Adını dəyişdi, nazir müşaviri oldu...10 min insanın gözü qarşısında asıldı - "Mossad"ın ən məşhur kəşfiyyatçısının FİLM KİMİ HƏYATI

Adını dəyişdi, nazir müşaviri oldu...10 min insanın gözü qarşısında asıldı - "Mossad"ın ən məşhur kəşfiyyatçısının FİLM KİMİ HƏYATIŞərqin Ceyms Bondu (Eli Koen) Bu şpion prezidentləri aldadıb, ərəb generallarla dostluq edib, "Mossad"a işlədi.

Tarixdə müharibənin taleyini həll edə bilən qeyri-leqal kəşfiyyatçılar az olmayıb.

"Ölkə.Az" xəbər verir ki, bunlardan biri də Eli Koendir. İsrail kəşfiyatının əməkdaşı olan Eli Koen Suriya rəhbərliyinin etimadını qazanaraq, generalitetlə dostluq edərək, illərlə Suriyanın ən məxfi məlumatlarını öz ölkəsinə ötürüb. Məhz sionist kəşfiyyatçının fəaliyyəti nəticəsində İsrail məşhur "Altı günlük" müharibədən qalib çıxıb.

Yaxın Şərqin Ceyms Bondu Eli Koenin həyat yolu və fəaliyyəti İsrailin gələcək qəhrəman oğlu İsrail dövləti və "Mossad" mövcud olmadığı bir zamanda , 1924-cü ildə dindar yəhudi ailəsində dünyaya gəlib. Ailədə Elidən başqa daha 7 uşaq olub. Onu ailəsi İsrail dövləti yaranan kimi ora köçüb. 25 yaşlı Eli isə ailəsi ilə getməyərək, Misirdə qalır. Buna baxmayaraq Eli uşaq yaşlarından sionist və Yəhudi dövlətinin yaranma ideyasının tərəfdarı olub.

Eli Koen ailələri köçdükdən sorna İsgəndəriyyədə 6 il yaşayaraq İsrail kəşfiyyatından verilən tapşırıqları yerinə yetirib.
Misir xüsusi xidmət orqanları Eli Koenin rəhbərlik etdiyi şəbəkəni ifaç edən zaman, o, özünün günahsız olduğunu sübut edib. Bildirib ki, sadəcə yaşadığı mənzili tanış yəhudilərə kirayəyə verib. Onların orada hansı işlər gördüyündən məlumatı olmayıb.

E.Koen kəşfiyyat məktəbini bitirərək 1955-ci ildə İsrailə köçür və burada fəaliyyətə başlayır. Süveyş böhranı zamanı xüsusi xidmət orqanlarının nəzarəti altına düşən E. Koen ölkəsinin xeyrinə iş görə bilmir. Nəticədə Misirlə münasibətlərin pozulması nəticəsində oradakı yəhudilərin əksəriyyəti İsrailə köç etməli olurlar.

Koen bundan sonra xarici kəşfiyyatda işləməyi qərara alır. Onu ilk anlarda "Mossad"da işə götürmürlər. Bu zaman o univermaqda mühasib işinə düzəlir və 1959-cu ildə iraqlı bir yəhudi qızla evlənir. Onu da qeyd edək ki, Koen ingilis, fransız və ərəb dillərini bilir. Bununla yanaşı onun çox yaxşı fotoqrafik yaddaşı olub.

"Mossad" onu sıralarına qəbul etməsə də, kəşfiyyat onun xidmətini yaddan çıxarmadığı üçün hərbi kəşfiyyat Koenin xidmətindən yararlanmaq qərarına gəlir. Hərbi kəşfiyyat sıralarına daxil olduqdan sonra "Mossad" a keçid edir. Nəhayət, Koen 1960-cı ildən etibarən "Mossad"ın agenti kimi məşqlərə başlayır. 9 ay müddətində ona mürəkkəb radiotexnika, şifrələrlə və digər hərbi texnikalarla bağlı məsələləri öyrədirlər. Ona eyni zamanda Suriya ərəblərinin dialektində danışmağı da öyrədirlər. Ona adını unutmaqnvə tamamilə başqa bir insan olmaq tapşırığı verilir. Ailəsi ilə vidalaşan Koen Argentinaya uçur. Hansı ki, XIX əsrdə orada böyük ərəb icması formalaşıb. Eli Koen Sürixdən Buenos-Ayresə gələn artıq Kamil Amin Taabet kimi gəlir. O, valideynləri tərəfindən böyük həcmdə varidatı olan bir suriyaəsilli biznesmen kimi gəlir. Qısa zamanda ispan dilini də öyrənən kəşfiyyatçı ətrafındakıları tez bir müddətdə inandırmağa çalışır ki, guya o, 15 ildən çoxdur Latın Amerikasında yaşayır. Taabet mütəmadi olaraq evində qonaqlıqlar təşkil edir. O, bir il ərzində ərəb diasporasının rəhbərləri ilə yaxşı əlaqəyə girə bilir. Koen qısa zamanda özünü iş adamlarına, diplomatlara, jurnalistlərə, ən əsası da suriyalı hərbçilərə sevdirə bilir. Argentinaya dostlarının və qohumlarının yanına gələn suriyalı hərbçilər onu daha çox sevməyə başlayır. Gənc milyonçu tez bir zamanda "Baas" partiyasının üzvü və zabiti Amin əl-Hafizlə dostlaşır. Amin əl-Hafiz həmin dövrdə Argentinada Suriyanın hərbi atteşesi olub. 1963-cü ilin martında basistlər Suriyada hərbi çevriliş həyata keçirir. Amin əl-Hafiz də inqilabın liderlərindən biri olduğundan onu Suriyanın prezidenti seçirlər.

Amin əl-Hafizin prezident seçilməsi ilə israilli kəşfiyyatıçının qarşısında qoyulan hədəflərə nail olub və tapşırıqları yerinə yetirmək üçün "yaşıl işıq" yanır. Belə ki, Amin əı-Hafiz prezident seçildikdən sonra gənc milyonçunun vaxtının çoxu Dəməşqdə keçir. Demək olar ki, gənc milyonçu ilin çoxunu burada yaşamalı olur.

Taabet Suriyanın siyasi elitasının etimadını qazandığından "Baas" Partiyasının qurultaylarında iştirak edir, çıxışların stenoqrafiyasını hazırlayır və kluarlardakı söhbətləri diqqətlə izləyir.

O, Dəməşqdə Prezident qonaq evi və Ordu Baş qərargahı ilə üzbəüz mənzil kirayə tutur. İsrailli kəşfiyyatçı bu otağından Suriyanın yuxarı eşalon hərbçilərini və siyasilərini rahat izələyə bilir. O, eyni zamanda bu otağından hansı otaqlarda daha çox müzakirələr və bunun nə qədər çəkdiyni getdiyini də rahatca izləyə bilib.

İsrail kəşfiyyatçı Dəməşqdə də olarkən Argentina praktikasından istifadə edərək qısa zamanda xeyli insanla əlaqələr qurur. O, əsasən suriyalı yuxarı çinli zabitləri ordu Baş qərargahının zabitləri ilə dostluq edir. Argentinada olduğu kim, yenə də evində mütəmadi olaraq ziyafətlər təşkil edir. Həmin ziyafətlərdə spirtli içkilər verildiyindən zabitlər nə gəldi, uzun-uzadı danışıblar. Koen Suriya siyasi və hərbi elitasının etibarını qazandığından qısa bir müddətdən sonra müdafiə nazirinin müşaviri təyin olunur. Baxmayaraq ki, ərəblər bu faktı indi inkar edirlər.
Kamil Amin Taabet öz istedadı nəticəsində onlarla hərbi obyektin fotosunu çəkərək, onların yerini yadında saxlayır. Bundan əlavə olaraq dövlətin gizli sirrlərini öyrənir. Əldə etdikləri məlumatları şifrələnmiş formada portativ radiötürücü vasitəsi ilə İsrailə ötürüb. O, yazılı məktubları isə gözəgörünməyən qələmlərlə yazaraq göndərib. Cavabları və yeni tapşırıqları isə müxtəlif yollarla, o cümlədən radio vasitəsi ilə "oxucuların xahişi ilə mahnılar" adı altında alıb. Koenin dəyərli məlumatları əsasında 3 il ərzində İsrail dövləti öz mövqelərini və təhlükəsizliyini möhkəmlətmiş olur. Koen 1964-cü ildə daha bir ciddi məlumat yollayır. O, Suriyanın İordan çayının məcrasının dəyişdirilməsi barədə planlarını İsrailə çatdırır. Suriya bu yolla İsrailin əsas su ehtiyat mənbəyindən məhrum etmək istəyirmiş. Məhz əldə edilən bu məlumatdan sonra İsrail Hərbi-Hava Qüvvələri Suriyanın bu planının qarşısını almaq üçün İordan çayında iş aparan texnikalarını bombalayaraq məhv edib.

Məhz Koenin sayəsində İsrail suriyalı generallar haqqında, hərbi texnikası, o cümlədən SSRİ-dən aldıqları hərbi texnikalar, onların harada və hansı məqsədlər üçün istifadə edilməsi barədə geniş bilgilər əldə ediblər. Kəşfiyyatçı eyni zamanda nasist cinayətkar Frans Rademarxın harada yaşadığı barədə Təl-Əvivə məlumat verir. Koen onun harada olması barədə təsadüfən eşidib və bu məlumatı də dəqiqləşdirdikdən, onun barəsində geniş məlumat əldə etdikdən sonra İsraili də xəbərdar edib. Onun məlumatlaır əsasında Radenraxı ifşa edərək cəzalandırırlar.

Koenin İsrailə ən böyük xidmətini isə Colan təpələri münaqişəsində göstərir. Suriyalı generalların və siyasətçilərin etimadını qazanan Koen mütəmadi olaraq Colan təpələrinə gedərək oradakı hərbi obyektlər, mövqelər barədə məlumat əldə edib. O, hətta oradakı gizli artileriya mövqelərin və bunkerlərin ətrafında evkalipt əkməyi tapşırıb ki, guya bununla həm düşməndən gizləmək, həm də sərinləşək üçün istifadə etsinlər.

İsrailli kəşfiyyatçının bu ideylarına qulaq asan suriyalılar qısa zamanda Colan təpələrində sərinlənmək üçün "yaşıl adacıqlar" yaratdılar. 1968-ci ildə İsrail Hərbi-Hava Qüvvələri məhz həmin "yaşıl adacıq"lara bomba zərbələri endirdi. Hansı ki, bu təpələrdən İsrail dövləti əl içi kimi görünür. Koenin planı əsasında həyata keçirilən Colan təpələri indiyədək də İsrailin nəzarətində olan və iki dövlət arasında mübahisəli ərazi kimi qalır. Lakin Koen İsrailin Colan təpələrindəki qələbəsini görə bilmir.

Koen Suriyada olduğu müddət ərzində cəmi 3-4 dəfə İsraildə ola bilir.
Koen Əhməd əl-Suveydani kəşfiyyat komandiri olduqdan sonra ümumiyyətlə, Suriyaya dönmək istəməyib. Çünki Suveydani Koenin şəxsiyyətinə qarşı fərqli mövqedə aaln adam olub. Ona görə də Koen ondan hər zaman həyatına təhlükə gözləyib.

Suveydandan başqa digər suriyalıların aralarında agentin olması barədə şübhələri var idi. Ancaq onun kim olduğunu bilmirdilər. Kəşfiyyat yoxlama qaydaları əsasında Koenin əsl siması bəlli olur və o, ifşa olunur.

Onun evində həyata keçirilən yoxlamalar zamanı partlayıcı maddələr, növbəti prezidenti fotoları, kəşfiyyat xarakterli məlumatlar aşkar edilərək götürülür. Digər tərəfdən onu Misir xüsusi xidmət orqanlarının əməkdaşları tanıyır.

Onu saxladıqdan sonra dörd həftə ərzində işgəncə verilir. Sonra hərbi məhkəməyə vəkilsiz çıxarılır. Məhkəmə onun barəsində ölüm hökmü oxuyur və o may ayında Dəməşq meydanında 10 min insanın gözü qarşısında edam olunur. O, 6 saat asılı vəziyyətdə qalır. Koenin sonrakı taleyi barədə heç bir məlumat yoxdur. "Mossad" onun cəsədini tapa bilməsin deyə, harada dəfn edilməsi barədə məlumat verilmir. "Mossad" sadəcə onun saatını başqa bir ölkədə auksionda satılarkən tapır və alır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1406   Tarix: 09 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001