Uşaqlarda ayaq əyrilikləri: Müalicəyə ehtiyac varmı?

Uşaqlarda ayaq əyrilikləri: Müalicəyə ehtiyac varmı?Bir çox körpə dünyaya gələn zaman ayaqlarında müəyyən qədər əyriliklər olur. Bəzi uşaqlarda bu əyrilik həddən çox hiss olunduğu üçün təbii olaraq valideynləri narahat edir. Bu səbəbdən valideynlər qüsurun aradan qaldırılması üçün problemin üzərinə tez düşərək onu aradan qaldırmağa çalışır. Lakin Həkimlər hesab edir ki, uşaqlarda doğulduğu ərəfədən formalaşan hər ayaq əyriliyinin müalicəyə ehtiyacı yoxdur.

BiG.AZ bildirir ki, mövzu ilə bağlı Axar.az-a danışan pediatr Altay Abdullaoğlu bildirib ki, körpə ayaq üstə qaldırıldığı zaman hər iki dizlər və ayaqlar bir-birinə təmas etməlidir:

"Əgər uşaq ayaq üstə durduğu zaman dizlər və baldırlar arasında nəzərə çarpacaq dərəcədə məsafə görünərsə buna O şəkilli ayaq əyriliyi (Genu varum) deyilir. O şəkilli ayaq əyriliyi olan uşaqlara tez-tez rast gəlirik. Artıq çəkili, tez gəzməyə başlayan uşaqlarda daha çox görünür. Çox hallarda O şəkilli ayaq əyriliyi uşaq böyüdükcə (adətən 2-3 yaşlarında) öz-özünə düzəlir. Belə əyriliyin müayicəyə ehtiyacı yoxdur.

Əgər uşaq ayaq üstə durduğu zaman bir-birinə toxunan dizlər və aralı ayaqlar müşahidə edilərsə, buna X şəkilli ayaq əyriliyi (Genu valgum) deyilir. Bu formalı ayaq əyriliyi də 3-6 yaşlarda öz-özünə düzəlir".

Həkim bildirib ki, ayaqdakı bu əyriliklər simmetrikdirsə, (hər 2 ayaqda eyni dərəcədə əyrilik varsa) heç bir müalicə ehtiyac yoxdur və zamanla düzələcək:

"Əgər əyrilik assimmetrikdirsə, əyriliklə yanaşı uşaqda başqa şikayətlər də olarsa, bu zaman başqa araşdırmalara gərək ola bilər. Çox hallarda bu cür ayaq əyriliyi olan körpələrə raxit, kalsium çatışmazlığı adı altında çoxlu sayda dərmanlar təyin edilir. Lakin əksər hallarda bu formalı ayaq əyrilikləri fiziolojidir və heç bir müalicəyə gərək yoxdur. Əgər uşaqda raxit, kalsium çatışmazlığı kimi xəstəliklər düşünülərsə, bu zaman labarator analizlər olunmalı və analizlərin nəticələrinə görə dəyərləndirilmə aparılmalıdır. Nəzərə almaq lazımdır ki, körpəyə lazımsız yerə verilən yüksək dozada D vitamininin, kalsium preparatlarının orqanizmə çoxlu sayda toksik təsirləri var".


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1226   Tarix: 25 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yumurta qəbulunun orqanizmə təsiri

Ekspertlər yumurtanın müntəzəm istehlak edilməsinin sağlamlıq üçün vacib olduğunu bildiriblər. Kaliforniya Universitetinin (San Dieqo) alimləri yumurtanın qadınlarda idrak funksiyalarına müsbət təsir etdiyini müəyyən ediblər. Bu araşdırmada 55 yaşdan yuxarı 890 nəfər iştirak edib və onların qidalanm

15.03.2025 645
.

Boğazda düyünlənmə hissi bu xəstəliklərin əlaməti ola bilər

Boğazda düyünlənmə hissi adətən qalxanabənzər vəzi ilə bağlı problemlər, o cümlədən həm kəskin, həm də xroniki formada olmaqla, boğazın müxtəlif iltihablı xəstəlikləri fonunda baş verir. Bu barədə rusiyalı həkim, otolarinqoloq Yekaterina Prikaza danışıb. Onun sözlərinə görə, bu simptomun daha az ras

23.03.2025 674
.

Yeni pandemiya qapıda - Ölkələr bunu etməsə...

ÜST yenidən dünyanı xəbərdar etdi; həkimlər də hazır olmağa çağırır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünyanı yeni pandemiyanın istənilən an baş verə biləcəyi ilə bağlı xəbərdar edib. xəbər verir ki, o, ölkələri pandemiyaların qarşısının alınması üçün beynəlxal

05.04.2025 282
.

Bu xəstəlikləri olan kişilər hamama QƏTİ GETMƏSİN

Prostatiti olan kişilər üçün hamama getmək ciddi sağlamlıq problemləri ilə nəticələnə bilər. Bu barədə uroloqlar xəbərdarlıq edib. Kişilər hansı xəstəliklərə görə hamama getməməlidirlər?. Birincisi, sidik kisəsi sisteminin yoluxucu xəstəlikləriniz varsa, hamama getməməlisiniz. İkincisi, prostatitin kəskinləşməs

23.03.2025 546
.

İnsanı həyatda təhlükədən xəbərdar edən BEŞ YUXU

Məşhur inanclar deyir ki, ölən bir qohumu yuxuda gördüyünüz zaman bu, mümkün təhlükənin xəbərdaredici əlaməti ola bilər. BİG.AZ -a istinadən digər yuxuların hansı çətinliklərdən xəbər verə biləcəyini təqdim edir. Artıq qeyd edildiyi kimi, ölən bir qohum və ya tanışı yuxuda görmüsünüzsə, bu həyəcan veric

09.03.2025 1327
.

Hər gün yumurta yesək nə olar? - yeni araşdırma

Sağlam qidalanmanın pərəstişkarları fiziki vəziyyətin qorunmasına gəldikdə ilk ağıllarına yumurta gəlir. Bu məhsul həqiqətən çoxlu faydalı xüsusiyyətlərə malikdir və elmi araşdırmaların mövzusu olmaqda davam edir. Bu yaxınlarda aparılan bir araşdırma sübut edib ki, yumurtanın müntəzəm istehlakı ürək-dama

09.03.2025 775
.

İnsultdan sonra hərəkətin tam bərpası üçün dərman yaradılıb

Los-Ancelesin Kaliforniya Universitetinin amerikalı alimləri insultdan sonra hərəkət funksiyalarını tamamilə bərpa edə bilən vasitə hazırlayıblar. DDL-920 adlı maddə siçanlar üzərində uğurla sınaqdan keçirilib. "Report"un xəbərinə görə, tədqiqatın nəticələri "Nature Communications"

23.03.2025 498
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

01.04.2025 4072
.

30 saniyəlik udqunma testi: Bu xəstəliklərin xəbərçisidir

Sağlam fərdlərin 30 saniyə ərzində neçə dəfə udduğunu təyin edən İsrailli elm adamları, bu testin ölümcül xəstəliklərin xəbərçisi olduğunu ortaya qoydular. Disfaqiya kimi tanınan udma çətinliyi xərçəng, ağciyər xəstəliyi və ya demans kimi ciddi xəstəliklərin əlaməti ola bilər. Disfaqiyanın diaqnozund

05.04.2025 275
.

TOP MP3