Bakı məktəbində şagird qızdan UTANCVERİCİ hərəkət - FOTO

Bakı məktəbində şagird qızdan UTANCVERİCİ hərəkət - FOTOBakı şəhəri Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə oğurluq hadisəsi baş verib.

Yuxarı sinifdə oxuyan qızlardan birinin mobil telefonu oğurlanıb.

Hadisə barədə polisə məlumat verilib, lakin telefon bir neçə gündən sonra - 10 iyunda yararsız hala salınmış vəziyyətdə məktəbin qızlar üçün nəzərdə tutulmuş tualetdən tapılıb.

Məktəbin direktoru Azər Ələkbərov baş verənləri belə şərh edir: "Bir neçə gün öncə siniflərin birində şagirdin mobil telefonu itmişdir. Araşdırmamız nəticəsində qənaətə gəldik ki, telefon itməyib, onu oğurlayıblar. Siniflərdə şagirdlərlə söhbət etdik, oğurluğun həm mənəvi, həm hüquqi baxımından mənfi əməl olduğunu izah etməyə çalışdıq. Valideynə məlumat verdik. Nəticə olmadı. Məsləhət bildik ki, hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Etdilər, yenə də nəticə olmadı.

Dünən xadimə iş otağıma daxil olaraq əlində selofana bükülmüş mobil telefonu göstərərək qeyd etdi ki, qızların ayaqyolusunda unitazın içində aşkar edib. Telefonun sahibi - həmin şagird bu telefonun ona məxsus olduğunu təsdiq etdi. Telefondan kəskin antisanitar qoxu gəldiyindən və telefonun içinə mexaniki müdaxilə olduğundan telefon yararsız hala düşüb".

Azər müəllim oğurluğun qız məktəbli tərəfindən törədildiyini deyir: "Bu hadisədə təəssüf doğuran bir neçə məqamlarla yanaşı bir vacib məqam var: telefon qızların sanitar qovşağından tapılıb. Nəzərə alsaq ki,həmin qovşağın girişində həmişə xadimə var və dəhlizdə videomüşahidə kamerası var, deməli, oğlan şagirdin ora daxil olması istisnadır. Bax, təəssüfedici məqam budur ki, oğurluğu qız uşağı edib və sonra, ya polisin və ya telefonun yararsız hala düşməyindən ehtiyyat edərək məktəbin sanitar qovşağına atıb". (BAKU.WS)
Bakı məktəbində şagird qızdan UTANCVERİCİ hərəkət - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2765   Tarix: 11 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870