Məşhur Rusiya aktrisası: "Buranovskie babuşki" qalib gəlsə, deməli, anormallıq var (Müsahibə)

Məşhur Rusiya aktrisası: Məşhur rus aktrisası, "Qafqaz əsiri" filmindən tanıdığımız Natalya Varley bu günlərdə Bakıda qastrol səfərində olub. Onun iştirakı ilə Rus Dram teatrında "Yaddaşı itirənədək məhəbbət" komediyası oynanılıb. Məşhur aktrisa tamaşa sonrası ANN.Az portalına müsahibə verib.

Bakıya gələn əksər qonaqlardan fərqli olaraq aktrisa Natalya Varleydə «ulduz xəstəliyi» qətiyyən hiss olunmurdu. Tamaşa sonrası ANN.Az saytının əməkdaşı ilə edilən söhbətin səmimiyyət dərəcəsi belə düşünməyə əsas verir.

- Mən çox nadir hallarda müsahibə verirəm. Çünki "həyat bioqrafiyam"la bağlı mənə tamamilə uzaq olan fikirləri görmək məni jurnalistlərdən uzaqlaşdırır. O üzdən müsahibələrə çox açıq deyiləm. Amma sizin müsbət enerjiniz, xeyirxah baxışlarınız məni cəlb elədi (gülür). Bunlara laqeyd qala bilməzdim.

- Xoş sözləriniz üçün təşəkkür edirəm. Siz bildiyim qədərilə ilk dəfə deyil Bakıya gəlirsiniz. İlk və hazırkı gəlişiniz arasındakı zaman fərqi böyük deyil. Həm tamaşaçılarda, həm də şəhərimizin görünüşündə fərqlər hiss edirsinizmi?

- Şübhəsiz. Dəyişən sadəcə Bakının görünüşü, daha da gözəlləşməsidir. Dəyişməz qalan isə insanların səmimiyyəti, qonaqpərvərliyi, xoş münasibətidir. Özəlliklə Azərbaycan tamaşaçısı teatrallığı ilə seçilir. Ən yaxşı tamaşalarla yetişən seyrçiləriniz var. O üzdən sizin qarşınızda çıxış eləmək şəxsən məni çox həyəcanlandırır. Sanki onların mənə olan etimadlarını doğrultmayacağımdan ehtiyat edirəm.

- Siz həm də kino aktrisasınız. Səhnədə, yoxsa çəkiliş meydançasında özünüzü daha rahat hiss edirsiniz?

- İndiyədək 61 filmdə rol oynamışam. Mənim üçün oynayacağım rolun mahiyyəti çox vacibdir. Kinoda və ya teatrda olması fərq etmir. Bu baxımdan mənə mütəmadi olaraq ssenarilər, sinopsislər təqdim edirlər, amma hələ ki, ürəyimcə olan, özümü görə biləcəyim bir rol yoxdur. Son illərdə daha çox seriallarda çəkilməyi təklif edirlər. Amma mən heç vaxt rollar qalereyamı artırmaq naminə çəkilmək istəməmişəm.

- Ən çox sevdiyiniz, amma öhdəsindən çətinliklə gəldiyiniz rolunuz olubmu heç?

- Dəqiq deyə bilməyəcəyəm, amma düşünürəm ən sevimli və çətin rolum «Qafqaz əsiri»ndəki Nina obrazı olub. Bu filmə çəkiləndə inanılmaz dərəcədə həyəcan, məsuliyyət hissi keçirirdim. Çünki Aleksandr Demyanenko, Vladimir Etuş, Yuri Nikulin, Georqi Vitsin, Yevgeni Morqunov kimi dahi aktyorlarla işləyirdim. Hətta epizodik rollarda belə o dövrün çox parlaq sənətkarları çəkilirdilər. Uğursuz oyunumla o insanları pis vəziyyətdə qoymaq mənə dəhşətli bir şey kimi gəlirdi.

- Natalya, iyunun 22-də 65 illik yubileyiniz olacaq. Bu əlamətdar tarixi necə keçirməyi düşünürsünüz?

- Anam yaşasaydı, yəqin ki, onunla keçirərdim. Amma məhz bu yubiley tarixində tək qalmaq istəyirəm. Bəlkə tənha bir yerə çəkilib düşüncələrimlə baş-başa qalmağı düşünürəm. Digər tərəfdən həddindən artıq çox işlərim, antrepriz tamaşalarım, konsertlərim, qastrol səfərlərim, xeyriyyə aksiyalarım var. Hələ ki, yubileyimi təmtəraqlı keçirmək təkliflərinə «yox» deyirəm.

- Sizin Bakı səfəriniz "Eurovision" ərəfəsinə təsadüf etdi. Burda qalıb o möhtəşəm şounu izləmək istəyiniz varmı?

- Çox istərdim, hətta planımda vardı deyə bilərəm. Amma az öncə də dediyim kimi may ayı üçün qrafikim doludur. Bu gərginlik, şounu canlı izləmək imkanından məni məhrum edir.

- Rusiyanın «Buranovskie babuşki» qrupunun müsabiqədəki qalibiyyətinə inanırsınız?

- Bütün optimistliyimə rəğmən bu qələbəyə şübhəylə yanaşıram. Bir möcüzə kimi bu qələbə baş versə belə, deməli müsabiqənin özündə anormallıq var. «Buranovskie babuşki» qrupu maraqlı, ekzotik ola bilər, hətta gözəl oxuya da bilərlər. Amma unutmamalıyıq ki, "Eurovision" özü-özlüyündə çox ağır, gərgin hazırlıq, məsuliyyət tələb edən bir müsabiqədir. Rusiya daxilində keçirilən müsabiqədə bu qrupun iştirakı labüd sayıla bilər, amma dünya səviyyəsində biz, ölkəmizi bu qrupla təmsil etməməliydik.

mənbə:ann.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 7733   Tarix: 27 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.

Hər həftə saçlarını dəyişir - Fotolar

Xalq artisti Aygün Kazımova artıq hər həftə saçlarında dəyişiklik edir. Axşam.az xəbər verir ki, nüğənni yenidən kare saçlara qayıdıb. Kazımova eyni zamanda tün saçlarını sarıya boyatdırıb. Aygün yeni görünüşdə obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Müğənni şəkillərini "Gözəl həftə diləyirəm"

30.09.2019 3335
.

"O mənə görə maşınını satıb müalicəyə göndərdi" - xərçənglə mübarizə aparan Zülfiyyədən heç yerdə eşitmədiyiniz ETİRAFLAR

ın növbəti müsahibi ağır xəstəliyə qalib gələn tanınmış aparıcı, hüquqşünas Zülfiyyə Bayramovadır. "Ölümdən heç vaxt qorxmadım" cümləsi ilə müsahibəyə başlayan aparıcı xəstəliklə sözün həqiqi mənasında var qüvvəsi ilə mübarizə aparıb. Zülfiyyə Bayramova ilə səmimi müsahibəni sizə təqdim edirik:

06.09.2019 4222
.

"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏ

Həyat hər bir insana uğur qapılarına doğru yollar göstərir, lakin bir çoxları o yolları çətin bilib, daha rahat yolun ardınca qaçır, sonda isə uğursuzluğun səbəbini başqalarında axtarmağa başlayır, daim kimisə nədəsə günahlandırırlar. Halbuki insan həyatının bütün məsuliyyətini öz üzərinə götürüb va

08.07.2020 1152
.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ

7 may dünyada Beynəlxalq Radio günü kimi qeyd olunur. Radio ixtira olunan ilk gündən insanlar xəbərləri bu vasitə ilə daha asan əldə ediblər. Bu gün də mətbuatın bu qədər inkişaf etməsinə baxmayaraq radio öz aktuallığını qoruyub saxlayır. Radioda işləmək mətbuatın digər qolları ilə müqayisədə daha çətindir

07.05.2020 8229
.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053
.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ

saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur. 2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qəra

17.07.2020 6757
.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360