Azərbaycanda bir ailə ağır qəzaya düşdü, 4 yaşlı uşaq öldü

Azərbaycanda bir ailə ağır qəzaya düşdü, 4 yaşlı uşaq öldü

Masallı rayonunda ağır yol qəzası baş verib.

BiG.AZ trend-ə istinadən xəbər verir ki, rayonun Köhnə Alvadı kəndində kənd sakini Əliyev Müzəffər Əli oğlu idarə etdiyi "Volvo" markalı avtomobillə hərəkətdə olarkən Cəlilabad rayon sakini Zeynalov Vilayət Bəşir oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "VAZ 2106"nın sürücüsü, həyat yoldaşı Zeynalova Bənövşə Aydın qızı, övladları Zeynalov Sahil Vilayət oğlu və Zeynalova Tamara Vilayət qızı xəstəxanaya yerləşdirilib.

Zeynalov Sahil Vilayət oğlu xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 318 Tarix: 16.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər