Magistraturaların boş qalan yerlərinə qəbul elan edilir

Magistraturaların boş qalan yerlərinə qəbul elan edilir2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə qəbul 24 fevral və 26 may 2019-cu il tarixlərində keçirilmiş ikimərhələli qəbul imtahanında toplanmış ballar əsasında müsabiqə yolu ilə aparılır (müsabiqə şərtləri).

Dövlət İmtahan Mərkəzindən BiG.AZ-a verilən məlumata görə, cari ildə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmuş (o cümlədən qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçməyən) bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 2019-cu il 23 iyul saat 10:00-dan 30 iyul saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq, seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər.

Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı "Magistr" jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.

Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Bakalavrlar DİM-in nəşrlərinin elektron versiyalarının onlayn satışı sistemindən istifadə edərək bank kartı vasitəsilə ödəniş etməklə "Magistr" jurnalının 6-cı sayının elektron versiyasını (http://eservices.dim.gov.az/ejurnal/) da əldə edə bilərlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 401   Tarix: 23 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

02.05.2024 434
.

Yunanıstan Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası razılaşmasını alqışlayır

Yunanıstanın Xarici İşlər Nazirliyi aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının yekunlarına dair məlumat yayıb. xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. "Cənub

02.05.2024 221
.

Kosmosa da turist səfərləri başladı

Amerikanın "SpaceX" şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb. Bu barədə məlumat şirkətin saytında yer alıb. xarici mediaya istinadla bildirir ki, maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa. "Dragon"

02.05.2024 286
.

Azərbaycanda pensiyalar bu yolla arta bilər - VACİB AÇIQLAMA

Azərbaycanda pensiyaların yenidən nə vaxt artrılacağı iən çox müzakirə olunan məsələlərdən biridir. xəbər verir ki, bu mövzu barədə həm rəsmi şəxslər, həm də ekspertlər müxtəlif fikirlər səsləndiriblər. Hələlik dövlət qurumlarından pensiyaların konkret artımı ilə bağlı rəsmi açıqlama verilməyib. Laki

10:07 301
.

ABŞ Rusiyaya sanksiyaya 31 Çin şirkətini daxil edib

ABŞ Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara daha 31 Çin şirkətini daxil edib. xəbər verir ki, ABŞ-ın Pekindəki səfiri Nicolas Burns mövzu ilə bağlı açıqlamasında Çində yerləşən 31 şirkətin sanksiyalara daxil olduğunu bildirib. ABŞ Dövlət Departamenti sanksiyalarla bağlı verdiy

02.05.2024 235
.

"Azərbaycan insanların hüquq və azadlıqlarının,media azadlığının yüksək səviyyədə təmin olunduğu, tolerant, humansit dövlətdir"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasındakı mövcud əlaqələrin daha da dərinləşməsinə və münasibətlərin gələcək inkişafına təkan verəcək. Ölkə Başçımızın Almaniyada yüksək səviyyədə qarşılanması və. Berlində keçirilən "15-ci Petersberq İqli

02.05.2024 149
.

İsveç polisi Quranın yandırılmasına icazə verdi

"Eurovision" Mahnı Müsabiqəsi ərəfəsində İsveç polisi Quranın yandırılması da daxil olmaqla aksiya keçirməyə icazə verib. Onun mayın 3-də, Malmö şəhərinin mərkəzində yarışların başlamasına bir gün qalmış baş tutması planlaşdırılır. Növbəti iki gündə - şənbə və bazar günlərində etiraz aksiyalar

02.05.2024 366
.

Amin əsir düşdüyü yerdə... - Video

Vətən müharibəsi qazisi Amin Musayev ilk dəfə ermənilərə əsir düşdüyü yerdə olub. "Qafqazinfo" xəbər verir ki, ikinci Qarabağ müharibəsinin qızğın döyüşlərindən birinin getdiyi Şuşa-Xankəndi istiqamətində ağır yaralanan Amin həmin anları xatırlayıb:. "Yerimi dəyişəndə güllə yarası aldım

10:06 294
.

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO

Bakıda kişi küçədə özünü yandırmağa cəhd edib. Bu barədə görüntülər -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 51 ünvanında baş verib. Özünü yandırmağa cəhd göstərən şəxsə ətrafdakılar və hadisə yerinə gələn polis əməkdaşları müdaxilə edib

12:12 304