədbəxtlik gətirir. Biz də uçurtduq, ondan qısa müddət sonra əmim gənc yaşında rəhmətə getdi. Sonra yenə həmin quş gəlib həyətimizdə qondu ağaca, yenə uçurtduq, inanmadıq amma qısa müddət sonra nənəm rəhmətə getdi".
Ziyad Abbasovun danışdıqları sadəcə təsadüf də ola bilər. Lakin belə hadisələr insanlarda qədimdən gələn inanclara inamı daha da artırır. İnanclar müxtəlif xalqlarda fərqli formada olur. Məsələn 13 ədədini bir çox xalqlar nəhs rəqəm kimi qəbul edir. Elə bu səbəbdən otellərdə 13 rəqəmli otaq, bəzən mərtəbə belə olmur.
ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.
Ölkəmizdə də bu rəqəmə həssas yanaşan insanlar çoxdur. Yəqin elə bunu nəzərə alıb avtomabillərin seriya nömrləri sırasından 13-ü çıxardıblar. Diqqət etsək görərik ki, 1-dən 72-yə qədər rəqəmlər ardıcıllıqla sıralanıb yalnız 13-dən başqa.
Yaşından , təhsilindən, dinindən asılı olmayaraq inanclara ciddi riayət edən insanlar çoxdur. Məsələn kimisi gecə saatlarında borca pul verməz, evdən çıxarkən unutuğu əşya üçün əsla geri qayıtmaz, qarşısından qara pişik keçərsə yolunu oradan davam etməz və s.
Xaçmaz rayon sakini: "Kim necə düşünürsə, düşünsün, kim necə başa düşürsə, düşsün amma mən bunu deyəcəm. Mənim sağ əlim qaşınanda pul gəlir, sol əlim qaşınanda pul itirirəm".
Psixoloqlar bildirir ki, bu inam insanın tərbiyə aldığı ailədən və mühitdən irəli gəlir. Elə ailələr var ki, sadalanan məqamlara ciddi əməl edilir.
Mehriban Mütəllimova – Psixoloq: "İnancların inanılması da insandan insana görə dəyişir. Bu bir növ insanın özünümüdafiə xarakteri daşıyır. Çünki uşaq vaxtlarından onların şüuraltına yeridilir ki, belə bir inanclar var".
Bəzi insanlarda inam o qədər güclüdür ki, inancların doğru olub olmadığını sınamağa belə cürət etmir. Lakin iradə ilə düşüncə tərzini dəyişmək və illərlə gələn bu vərdişlərin anlamsız olduğunu sübut etmək olar.
Məsələn qoz ağacının altında yatan insanın cinlərin vurması nəticəsində halının pisləşməsi fikri savadsız insanların ifrat şişirtməsidir. Qoz ağacının oksigeni udub karbon qazı buraxdığı heç kimə sirr deyil. Odur ki, istənilən insan onun çətiri altında müəyyən müddət qalsa tənginəfəs olma ehtimalı yüksəkdir. Bu prosesdə cinin və ya hər hansı bir qeyri müəyyən varlığın heç bir rolu yoxdur.
İslam dinidə də batil inanclar qəbul edilməzdir. Dini cəhətdən bu inanclar köksüz və əsassızdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2016 Tarix: 03 oktyabr 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788