Patomimiya: özünə xəsarət yetirən insanlar – Səbəblər, müalicə

Patomimiya: özünə xəsarət yetirən insanlar – Səbəblər, müalicəHər bir insan həyatında bir dəfə də olsun elə bir vəziyyətə düşür ki, çarəsizlikdən intihara cəhd edə bilməsə də, özünə xəsarət yetirir.

Bu, xüsusilə ağır psixi durumlarda, depressiyalarda biruzə verir.

Ruhi əziyyətini azaltmaq üçün, özünü cəzalandırmaq və daxilindəki acını zahiri ağrı ilə soyutmaq üçün bu insanlar bədənlərinə zərbə vurur: kəsir, cızır, döyür, göyərdir, dərini qopardır və s.

Patomimiya adlanan bu hal bir növ insanın özünü azad hiss etməsi, yığılmış gərginliyi çıxarmaq istəyinin təzahürüdür.

Amma bu əslində heç də yüngülləşdirici təsir göstərmir, şəxsiyyətin parçalanması və dağılmasını sürətləndirir, insanı daha aciz duruma salır və getdikcə təşviş, qorxu, gərginlik artır.

Sanki narkotik kimi, özünə xətər yetirmə hissi hər dəfə daha güclü zərbə tələb edir. Ən sonunda isə intihara əl ata bilir.

BiG.AZ medicina-ya istinad'n patomimiyanın səbəbləri. kimlərdə daha çox rast gəlinməsi və çıxış yollarını təqdim edir.

Patomimiya- tibdə psixogen dermatozdur. Xəstə saçına, dərisinə, dırnaqlarına, bədən səthinə stresin təsirindən zərər yetirir.
Yer üzündə 10 % insan hirsini, nifrətini, çıxılmaz durumunu bu yolla çıxarır. Daha çox aşağı sinif şagirdləri, yeniyetmələr, gənc qızlar, hamilə qadınlar arasında rast gəlinir. Kişilər 30 yaşdan sonra nadir halda belə hərəkət edir.

Pasiyent autoaqressiyadan istifadə edərək özünü düşmənlərindən, ona acı yaşadan insan və cəmiyyətdən təcrid edir.

Əlamətləri:

-İnsan üzünü, qollarını, ayaqlarını, qarının dırnaqları ilə cızır, iti əşya ucu ilə cızıqlar atır, saçlarını qoparır, yeyir, dırnaqlarını dibinə kimi gəmirir, dodağını qanayana kimi dişləyir, dərisini sıyırır, qanadır, deşir və s.
-Digər əlamət, xəstə elə hesab edir ki, onda sağalmaz dəri xəstəliyi var və tez-tez onu yuyur, spirtləyir, sürtür, baxır.
-Bu pasiyentlər uzun qol geyim geyinir, izləri qolbaq və digər vasitələrlə gizlətməyə çalışır

Yaranma səbəbləri:

İnsan psixikasının qəribəliyi və müxtəlifliyidir. Psixoloji travma, uğursuzluq, çıxılmazlıq, depressiya, nevroz və s. İnsanın ruhunu fiziki tarazlığından ayıran istənilən səbəblər. Hiperhəssaslıq, infantillik, emosional gərginlik və zəiflik.

Problem narkotika və içkidən istifadə edən gənclərdə də çox olur.

Diqqətdən kənar qalmış, fikrini istəyini çatdıra bilməyən uşaqlar da valideynlərin diqqətini çəkmək, qayğı görmək və ya özünə sərfəli bir şeyi əldə etmək üçün ixtiyari və ya qeyri-ixtiyari bu yola əl ata bilir.

Ağır xəstəliklər:

-Şizofreniya, hallüsinasiya görmək, sinir sisteminin neyroinfeksiyası, beyində şişlər, insult, beyin kəllə travmasından sonra da bu hal yaşana bilir.

Müalicə

Yalnız psixoteravtin təyin etdiyi dərman müalicəsi ilə. Əgər vaxtında müalicə olunmasa bura ikincili infeksiya da qoşula bilər, irinli ocaqlar yaranır, toxumalarda çapıqlar, dırnaqların deformasiyası, başda keçəllik, alopesiya və s.

Psixoterapevt seanslarla xəstəyə özününəzarəti və vaxtında dayanmağı öyrədir. Xəstə gündəlik yazır, rəsm çəkir, eləcə də düymə və ya təsbeh və təsbehə bənzər vasitələrlə diqqəti cəmləməyi öyrənir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 897   Tarix: 09 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113