Sevgilisinə görə ailəsini öldürən 12 YAŞLI QIZ - Dünyanın uşaq QATİLLƏRİ / FOTOLAR
Balaca bir uşaq insan öldürə bilmək üçün nifrəti necə əldə edir? Ya da lazımi silahı istifadə edə bilmək qabiliyyəti haradan qaynaqlanır? Bu sualların cavabları olduqca maraqlıdır.
BiG.AZ redaktor.az-a istinadən xəbər verir ki, yaşları 6 ilə 13 arası olan uşaqların qorxu dolu həyat hekayələrini təqdim edir:
1. Erik Smitz (13 yaş)
Erik Smitz dünyanın ən qəddar uşaq cinayətkarlarından hesab olunur. O, Derrik Robieni qaçıranda 13 yaşında idi. 4 yaşlı uşağa işgəncə verib öldürən Erik ömürlük həbs cəzasına layiq görülüb. Onun bu qədər qəddar olmasına səbəb dostları tərəfindən aşağılanması olub. Yoldaşları onu eynəyinə və qorxunc qızılı rəngli saçlarına görə həmişə təhqir edirmişlər...
2. Con Venables və Robert Tompson (10 yaş)
Onlar uşaqların yetişkin insanlar qədər qəddar ola biləcəklərinin ən yaxşı sübutlarıdır. Con və Tompson 2 yaşlı Ceyms Bulqeri qaçırdıqlarında sadəcə 10 yaşında idilər. Balaca uşağı dəfələrlə döydülər, işgəncə verdilər və öldüyünə əmin olduqlarında dəmiryoluna atdılar.
3. Edqar Ximenez (14 yaş)
Yaşı az olsa da, qəbahətləri böyükdür. 14 yaşlı Edqar Ximenez narkotik satışı ilə məşğul olan dəstələrin birində kiralıq qatil olaraq fəaliyyət göstərib. İnternetdə qurbanları ilə birgə şəkillərini paylaşan "El Ponchis" polislərə 4 cinayət törətdiyini etiraf edib.
4. Kristian Fernandez (12 yaş)
1999-cu ildə 12 yaşlı Bianella Susana təcavüz olunub hamilə qaldı. 9 ay sonra isə onun oğlu Kristian Fernandez dünyaya gəldi. 2 il sonra Florida küçələrində çılpaq gəzən uşaq tapdılar. Həmin ərəfələrdə ana nənəsi qanunsuz olaraq narkotik satışı ilə məşğul idi. Kristian həyatı boyu cinsəl və duyğusal istismara məruz qalıb. Belə bir uşağın cəmiyyətə xeyirli ola biləcəyi düşüncəsi belə yanlış idi. Onun taleyi cəmiyyətin cinayətkar yetişdirmə prosesi idi. 8 yaşı olanda məktəbin həyətində heyvan öldürmüşdü. Ailəsi tərəfindən 2 yaşlı qardaşı ilə birlikdə küçəyə atıldı. Bunun nəticəsində öz qardaşını döyə-döyə öldürdü. Bu cinayətdən anası günahkar hesab edildi. Çünki övladını qanlar içində görəndən 8 saat sonra təcili tibii yardıma xəbər vermişdi.
5. Katerina və Körtis (12 yaş, 13 yaş)
13 yaşlı Katerina qardaşı Körtisə qohumlarından birinin ona təcavüz etdiyini danışdı. 12 yaşlı oğlan da başqa qohumun eyni hərəkəti etdiyini bildirdi. Onlar illər öncə anaları tərəfindən tərk edilmişdilər. Ataları və sevgilisi Nikole Speightsə danışmağa qərar verdilər. Lakin onlar uşaqlara inanmadılar. Katerina və Körtis problemlərini özləri həll etməyə qərar verdilər. Onlar atalarının silahı ilə Nikoleni öldürdülər. Bunun nəticəsində Körtis və Katerina 18 illik həbs cəzası aldılar. Məhkəmə onların cəzalarını çəkdikdən sonra da xüsusi nəzarət saxlanılmalarına qərar verdi. "USAToday"ə görə, onlar birinci dərəcədən yetişkin cəzasına layiq görülən ilk uşaqlar idilər.
6. Casmin Riçardson (12)
Qorxunc cinayətini sevgilisi ilə birgə həyata keçirən bu qızcığaz cəzasını çəksə də, indi də xüsusi bir xəstəxanada müalicə alır. Casmin anasını, atasını, balaca qardaşını öldürəndə 12 yaşı var idi. Onun bunu etməsinə səbəb ailəsinin 23 yaşlı sevgilisi ilə münasibətinə qarşı çıxması idi.
7. Qörl A (11 yaş)
Media tərəfindən bu ada layiq görülən qız 11 yaşı olanda cinayət törədib. O, sinif yoldaşı olan Satomi Mitaraini öldürüb. Polis tərəfindən yaxalandıqdan sonra dostunu onun ikiüzlülüyünü internetdə yaydığına görə, öldürdüyünü etiraf edib. Gənc qızın izlədiyi filmlərin təsirinə düşdüyü də bildirilir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş