Bill Qeytsi kölgədə qoyan 10 məşhur milyarder

Bill Qeytsi kölgədə qoyan 10 məşhur milyarderBir çox insan tarixin ən zəngin insanlarının 21–ci əsrdə yaşadığını düşünür.
Bill Qeyts və ya Uorren Baffet kimi milyarderlər misal olaraq göstərilir. Lakin son min il ərzində yaşamış daha zəngin tarixi şəxsiyyətlər olub.

"Business Inside"nin apardığı araşdırmaya istinadən son min ilin 10 ən zəngin adamlarını sizlərə təqdim edirik.

1. Kornelius Vanderbilt – 185 milyard dollar

ABŞ tarixinin ən məşhur iş adamlarından biri olan Kornelius Vanderbilt 1800-cü illərdə qurduğu dəmir yolları və nəqliyyat xətləri sayəsində zəngin olub. Onun ən uğurlu işləri isə vətəndaş müharibəsindən sonraya təsadüf edir. O vaxt dəmir yolları geniş yayılıb, beləcə iş adamının sərvəti 185 milyarda çatıb.

2. Henri Ford - 199 milyard dollar

ABŞ biznesinin aparıcı isimlərindən biri olan Henri Fordun 200 milyard dollarlıq şəxsi varidatı olub. O, "Ford Motor Company" şirkətinin qurucusudur. Onu məşhur edən təkcə bir şirkət yaratması deyil, həm də avtomobil istehsalında inqilabi yeniliklər etməsi olub.

3. Muəmmər Qəzzafi – 200 milyard dollar

Liviyanın keçmiş diktatoru Qəzzafinin adını hər kəs eşidib. 42 illik səltənətində sərvətini 200 milyard dollara çatdıran Qəzzafi Liviyadakı böyük layihəsi ilə tarixə düşüb. Bəzi ekspertlərin fikrincə, "bəşər tarixində ən böyük suvarma layihəsi" olan böyük texnoloji layihə Qəzzafi dövründə qurulub. Liviyanın dəmyə torpaqlarını su ilə qovuşduran bu kanallar vasitəsilə hər gün 6,5 kubmetr içməli su verildiyi məlumdur. 200 milyard dollarlıq sərvəti və böyük büdcəli layihələri ilə siyahıya daxil olan Qəzzafi 2011-ci ildə vətəndaş müharibəsində devrilib. Oktyabrın 20-də üsyançılar Qəzzafini vəhşicəsinə öldürüblər.

4. Kral Uilyam – 209-229 milyard dollar

1066-cı ildə Normandiyalıların işğalından sonra taxta keçən ingilis kral Uilyamın varidatı təxminlərə və bugünkü məzənnəyə görə, 209-229 milyard dollara ekvibvalent olub.

5. Cekob Fagger – 221 milyard dollar

Cekob Fagger siyahıdakı digər şəxslər qədər məşhur olmasa da, onlardan daha zəngin olub. 221 milyardlıq sərvətə sahib olan Fagger bunu bankçılıq və ticarətdəki bacarıqlarına görə qazanıb. O, 1459-cu ildə Almaniyada dünyaya gəlib və 1525-ci ildə də doğulduğu şəhərdə vəfat edib.

6. Mir Osman Əli xan – 230 milyard dollar

Mir Osman Əli xan adlı milyarder haqqında bir çox insan məlumatsızdır. Əli xan Hindistanın Haydarabad əyalətinin idarəçisi olduğu vaxtlarda 230 milyard dollar sərvətə sahib olub. 37 illik rəhbərliyi dövründə təhsilin, dəmir yollarının və elektrik xidmətlərinin inkişafı üçün çalışıb.

7. II Nikolay Romanov (Rusiya imperiyasının sonuncu imperatoru) – 300 milyard dollar

II Nikolay 300 milyard dollarlıq bir sərvətə sahib olub. Onun bu sərvətinin qaynağı isə sahib olduğu torpaqlar, sənaye malları və ticarət idi. Çar II Nikolay ölümündən sonra Rusiya Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan edilib. 1918-ci ildə bolşevik liderlərin gizli qəbul etdikləri qərarla iyulun 16-dan 17-ə keçən gecə II Nikolay, həyat yoldaşı Aleksandra, qızları Olqa, Tatyana, Mariya, Anastasiya və oğulları Aleksey saxlanıldıqları evdə qətlə yetiriliblər.

8. Endryu Karnegi – 310 milyard dollar

Son dərəcə güclü və zəngin iş adamı olan Endryu Karnegi Şotlandiyada kasıb bir ailədə dünyaya gəlib. Ailəsi 1840-cı ildə Amerikaya köçüb. Endryu gənc yaşlarında kiçik bizneslərlə başlayıb, böyük şöhrətə və pula sahib olub. 310 milyard dollarlıq sərvətə sahib olan iş adamı daha çox xeyirxah işləri ilə tanınıb. O, tarixin ən böyük xeyriyyəçisi olaraq tanınır.

9. Con Devidson Rokfeller – 340 milyard dollar

Rokfeller 1839-cu ildə Nyu-Yorkda dünyaya gəlib. ABŞ-ın ən böyük neft şirkətlərindən biri olan "Standard Oil Company"nin qurucusudur. Həyatda olduğu dönəmdə Çikaqo və Rokfeller universitetlərini inşa etdirib. Eyni zamanda böyük xeyriyəçi kimi də tanınan Rokfeller 97 yaşında vəfat edib.

10. Mansa Musa – 400 milyard dollar

Bu günə kimi onun sərvətinin üstələyən başqa zəngin adam olmayıb. Qərbi Afrikada qurulan Mali imperiyasının hökmdarı olmuş Mansa Musa dünya tarixinin ən zəngin adamı sayılır. O bu ünvanı günü bu gün də qoruyur. 1280-ci ildə dünyaya göz açan milyarderin 400 milyarddan çox sərvəti olub.

Yaşadığı dövrdə məscidlər,məktəblər inşa etdirib. Qızılını, pul-parasını sarayında saxlayan bir çox hökmdarlardan fərqli olaraq, Musa sərvətinin, demək olar ki yarıdan çoxunu yanında gəzdirirdi. Onun karvanında 60 min kişi və əlavə olaraq 1200 qul olurdu. Qullardan sadəcə 500 nəfəri Musanın qızıllarını daşıyırdı. Ayrıca olaraq karvanda, hər biri 135 kq qızıl daşıyan 80 yüklü dəvə də olurdu. Məkkə ziyarətinə gedib çatana kimi bu qızılları pulları yol boyu gördüyü yoxsul insanlara paylayırmış. Musa insanlara etdiyi yaxşılıqlarla və zənginliyi ilə tanınıb. (Musavat.com)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1212   Tarix: 08 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185