Sürücülərin DİQQƏTİNƏ! Siqnal səsinin qadağan olunduğu yerlərdə signal verənləri nə gözləyir? –VİDEO

Sürücülərin DİQQƏTİNƏ! Siqnal səsinin qadağan olunduğu yerlərdə signal verənləri nə gözləyir? –VİDEOSiqnal səslər yəqin ki, çoxunuza tanışdı. Yolkənarı ərazilərdə yaşayanlara isə nəinki tanış, hətta gecə-gündüz qulaq yoldaşıdı. Elə bir yoldaş ki, insana evini satdırar, əsəbini tarıma çəkib, eyvandan həyətə atdırar. Sakit bir guşə tapmaq həmin kəslər üçün cəhənnəmdən cənnətə düşmək olar.

ARB TV xəbər verir ki, hər gün siqnal səsləri ilə yaşayan yaşlı qadın da bu durumdan təngə gəlib.

Balacaxanım Quliyeva: "Qapını aça bilmirəm, bağlayıram da səs gəlir. 5 dəqiqə uzanmaq istəyirəm, uzana bilmirəm, xəstə adamam".

Sürücü mədəniyyətinin qanunun aliliyi qədər qorunduğu sivil cəmiyyətlərdə yersiz istifadə olunan səs siqnalları təhqir hesab olunur. Yox, Azərbaycan cəmiyyəti də sivildi, lap əvvəldən. Amma yolda yox. Bizim yollarda siqnal təyinatından başqa hər şey üçün istifadə edilir. Salamlaşmaq istəyən siqnal verir, sağollaşmaq istəyən siqnal verir, söyən siqnal verir...

Elələri də var ki, işıqforun qırmızı işığındakı son saniyələri artıq hesab edir.

Sürücü: "İşıqforun saniyəsi azdır. Əsəblərimiz ona görə tab gətirmir. Tıxacda siqnal verməyin mənası nədir, işıqfor burada vaxtı az verir".

Yaxşı, burasını başa düşdük, özbaşımıza qalsaq əlimizi siqnaldan götürməyəcəyik. Bəs qanun?

Ərşad hüseyinov – Nəqliyyat eksperti: "Səs siqnallarından istifadə edən sürücünü cərimələmək lazımdır. Bəs qanun? Qanun deyir ki, səs siqnallı ilə qaydananı pozanlara 30 manat cərimə var. İş ondadır ki, həmin siqnalbazları müəyyən etmək müşkül məsələdi. Kamerallara düşmür, avtomobil çox olanda müəyyən etmək olmur. Elə etmək lazımdı ki, adam özü utansın".

Utansın. Ümid azdı, amma yenə də ümid edək. Ümid edə-edə bir şeyi də xatırladaq: yol hərəkəti haqqında qanuna görə, səs siqnallarından yaşayış olan ərazilərdə yalnız yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün istifədə olunmalıdır. Müxtəlif xitabları əvəz edən ümumi müraciət forması kimi yox.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 660   Tarix: 11 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı

TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:. "Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və y

11:18 202
.

"Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur"

"Bakı daha bir mühüm tədbirə ev sahibliyi edir. Mayın 1-dən 3-dək ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qona

15:12 95
.

Motosiklet istehsalı müəssisəsində yanğın olub - VİDEO

Adanada motosiklet istehsalı müəssisəsində yanğın olub. BİG.AZ xəbər verir ki, yanğının baş vermə səbəbi məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hadisə nəticəsində ölən olmayıb. Daha ətraflı olaraq videonu təqdim edirik:

16:48 100
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 29-a çatıb

Braziliyada güclü yağışlar zamanı daşqınlar nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 29-a, itkin düşənlərin sayı isə 60 nəfərə çatıb. Bu barədə Ştatın Mülki Müdafiə nazirliyi bəyanat yayıb. Açıqlamada qeyd edilib ki, yağışlar 154 qəsəbədə ciddi fəsadlar törədib. Daşqınları

11:52 94
.

Yasamalda azyaşlı azdı, polis hərəkətə keçdi

Bu gün səhər saatlarında azyaşlının valideynlərdən xəbərsiz evlərindən çıxması, azaraq başqa ünvana getməsi ilə bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb. Qeyd olunub ki, uşaq yataq paltarında məhəllə sakinlərinin diqqətini çəkib və onun valideynləri axtarılır. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyin

16:15 280
.

"İsrailin Rafah şəhərində evə hücumu nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli öldü"

İsrailin Rafah şəhərində evə hücumu edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli ölüb. İsrail döyüş təyyarələri Rəfahın Əl-Zuhur məhəlləsində fələstinli Şahin ailəsinin evinə hava hücumu həyata keçirilib. İsrailin baş naziri Benyamin Netanyahunun Rafaya hücum edəcəklər

15:20 97
.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

17:07 210
.

May ayında toy və nişan məclisləri nə üçün keçirilmir? - VİDEO

May ayında insanlar toy və nişan məclislərini keçirməyi təxirə salırlar. Halbuki aprel ayında şadlıq saraylarında yer tapmaq qəliz məsələ olur. Bir çox insan xeyir işlərinin may ayında düşməsini istəmirlər. Uzun illərə dayanan, heç bir dini və qanunvericliklə əsası olmayan bu ənənəyə insanlarımız əmə

15:30 192
.

Azərbaycanda pensiyalar bu yolla arta bilər - VACİB AÇIQLAMA

Azərbaycanda pensiyaların yenidən nə vaxt artrılacağı iən çox müzakirə olunan məsələlərdən biridir. xəbər verir ki, bu mövzu barədə həm rəsmi şəxslər, həm də ekspertlər müxtəlif fikirlər səsləndiriblər. Hələlik dövlət qurumlarından pensiyaların konkret artımı ilə bağlı rəsmi açıqlama verilməyib. Laki

10:07 481