"Eurovision-2020" hansı şəhərdə keçiriləcək?

"Eurovision-2020" hansı şəhərdə keçiriləcək?Bu şəhərlər Rotterdam və Maastrixtdir

"Eurovision-2020" mahnı müsabiqəsinin keçirilməsi üzrə mübarizənin sonunda iki namizəd şəhər qalıb.

Niderlandın NL portalı xəbər verir ki, bu şəhərlər Rotterdam və Maastrixtdir. Təşkilatçıların verdikləri məlumata görə, bu iki şəhərin müraciətləri onlar üçün daha uyğun hesab edilib. Niderlandın digər şəhərləri - Utrext, Hertogenbos, Arnem bu mübarizəni tərk ediblər.

Mahnı müsabiqəsinin icraçı prodüseri Sitse Bakker bildirib ki, hər iki şəhər televiziya translyasiyalarının və ümumilikdə tədbirin təşkili üçün yaxşı konsert zallarına malikdirlər. Bundan başqa, bu şəhərlərdə və ətrafyanı rayonlarda qonaqların yerləşdirilməsinin yaxşı infrastrukturu mövcuddur. Rotterdam və Maastrixt meriyaları da tədbirin keçirilməsinə maliyyə dəstəyi göstərməyə və mahnı müsabiqəsi ilə paralel olaraq müxtəlif tədbirlər təşkil etməyə hazır olduqlarını bildiriblər.

Rotterdamın qalib gələcəyi təqdirdə "Eurovision-2020" mahnı müsabiqəsi Ahoy konsert zalında keçiriləcək. Maastrixt isə bu tədbiri MESS konsert zalında keçirmək niyyətindədir. Sitse Bakker əlavə edib: "Əminik ki, hər iki şəhər mahnı müsabiqəsini fantastik səviyyədə təşkil edəcək və Niderland və Avropadan bu musiqi bayramına gələn qonaqlar məmnun qalacaqlar".

Xatırladaq ki, Niderland 1956-cı ildə keçirilən birinci "Eurovision" müsabiqəsinin iştirakçısı olmuş yeddi ölkədən biridir. Bu ölkədə mahnı müsabiqəsi sonuncu dəfə 1975-ci ildə keçirilib. Niderland mahnı müsabiqəsini keçirmək hüququnu bu il İsraildə keçirilən "Eurovision-2019"da - müğənni Dunkan Lourensin qalib gəlməsi ilə əldə edib.(AZƏRTAC)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 752   Tarix: 17 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qələbə Gününün havası

Mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağış günün ikinci yarısında tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

08.05.2024 318
.

Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı

Zaqatalada əksər dönərxanaların fəaliyyəti dayandırılıb. Buna səbəb ötən gün 40 nəfərə yaxın sakinin toyuq dönərindən zəhərlənməsi göstərilir. Bizim.media xəbər verir ki, ötən gün günün ikinci yarısından başlayaraq gecə saatlarına kimi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müxtəlif yaş qruplarına ai

08.05.2024 261
.

Mövsümdən əvvəl yetişən alça ziyanlıdırmı?

Bu gün bazarlarda havaların soyuq keçdiyini nəzərə alaraq mövsümdən əvvəl alça və çiyələkləri piştaxtalarda görmək olar. Həddindən artıq iri alçalar və digər meyvələr göz oxşasa da bəs sağlamlığımız üçün ziyanlıdırmı?. Mövzu ilə bağlı BİG.AZ-A qida eksperti Məhsəti Hüseynova açıqlama verib. O bildiri

08.05.2024 222
.

Qəzzada həlak olan BMT-nin işçilərinin sayı 188-ə çatıb

İsrail 7 aydan çoxdur ki, Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücumlar nəticəsində ölən və yaralananlar günü gündən artır. Onlar arasında BMT işçiləri də var. Ölən işçilərin sayı 188 nəfərə çatıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliy

08.05.2024 158
.

Qonşu itə görə qonşusunu maşınına bağlayıb sürüdü - ANBAAN VİDEO

Antaliyanın Kaş bölgəsində qandonduran hadisə yaşanıb. xəbər verir ki, Çavdır məhəlləsində iki qonşu it üstündə dava edib. Daha sonra Şaban T. Orhan S.-i iplə maşının arxasına bağlayarq sürüyüb. Hadisə yerinə gələn polis Şaban T.-ni nəzarətə götürüb. Belindən və ayağından yaralanan Orhan S. isə təcil

08.05.2024 591
.

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri DANIŞDI

"Mən daxil bütün işçi kollektivi dönərdən yedik, səhhətimizdə heç bir problem yoxdur". Bu sözləri Baku TV-yə müsahibəsində Zaqatala rayonunda fəaliyyət göstərən dönərxananın sahibi Rəsul Fətəliyev deyib. O bildirib ki, bu gün 200 ədəd dönər satılıb:. "Toyuqla bağlı problem olub. Halbuki

08.05.2024 580
.

Oteldə zəhərlənən 4 dost barədə ilginc faktlar - Prezident ona ev vermişdi… - FOTO

Bakıda "My Music" hotelində zəhərlənən 4 dostla bağlı ilginc faktlar üzə çıxıb. xəbər verir ki, zərərçəkənlərin ailə üzvləri rəsmi qurumların yaydığı məlumatları təkzib edir. Onlar iddia edirlər ki, faciə qida zəhərlənməsindən baş verib. Bildirirlər ki, oteldə verilən göbələk onları zəhərləyib

08.05.2024 987
.

Mətanət Əsədova: "Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO

"Özümü sevirəm. Həyatım gözəllik, sevgi, eşq və Allahımla bağlıdır. Mənim heç kimdə gözüm yoxdur. Kim 10 dəfə ərə getdi, 20 dəfə boşandı, kimin milyonları var, axı bunlardan mənə nə? Bu kimi məsələləri oturub fikirləşdikcə insan çürüyər. Öz həyatımdan başqa məni kimsə maraqlandırmır. Heç kim! Məni

08.05.2024 878
.

Naməlum şəhid kimi dəfn edilmişdi, kimliyi bilindi - Video

Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Habil Oruc oğlu İsmayılovun qalıqları ailəsinə təhvil verilib. APA-ya istinadən xəbər verir ki, şəhidin qalıqları Lənkəranda dəfn edilib. Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən Habi

08.05.2024 269