"Əhali bilsin ki, 40 manatdan baha bal olmur" - Arıçı təbii balın sirlərini AÇDI

"Əhali bilsin ki, 40 manatdan baha bal olmur" - Arıçı təbii balın sirlərini AÇDIBal arılar tərəfindən bitkilərdən toplanan, çox güclü şəfaverici təsiri olan təbii qidadır.

Tərkibi insan orqanizmi üçün faydalı maddələrlə zəngin təbii arı balı ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Bal daxili orqanları sağlamlaşdırır, insana enerji verir, iradəni möhkəmləndirir, ovqatı yaxşılaşdırır, bədəni gümrahlaşdırır, cavanlığı qoruyub saxlayır, ömrü uzadır.

BiG.AZ bildirir ki, Arıçılar Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Elvin Bayramlı balın bu ilki qiymətləri barədə Modern.az-a danışıb. O, təbii balın 1 kiloqramının 20-40 manata arasında dəyişdiyini deyib. 40 manatdan baha satılan bal isə onun fikrincə, marketinq gedişidir.

"Təbii balın bir kiloqramı 20-40 manat arası dəyişir. Elə olur ki, satıclar balı 70 -80 manata təklif edirlər, bu marketinqdən başqa bir şey deyil. Əhali bilsin ki, 40 manatdan baha bal olmur". Təbii bal iki cür olur. Çiçək balı bütün çiçəklərdən toplanır, digəri isə həşəratların şirəsindən yığılır. Arı öz qidası üçün çiçəyin nektarını toplayır, ona müəyyən fermentlər qatır və şanına yığır. Yaxşı bala çox az hallarda rast gəlinir. Əsasən bu bal növü ağacların şirəsindən və həşəratlardan ibarət olur. Yerdə qalan bütün təbii bal çiçək balı adlanır".

Elçin Bayramlı yaz və payız ballarının özəlliklərindən də danışıb.

"Azərbaycanda əvvəlki illərə nəzər yetirsək, balı adətən avqust ayında süzürdülər. Artıq dövr dəyişib məsələn keçən il aprel ayından başlayaraq süzməyə başladılar. Arıçılığın mövsümü isə fevral ayından başlayır. Ancaq arıçı üçün yaz payızdan başlayır, bu o deməkdir ki, yaz balı əldə etmək üçün arılara avqust ayının sonlarından qulluq edirlər. Sarmaşıq bitkisinin balı var ki, adı həmişəgöyəm adlanır. Bu bal digərlərindən fərqli olaraq, oktyabr ayında süzülür. Bu bal Azərbaycanda yeganə bal hesab edilir. Müəyyən istisna ballar da olur ki, sentyabrda süzülür buna süpürgə balı deyilir".

Ekspertin fikrincə, ən yaxşı bal Kəlbəcər-Laçın regionunda olur.

"Azərbaycanın ümumi ərazi bölgəsini götürdükdə ən yaxşı bal Kəlbəcər - Laçın iqtisadi rayonu hesab edilirdi. Təssüf ki, o ərazilər düşmən tapdağı altındadır. Hazırda isə Şəki, Zaqatala, İsmayıllı, Ağsu bölgəsidir. Bu bölgənin balı həm dadlı , həmdə təbii hesab olunur. Kütləvi olaraq bal yığımında həcm olaraq aran bölglərini də qeyd edə bilərəm. Bu il Azərbaycanda ən çox balı Kürqırağı ərazilərdən yığdılar. Bir arı yeşiyindən 100 kq bal əldə olundu. Bu kifayət qədər böyük bir rəqəmdir. Son dövrlərdə aran bölgəsinin balına təlabat çox olur. İsmayıllı balı daha yüksək keyfiyyətə malikdir. Çiçək və yem potensialına görə bu ərazilərdə daha çox arı ailələri olur. Arıçılıq meyvəçilikdən fərqli olaraq, bir yerə bağlı olmur. Məsələn biz Ağstafadakı arıxananı müxtəlif rayonlara apara bilirik. Belə deyək bir Ağstafalı arıçıdan İsmayıllı balını almaq mümkündür. Həmin arıçı iyul ayında balı İsmayıllıya apara bilər və orda da süzər".

O, təbii balı saxta baldan necə seçməyin yolları ilə də bölüşdü.

"Təbii balı saxta baldan seçmək bir az çətin məsələdir. İnsanlar belə fikirləşirlər ki,əgər bal yanırsa demək həqiqidir yaxud yod qatmaqla həqiqiliyin üzə çıxır. Bu kimi vasitələrlə balın həqiqiliyini yoxlamaq mümkün deyil. Əgər mümkün olsaydı, böyük şirkət sahibləri neçəsə milyon pul ayırıb laboratoriya açmazdı. Hətta bal mütəxəssisi belə olur ki, aldanır. Hər il ölkədə oktyabr ayında təxminən 30 gün ərzində bal yarmarkası keçirilir. Bu il də keçiriləcəyi gözlənilir".

Elnur Bayramlı balla bağlı statistikanı da açıqlayıb:

"Azərbaycanda balla bağlı istehlak qabilliyəti bilinmir. Statistikaya nəzər salsaq köhə rəqəmlər özünü göstərir. Arı sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. Statistika Komitəsi təxminən 250- 270 min arı ailəsinin oluğunu hesablamışdı. 2019 cu ilin hesablamalarına görə arıların sayı 420 mindən artıqdır. Hər arı ailəsinə 10 manat verməklə 4 milyon 200 mindən artıq pul ödənilib. Nəzərə alaq ki, qeydiyyata düşməyənlərlə birlikdə 450 minə yaxın arı ailəsi var. Bu böyük göstəricidir. Ölkəyə kənardan daxil olan bala qadağa qoymaq lazımdır. Azərbaycan arıçıları ölkəni balla təmin etmək gücünə qadirdir. Assosasiya olaraq , Kənd Təsərrüfatı Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və Prezident Aparatına yazılı müraciətlər göndərəciyik ki, ölkəyə idxal olunan bala əlavə rüsumlar təyin olunsun yaxud da idxal olunacaq balı dayandırsın. Əsas yerli balın satılmasıdır. Məqsədimiz idxala qarşı mübarizə aparmaqdır. İstehsal lazımı səviyyədədir, hətta xarici ölkələrə idxal da edirik. Nümunə kimi, Yaponiyanı göstərə bilərəm ki, 30 tona yaxın bal ixrac olunub".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1282   Tarix: 17 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024