Zelenskinin andiçməyə gedəndə öpdüyü şəxs ermənidir — FOTO FAKT

Zelenskinin andiçməyə gedəndə öpdüyü şəxs ermənidir — FOTO FAKTVladimir Zelenskinin Ukrayna prezidenti kimi and içərək rəsmi fəaliyyətinə başlamasından bir neçə gün keçməsinə baxmayaraq, hələ də dünya mediasında həmin andiçmə mərasimi, onun çıxışı, verdiyi mesajlar müzakirə predmetidir. Çünki hələ də andiçmə mərasimində diqqətdən yayınan xeyli məqamlar üzə çıxmaqdadır. Biz də Zelenskinin andiçmə mərasimindəki çıxışı, verdiyi mesajlar və bir sıra gizlin məqamları aydınlaşdırmaq məqsədi ilə politoloq Fuad Hilalova müraciət etdik.

Ölkə.az-a müsahibəsində F. Hilalov bildirib ki, bir çox tədqiqatçıların müşahidə etdiyi kimi, bu andiçmə mərasimi bundan əvvəlki prezidentlərin and içmə mərasimlərindən fərqlənirdi.

"Nümayişkarənə səmimiyyət, toplaşanlarla əl sıxma və selfi çəkdirmə. Yeri gəlmişkən onu da qeyd edək ki, andiçməyə getdiyi vaxt insanlara yaxınlaşaraq Zelenskinin üzündən öpdüyü bir nəfər var idi və mən oxucuların diqqətini məhz bu məqama yönəltmək istərdim. Bu adam barəsində hələ Zelenskinin seçkiöncəsi təbliğatı ilə bağlı "Ölkə.Az" portalına verdiyim müsahibədə adını çəkdiyim Zelenskinin əvvəllər rəhbəri olduğu "Veçerniy kvartal" teatrının administratoru, Bakı ermənisi Mika Fatalov (Tosunyan) idi".

Zelenskinin ermıənilərlə sıx işbirliyi və andiçmə mərasimində digər ermənilər də olubmu sualına cavab olaraq politoloq bildirib ki, andiçmə mərasimi vaxtı Zelenskinin səmimi görüşdüyü başqa bir Bakı ermənisi isə hal hazırda daxili işlər naziri vəzifəsində olan Arsen Avakov idi:

"Avakovun hələ seçkilər vaxtı Zelenskiyə gizli dəstək verdiyi bildirilirdi".

Andiçmə zamanı Zelenskinin çıxşlarındakı digər məqamlara gəldikdə isə politoloq bildirib ki, seçki kampaniyası zamanı populist ritorikadan istifadə edən Zelenskinin andiçmə çıxışını populizm zirvəsi olaraq adlandıra bilərik. "O, çıxışında kabinetlərdə portretinin asılmamasını tələb etdi. Demək olar ki, bütün yüksək çinli məmurları aşkar bir şəkildə təhqir edərək işdən qovdu, elə andiçmə nitqində parlamenti tam tərkibdə buraxdı və növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan etdi. Bütün bunlar isə Ukrayna cəmiyyətinin eşitmək istədiyi məqamlar idi. Bilirsinizmi, niyə?"
-Niyə?

- Çünki 2014-cü ildəki dövlət çevrilişindən sonra bütün sahələrdə tənəzzül yaşayan Ukrayna demək olar ki, varolma, ayaqda qala bilmə mübarizəsi aparır. Bircə onu deyək ki, bu illər ərzində ölkə əhalisi sayı 10 milyondan çox azalıb. Bütün problemlərin həlli mümkün olsa belə, (hələ ki nə vaxtsa həlli çox da real görünmür) bu yaxın illərdə həll ediləcək məsələ deyil. Bu yaxınlarda isə artıq yuxarıda qeyd edildiyi kimi parlament seçkiləri yaxınlaşır. Ukrayna yarı prezident üsul idarəli dövlət olduğuna görə parlamentin əhəmiyyəti böyükdür. Seçkilərə qədər xalqa verilmiş vədlərdən heç birini yerinə yetirmək mümkün olmadığına görə yüksək reytinqi saxlamağın yeganə yolu üzdə olan əvvəlki hakimiyəti nümayişkəranə cəzalandırmaq Zelenskinin gedəcəyi yeganə addımdır.

-Niyə üzdə olan hakimiyyətin?

-Ona görə ki, Ukrayna müasir dünyanın əksər ölkələri kimi oliqarxik üsul idarə ilə idarə olunan bir dövlətdir. Ona görə də Zelenskinin arxasında duran oliqarxik güclərin və xarici dövlətlərin maraqları ölkənin gələcəyindəki həll edici amil olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 610   Tarix: 25 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544