Diş çəkdirməzdən öncə neyləmək lazımdır? - Həkim məsləhəti - VİDEO - FOTO

Diş çəkdirməzdən öncə neyləmək lazımdır? - Həkim məsləhəti - VİDEO - FOTODiş çəkdirməzdən öncə müayinə aparılmayıb.

BiG.AZ ARB TV-yə istinadən xəbər verir ki, paytaxtda, eləcə də bölgələrdə özəl stomatoloq kabinetləri, diş klinikaları günü-gündən artmaqdadır. Belə demək mümkünsə, müştəri cəhətdən də korluq çəkdiklərini qətiyyən demək olmaz. Bəlkə də elə pasientlərin çoxluğundandır ki, bəzi stomatoloqlar qaş düzəltmək istədikləri yerdə vurub gözü də çıxardırlar.

Sakin: "Bir dəfə bir klinikada olanda ürək döyüntülərim çox artıb. Diş çəkdirməzdən öncə müayinə aparılmayıb, heç "prob" da qoyulmamışdı".

Sakin: "Sadəcə olaraq, iynə vurulub və dişimi çəkiblər, əlavə heç nə olmayıb".

Sakin: "Keyləşdirici vurmuşdular, özümü pis hiss etdim, əhvalım pisləşdi. Həkimlər müdaxilə etdi, dərman verdilər, özümə gəldim".

Mütəxəssislər deyirlər ki, pasientlərin əksəriyyət diş çəkilməsini, müalicəsini sadə prosedur hesab edir. Bu isə bəzən xoşagəlməz hallara səbəb olur.

Cavidan Zeynalov - Həkim-stomatoloq: "Düzgün yanaşmırlar. Xalqımız fikirləşir ki, əşşi dişdir də, getdim həkimə iynə vurdu, çəkdi qutardı. Amma dişin çəkilməsi çox böyük bir əməliyyatdır. Gepertanik, ürək-damar xəstəliyi olan pasiyentlərə yanaşma daha diqqətli olmalıdır. Həkim mütləq bilməlidir ki, bu xəstədə filan göstəricilər var, bu göstəricilərə görə biz bu manipulasiyanı edə bilərik, yoxsa yox".

Həkim deyir ki, bütün lazımı tədbirlər görülsə belə, bəzi hallarda keyidici iynələr orqanizmdə şok yarada bilir. Ona görə də hər bir stomatoloji kabinetdə lazımi şərait olmalıdır. Yəni, halı pisləşən pasienti özünə gətirmək, ölüm hadisəsinin qarşısını almaq üçün avadanlıqlardan tutmuş tibbi personala kimi hər kəs hazır olmalıdır.

Vaqif Nəbiyev - Anestezioloq: "Birinci elə klinikalara müraciət etməlisiniz ki, orda anestezioloq, reanimatoloq otursun. Bundan başqa, hər bir klinikada defebrlyator, oksigen olmalıdır. Biz min nəfərdən mininə də bu qayğını göstərsək, ölüm də olmaz".

Qeyd edək ki, dünən diş çəkdirərkən vəfat edən 41 yaşlı Arif Məlikovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə olunub. Onu şok vəziyyətinə salan səbəbin nə olduğu hələ açıqlanmır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1198   Tarix: 14 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261