"Avroviziya" ilə yüksələn siyasi hərarət enəcəkmi?

Ekspertlər Azərbaycanın bundan sonra da dünyanın diqqət mərkəzində olacağını bildiriblər

Bakıda keçirilən "Avroviziya-2012" müsabiqəsindən sonra siyasi hərarət azalmayacaq. Bu fikri Publika.Az-a açıqlamasında politoloqlar bildiriblər.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini Elman Nəsirli bildirib ki, Azərbaycana yönələn tənqidlər sistemli şəkildə vahid mərkəzdən idarə olunur: "Bu tənqidlərin əsas məqsədi Azərbaycanı qaralamaq, onun uğurlarına kölgə salmaq məqsədi daşıyır. Bundan öncə də bu cür hallar müşahidə olunub. Sadəcə "Avroviziya" müsabiqəsi ərəfəsində həmin qüvvələr bütün resurslarını səfərbər etmişdilər. İndi bir qədər zəif formada olsa da, tənqidlər davam edəcək".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə Azərbaycanla bağlı tənqidi yazıların vahid mərkəzdən idarə olunması fikri ilə razılaşmır. Onun sözlərinə görə, erməni lobbisinin müsabiqəyə kölgə salmaq istəyi istisna olunmasa da, hər halda Paris, Vaşinqton, London və dünyanın digər əsas mərkəzlərinin, həmçinin böyük qəzetlərinin erməni lobbisi tərəfindən idarə olunduğunu söyləmək düzgün olmazdı: "İndi musiqi yarışması bitib. Əlbəttə, Azərbaycana maraq müəyyən qədər azala bilər. Amma Azərbaycan artıq Avropanın bir hissəsi kimi qəbul olunur. Avropa Birliyinin Yeni Qonşuluq Siyasəti proqramının üzvüdür. Düşünürəm ki, Azərbaycan hər zaman diqqət mərkəzində dayanacaq.
Hesab edirəm ki, Azərbaycan özünün müsbət imicini formalaşdırmaq üçün ciddi siyasi və iqtisadi islahatlara başlamalı, yaxud bu islahatları sürətləndirməlidir".

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1616   Tarix: 29 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

13:00 538
.

"Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdı"

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirildi. Bu görüş olduqca əhəmiyyətli xarakter daşıyır. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkdi. Hər şeydə

14:51 121
.

Əri tərəfindən başı kəsilən Sevincin TOY GÖRÜNTÜLƏRİ - VİDEO

Xəbər verdiyimiz kimi aprelin 28-də Xırdalan şəhərində Sevinc Əhmədağayeva yaşadığı evdə həyat yoldaşı tərəfindən qətlə yetirilib. O, 29 aprel tarixində doğulduğu Oğuz rayonunda torpağa tapşırılıb. Yaxınlarının sözlərinə görə, altı il öncə ailə quran Sevinc qaynının ailəsindəki söz-söhbətə görə döyülübmüş

10:14 1070
.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

14:21 377
.

Ülviyyə Fətəliyeva kimdir və nə qədər qazandı? - AVROPA ÇEMPİONU

Yunanıstanın Rodos şəhərində gerçəkləşən Avropa çempionatının qalibi olan 27 yaşlı qrossmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5. Ülviyyə Fətəliyeva Azərbaycanın Avropa çempionu titulunu qazana

17:48 420
.

İranda zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralananla

14:55 151
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

15:27 373
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

17:19 186
.

"Universitetlər Bakıdan Qarabağın bölgələrinə köçürülməlidir - Memar

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarını

14:11 854