Gəncədə şəhid olan polisin ailəsindən Prezidentə müraciət - MƏTN

Gəncədə şəhid olan polisin ailəsindən Prezidentə müraciət - MƏTNÖtən ilin iyul ayında Gəncə şəhərində baş verən iğtişaşlar zamanı hadisə yerində olan və orada iğtişaşçılar tərəfindən öldürülən polis polkovnik-leytenantı Səməd Abbasovun ailəsi Prezident İlham Əliyevə müraciət edib.

Polisin ailəsi müraciətində bu işə görə tutulan şəxslərin yaxınlarının aksiyalarına etiraz edərək cinayətdə əli olanlara güzəşt edilməməsini istəyib:

"Hörmətli, cənab prezident!

Biz 2018-ci ildə Gəncə iğtişaşlarını törədən cinayətkarlar tərəfindən qətlə yetirilən polis zabiti Səməd Abbasovun ailəsi adından Sizə müraciət edirik. Hadisələrin gedişatı, gördüklərimiz, müşahidə etdiklərimiz bizi dərdimizi söyləməyə məcbur etdi. Gəncə hadisələrinə görə baş verən məhkəmə prosesinə biz başından qatılmadıq. Düşündük ki, dövlət bu işdə ədalətli olacaq və məhkəmələr ictimai vicdanı rahatladan qərarlar qəbul edəcəklər. Biz bugünədək qanunlara, haqq-ədalətə söykənərək dərdimizi, acımızı çəkməkdə, səbrlə günahkarların layiqli cəzalarını almalarını gözləməkdəyik. Amma bu gün hadisələr elə dövr edir ki, artıq susa bilmirik! Şəhid polislərin ruhuna bir qrup şəxs tərəfindən hörmətsizlik edilməsinə dözə bilmirik!

Biz hər bir ananın fəryadını anlayır, onların dərdini başa düşürük, heç kimi də ittiham etmək istəmirik. Amma bu gün biz Gəncədə qanunları tapdalayan, iğtişaş törədən, qan tökülməsində təqsirli bilinərək həbs olunan şəxslərin analarının, bacılarının küçələrə çıxaraq onların həbsdən azad olunmasını tələb etdiklərini görürük. İndi biz sual edirik: doğrudanmı bir insanı, bir ailə başçısını və ən nəhayət dövlətin keşiyində duran igidi amansızlıqla öldürmək bu qədər asandır və həqiqətənmi bu, günah sayılmır? Bu günahı, bu ağır cinayətin üstünü ört-basdır etmək bu qədərmi asandır?

Bu gün məhkəmə zallarında, küçələrdə hay-küylə nəyəsə nail olmaq istəyən, oğullarının, əzizlərinin həbsdən azad olunmasını tələb edən analara, bacılara üzümüzü tutaraq soruşmaq istəyirik: siz elə bilirsiniz öldürülən polislərin ailəsi, anası, bacısı yoxdur? Heç təsəvvür edirsiniz ki, qətlə yetirilən polislərin doğmaları cinayətkarların mühakiməsi uğrunda haqlarını tələb etsə nələr olar? Və sizə üzümüzü tutaraq bildirmək istəyirik: iğtişaşları törədənlər özlərini Gəncə sakinləri elan edir, amma biləsiniz ki, əsl gəncəlilər heç bir zaman qanunları və insanlığı bu cür ayaqlar altına atmaz!

İndi biz bilmək istəyirik, bu polisləri doğulub boya-başa çatdıqları Gəncədə kimlər öldürdü? İstintaq və məhkəmə araşdırdımı ki, hadisələrin baş verdiyi gün ətraf rayonlardan Gəncəyə gələnlərin məqsədi nə imiş? Ya da araşdırıldımı ki, polisləri amansızlıqla qətlə yetirən qatilin hadisə yerindən qaçırılmasına, gizlədilməsinə və himayə edilməsinə kimlər səbəb olub? Bütün mənalı ömürlərini asayişi qorumağa həsr edən bu iki yüksəkrütbəli polis zabitlərini kimlər, kimlərin və hansı daxili, ya da xarici qüvvələrin təsiri və sifarişi ilə qətlə yetirdilər? Kimlər onların dərhal yaralarının sarılmasına əngəl oldu? Kimlər yaralı polisləri vurdular, təpiklədilər – hamısı cəzalandırıldımı?

Cənab Prezident!

Bir dövlət başçısı kimi Sizə müraciət edərək ədalət naminə səsimizə səs verməyinizi, Gəncədə qətlə yetirilən polislərin qanının yerdə qalmasına aman verməməyinizi xahiş edirik!
Səməd Abbasov və İlqar Balakişiyev hər bir zaman asayişin, qanunların keşiyində durmuşlar. Ona görə də, hər iki polis zabitinin qatillərinin də qanunlar çərçivəsində mühakiməsini tələb edirik. Gəncədə meydanda polislərə güzəşt edilmədi! Bu gün də cinayətdə əli olan heç bir kəsə güzəşt edilməməlidir!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1263   Tarix: 20 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Müğənni Günay makyajsız şəklini paylaşdı

Müğənni Günay İbrahimli makyajsız halı ilə gündəmə gəlib. BİG.AZ xəbər verir ki, o, İnstaqram sosial şəbəkəsində paylaşıb:. "Bəzən yol qət etmək üçün qaçmaq yox, dayanmaq gərəkdir. Yolumuz uzun". İfaçının fotosu çoxsaylı bəyənmə yığaraq, sevənləri tərəfindən xoş sözlər yazılıb

17:30 145
.

Ögey atasını öldürmüşdü, cəza verilmədi

Ögey atasını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Elgün Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan araşdırma zamanı müttəhimin hadisəni törədərkən anlaqsız vəziyyətdə olması sübut olunub. Prokuro

12:23 542
.

Paşinyan 44 günlük müharibəni administrasiyasının ən mühüm uğursuzluğu kimi qiymətləndirib

Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni administrasiyasının ən mühüm uğursuzluğu kimi qiymətləndirib. xəbər verir ki, o bunu mayın 7-də keçirdiyi mətbuat konfransında deyib. Baş nazir 44 günlük müharibədən qaçmağın niyə mümkün olmadığını izah edib. "2018-ci ildən Dağlıq Qarabağd

07.05.2024 313
.

Səidədən Aygün Bəyləri təhqir edən Ləmana cavab

Xəbər verdiyimiz kimi, tiktoker Ləman Vəliyeva mərhum Əməkdar artist Aygün Bəyləri təhqir edib. Axşam.az-ın məlumatına görə, bununla bağlı paylaşım edənlər arasında müğənni Səidə Sultan da yer alıb. Səidə bildirib ki, tiktoker bu sözlərlə Azərbaycan musiqisini təhqir edib:. "Gərək belə məqamlard

11:34 860
.

Ana 4 körpəsini soyuducuda dondurdu

ABŞ-da 4 körpəsini donduran 69 yaşlı qadın həbsxanadan qaçıb. xarici KİV-ə istinadla bildirir ki, yeni doğulmuş uşaqların qalıqları 2022-ci ildə onun Bostondakı mənzilində aşkar edilib. Soyuducuda folqa ilə bükülmüş ayaqqabı qutularına rast gəlinib. Onların içində körpələr olub. Araşdırma zamanı məlu

17:42 144
.

DİQQƏT: Azərbaycanda dönərdən zəhərlənənlərin sayı KƏSKİN ARTDI - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb. APA-nın məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb. Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir. Qeyd edək ki, məsəl

07.05.2024 867
.

Dönərdən kütləvi zəhərlənmə bu səbəbdən baş verib - Rəsmi açıqlama - Video

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov İTV-yə açıqlamasında hadisənin sanitar-gigiyenik normaların pozulması səbəbindən baş verdiyini bildirib

16:24 293
.

Con Svinni Şotlandiyanın baş naziri oldu

Şotlandiya Milli Partiyasının yeni lideri Con Svinni səsvermədə iştirak edib. BİG.AZ xəbər verir ki, o, Şotlandiyanın yeni baş naziri olub. Qeyd edək ki, Con Svinni Həmzə Yusafın yerinə keçib. C. Svinni ölkənin keçmiş maliyyə naziri olub. Liderlik yarışında digər üç namizəd 31 səslə Duqlas Ross, 22 səsl

12:13 124
.

"Bu səmimilik deyil, sırtıqlıqdır"

"Sənətə qulluq edirsənsə, əgər sənin müəyyən qədər tamaşaçı kütlən varsa, onları arxanca apara bilirsənsə, mütləq danışığına fikir verməlisən". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov "Rəngarəng səhər" proqramında deyib. O, özünü səmimi adlandıran və efird

07.05.2024 664