Mütəxəssislərdən ŞOK XƏBƏRDARLIQ: Meyvə, tərəvəzi, qarpızı və lobyanı...

Mütəxəssislərdən ŞOK XƏBƏRDARLIQ: Meyvə, tərəvəzi, qarpızı və lobyanı..."Reader's Digest" dərgisi qida təhlükəsizliyi mütəxəssislərinin açıqladığı istifadə olunmadan əvvəl mütləq şəkildə yuyulması vacib olan qidaların siyahısını yayımlayıb.

BiG.AZ publika.az-a istinadən həmin siyahını təqdim edir:

Dənli bitkilər

Səhiyyə və təhlükəsizlik araşdırmaçısı Ketlin Hoff dənli bitkilərin çiy suda və ya ət suyunda yumuşaldılmasından əvvəl mütləq yuyulmasının lazım olduğunu deyib: "Düyü, arpa kimi dənli bitkilərdə nişasta, çirk və mikrob yığılır. Buna görə də bişirilməzdən öncə soyuq su ilə yuyulmalıdır".

Avokado

Yuyulmamış avokado qabığında böcək dərmanı və paketləmə, ixrac prosesləri zamanı keçən başqa mikroblar ola bilər. Buna görə də mütləq şəkildə yuyulmalıdır.

Qarpız

Mütəxəssislər bildirir ki, qabığı yeməli olmasa da, qarpız da yuyulmalıdır. Üstəlik, dadına baxmaq üçün kəsilən qarpızlardan uzaq durmaq lazımdır. Ancaq salmonella və listeriya adlı bakteriyalar qarpız qabığında yaşaya bilər. Məhsul kəsildiyi zaman bu bakteriyalar yeyilən qisimlərə keçə bilər. Bunun qarşısını almaq üçün qarpız yuyularkən sərt dişli fırçalardan istifadə etmək lazımdır.

Konservləşdirilmiş lobya

Hoff bildirir ki, konservləşdirilmiş lobyanı birbaşa tavaya atmaq təhlükə siqnalıdır. Lobya duzu və başqa ədvaları öz üzərində saxlaya bilir. Buna görə yuyularaq təmizlənməlidir.

Qabıqlı dəniz məhsulları

Qabıqlı dəniz canlılarının içi yeməli olsa da, qabığının üzərindəki bakteriyalar təhlükəlidir. Bu səbəbdən, bu canlıları yeməzdən əvvəl üzərindəki qumun və çirkin yuyulması vacibdir.

Meyvə və tərəvəz

Çiy və ya bişmiş yeyilməsindən asılı olmayaraq gündəlik istifadə olunan bütün meyvə və tərəvəzlər yuyulmalıdır. Mütəxəssis Kazey Seyden bildirir ki, sirkə və duz kimi özəl şeylərdən istifadəyə gərək yoxdur. Məhsulları təmiz su ilə yumaq kifyaət edir.

Cəfəri

Cəfəri ən çirkli göyərti hesab olunur. Aşpaz Kristian Souvenir cəfəri ilə yanaşı, keşniş, nanə və reyhanı uzun müddət soyuq suda yuyulmasının lazım olduğunu bildirir.

Göbələk

Göbələklər kiçik süngər kimidir. Böyüdükcə daha çox çirk toplayırlar. Bu da onları yumağın əsas səbəblərindən biridir. Texasda yerləşən bir restoranın şefi Tanner Aqar tövsiyə edir ki, böyük bir qabı su ilə dolduraraq göbəlkələrin həmin suyun içində üzməsinə şərait yaradın. Daha sonra suyu çalxalayın və çıxan çirklərin qabın dibinə çökməsini izləyin.

Və əlləriniz...

Məhsulları, qabları, yumurtaları və digər qidaları təmizləyə bilərsiniz, amma əlləriniz mikrobları, bakteriyaları və virusları hər yerə asan şəkildə bulaşdıra bilər. Bunun qarşısını almaq üçün iş görməzdən əvvəl mütləq əllərinizi isti su ilə yarım dəqiqə yumalısınız.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1712   Tarix: 01 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292