Qadın itkin düşmüş ərini "TikTok"da tapdı

Qadın itkin düşmüş ərini "TikTok"da tapdı
Bütün bu illər ərzində Sureş başqa şəhərdə mexanik işləyib və burada yerli trans-qadınla onun arasında münasibət yaranıb

Ərinin bir neçə ildir itkin düşdüyünü hesab edən hindistanlı qadın onu sosial şəbəkələrdə yayılmış videoda tapıb.

Sputnik Azərbaycan "Insider" nəşrinə istinadən xəbər verir ki, Cayapradha adlı qadının həyat yoldaşı Sureş 2016-cı ildə məişət zəminində baş vermiş münaqişədən sonra arvadını və iki uşağını ataraq yoxa çıxıb.

Qadın ərinin tapılması üçün polisə müraciət edib, lakin Sureşi tapmaq mümkün olmayıb və o, itkin elan edilib.

Lakin üç il sonra Cayapradhanın qohumlarından biri "TikTok" tətbiqində videoları izləyərkən Sureşi tapıb. Qadın da həmin adamın itkin düşmüş ərinin olduğunu təsdiqləyib.

Bildirilir ki, bütün bu illər ərzində Sureş başqa şəhərdə mexanik işləyib və burada yerli trans-qadınla onun arasında münasibət yaranıb.

Cayapradha və Sureşin yenidən bir-birlərinə qovuşduğu bildirilir.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1345 Tarix: 06.07.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər