"Roshen" şirkətinə məxsus "Galaretka" şokoladlı konfeti xarab çıxdı - FOTOLAR
Bakının mərkəzindəki iri supermarketlərin birindən məşhur Ukrayna brendi olan "Roshen" şirkətinə məxsus "Galaretka" şokoladlı konfeti xarab çıxıb.
BiG.AZ xəbər verir ki, virtualaz.org-un əməkdaşı "Galaretka" şokoladı alıb. Lakin konfeti açanda məlum olub ki, məhsul xarabdır, kiflənib. Rəngi ənənəvi şokolad rəngində deyil, sarımtıl rəngə çalır, üzərində ovuntuların olması və bərkliyi onun köhnə və xarab olduğunu göstərir.
Çəki ilə satıldığından şokolad kağızının üzərində saxlanma müddəti ilə bağlı hər hansı qeyd olmayıb. Nəzərə alsaq ki, isti yay qida zəhərlənmələri ilə aktualdır, keyfiyyət standartları pozulmuş belə qidalar əhalinin sağlamlığı üçün ciddi təhlükə mənbəyi ola bilər.
Bəs Ukraynanın keçmiş prezidenti, "şokalad kralı" kimi tanınan Pyotr Poroşenkonun şirkətinin xarab konfetləri Bakı marketlərinin piştaxtalarına necə gəlib çıxıb?
Məsələni aydınlaşdırmaq üçün xarab konfetlərin satıldığı mağazaya gedilib. Mağazanın direktor müavini, özünü Şölə xanım kimi təqdim edən qadın bildirir ki, satdıqları konfetlərin xarab olmasından xəbərsizdir. Mağaza rəsmisi "Roshen Azerbaijan" firmasının ekspeditoruna zəng vurub. Dəstəyi götürən ekspeditor xanım həqiqətən xarab konfetlərin olması ilə bağlı deyilənlərlə razılaşır:
"Bəli, təəssüf ki, bu partiya vurduğumuz "Galaretka" şokoladları xarab çıxıb. Əslində bu şokoladlar təzə məhsuldur və az müddətdir ki, ölkəyə idxal olunur. Amma buna baxmayaraq əhalinin diqqətini cəlb eləmişdi və yaxşı satılırdı. Təəssüf ki, son partiya xarab çıxdı. Biz özümüz də bilmirik ki, niyə belə olub. Hazırda bütün mağazalardan həmin məhsulları yığışdırmışıq, bir bu mağaza yadımızdan çıxıb. Üzrlü sayın, biz oradan da yığışdıracağıq", - firma rəsmisi bildirir.
Amma əməkdaş özünü təqdim etmək istəmir və dəstəyi "Roshen Azerbaijan" şirkətinin bölgə müdiri Ramin Qəhrəmanova ötürür. Lakin R. Qəhrəmanov təxminən yarım dəqiqə əvvəl açıqlama verən xanımın dediklərini təkzib edir: "Biz müştərilərə xarab mal satmırıq. Özünüz də gəlib maraqlana bilərsiniz, bizdə məhsul maksimum 21 gün qalır. Hər həftə də yeni məhsul gəlir. Mağazada müştəriyə çatdırılan xarab məhsul mağazanın saxlama şəraitinin problemidir. Biz kondisionerli maşınla ölkəyə idxal olunandan sonra maksimum 4-18 gün ərzində məhsulu müştəriyə çatdırırıq. Müştəri qutunu açır, baxır, sonra alır", - deyə R. Qəhrəmanov bildirir.
Qeyd edək ki, supermarketlərdə xarab qənnadı məhsullarının satılması ilə bağlı bu yeganə hal deyil. Bir neçə gün əvvəl də"Veysəloğlu Yaycılı Qardaşlar" MMC-yə məxsus olan "Sweet" konfetindən də qurd çıxdığı haqda xəbərlər saytlarda yayılmışdı.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1400 Tarix: 15 avqust 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Niyə stress saç tökülməsinə səbəb olur və nə etmək lazımdır?
Gözəl və sağlam saçlar insan orqanizmində daxili sistemlərin balansda olmasının göstəricisidir. Çox vaxt saçların vəziyyəti sağlamlıqla bağlı problemlər haqqında digər orqanlardan daha tez siqnal verir. Erkən yaşda saçları ağaran məşhur qadınların nümunəsi saçlara qulluq mövzusunu təkcə gündəlik söhbətləri
19:30 1 Trampın xarici siyasət üslubu: ənənəvi diplomatiya geridə qaldı
ABŞ prezidenti Donald Tramp ölkənin xarici siyasətini kökündən dəyişib. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb. Qəzetin yazdığına görə, ABŞ xarici siyasətinin əsas prosesləri və institutları "şəxsiyyətə əsaslanan siyasət" və xüsusi elçilərin istifadəs
12:16 177 Pakistanda 5,2 bal gücündə zəlzələ baş verib
Pakistanın Bəlucistan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, Geo News-un Pakistan Meteorologiya Departamentinə istinadən verdiyi məlumata görə, episentri Bəlucistan əyalətinin Sommiani bölgəsində 5,2 bal gücündə zəlzələ qeydə alınıb. 12 kilometr dərinlikd
16:31 110 İllərdir qəbul olunan, lakin işləməyən qanunlar... - HÜQUQŞÜNASDAN AÇIQLAMA
Qanunvericilikdə elə qanunlar varki, illərdir qəbul olunsada kağız üzərindədir. Yəni faktiki olaraq işləmir. Məsələn, qanunvericilikdə illərdir qəbul olunan qanuna görə, küçəyə zibil atamağa görə vətəndaş cərimələnməlidir. Ancaq illərdir qanun qəbul olunsada, faktiki olaraq işləmir. Yəni bu gün küçəy
12:13 231 Süni intellekt təhsil sahəsində tətbiq oluna bilərmi? - TƏHSİL EKSPERTİ AÇIQLADI
Hazırda dünyada süni intellekt sürətlə inkişaf edir. Yəni inkişaf etmiş ölkələrdə demək olar ki, bütün sahələrdə süni intellektdən geniş şəkildə istifadə edilir. İnkişaf etmiş ölkələrdə süni intellektin tətbiq olunduğu sahələrdən biridə təhsil sahəsidir. Dünyanın əksər ölkələrində şagirdlərə süni intellektl
12:34 187 Radikal islamçılar Qərb ölkələrində yəhudilər və xristianları yenidən hədəf alır - POLİTOLOQDAN AÇIQLAMA
İki gün öncə Avstraliyada radikal islamçılar tərəfindən Hanuka bayramında yəhudiləri hədəf alan dəhşətli terror aktında 16 nəfər öldürüldü, 50-dən çox şəxs isə yaralandı. Avstraliya polisi terror aktının İŞİD terror təşkilatı tərəfindən törədildiyini açıqladı. Almaniyada isə Milad bayramı ərəfəsind
16:03 161 Sevda dayələrə etibar etmir
"Övladlarıma anam, qayınanam baxır. Dayəmiz bir il yarımdır yoxdur. Artıq istəmirik də. Evdə olan günü vaxtıı uşaqlara sərf edirəm. Bu, həm onlar, həm mənim üçün yaxşıdır". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Qonaqcanlı" verilişində deyib. Sənətçi övladların
16:54 151 Valideyn razılığı olmadan övladlığa götürmə hansı hallarda icra edilir?
"Övladlığa götürmə yalnız yetkinlik yaşına çatmayan uşaqlar barəsində və onların mənafeyi naminə, uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra həyata keçirilir. Proses üç mərhələdən ibarətdir: övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması, övladlığa götürməni
15:51 136 Cəmil Həsənli yenidən DTX-yə çağırıldı
Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə C.Həsənli özü məlumat yayıb. Milli Şura sədri çağırılma səbəbini bilmədiyini yazıb. Qeyd edək ki, Cəmil Həsənli ötən ayın sonu Dubaya getmək istəyərkə
13:29 191