Bu ədviyyatı qatığa əlavə edib yesəniz...

Bu ədviyyatı qatığa əlavə edib yesəniz...Cirə bir çox yeməklərə, xüsusilə şorbalara ləzzət qatan şəfalı ədviyyatdır. O, ödəmi atır, qaz problemini həll edir, balla yeyildikdə ana südünü artırır. Bu ədviyyatı qatıqla qarışdırıb yemək isə ikiqat xeyirdir.

Türkiyəli dietoloq Selahattin Dönmez cirənin faydalarından danışıb. O bildirib ki, cirə xüsusi aromatik dadı və unikal ətri olan ən qədim ədviyyatlardan biridir.

Cirənin vətəni Aralıq dənizi bölgəsi və Asiyanın qərb hissələri olsa da, əsrlərdir qədim yunan, Roma və Yaxın Şərq mətbəxlərində istifadə edilib. Avropada cirə çörək, pendir, biskvit və bir çox qənnadı məhsullarına cirə əlavə edilir. Orta əsrlərdən etibarən cirə Avropada sevgi və sədaqətin simvolu kimi qəbul edilib.

Cirə həzm problemlərini aradan qaldırır və dərhal təsiri göstərir. Bu xüsusiyyəti sayəsində yeməkdən sonra yaşanan həzm probleminin qarşını ala bilərsiniz. Yağların həzm prosesini sürətləndirən cirə artıq çəkinin yaranmasına mane olur.

Bundan əlavə, cirə fitoestrogen tərkibi sayəsində sidik yolu ilə kalsiumun atılmasını azaldıraq sümüklərin güclənməsinə kömək edir.

Bioloji cəhətdən aktiv tərkibli cirə diabet və diabet formalaşmasında iştirak edən fermentləri məhv edərək insulini balansda saxlayır. Beləliklə, qlükoza səviyyəsinə nəzarət edir. Diabet xəstələri cirəni demək olar ki, istənilən yeməklərdən istifadə edə bilərlər.

Cirə A, B, C, E vitaminləri, sink və seleniumun kimi zəngin tərkibi sayəsində saç və dəri sağlamlığını qoruyur. Fosfor isə sızanaq, dırnaq kimi problemləri aradan qaldırmağa kömək edir. Xüsusilə cirəli kremlərdəki güclü antioksidant sayılan E vitamini dərini yumşaldır. E vitamininin dezinfeksiya edici və antimikrob xüsusiyyətləri dəri ləkələrinin meydana gəlməsinə qarşı qoruyucu təsir yaradır.

Antioksidant təsir

Cirə bədənə zərər verən sərbəst radikallarla mübarizə aparan flavonoidlər və polifenol birləşmələrini ehtiva edir. Cirənin antioksidan təsiri sarıkök və qara bibər ilə birləşdiyi zaman iltihaba qarşı qalxan rolunu yaradır. Beləliklə, hipertoniya, 2-ci tip diabet, osteoporoz və alzheymer xəstəliyindən müdafiə edir.

Dietoloq yekun olaraq bildirib ki, cirəni pendir və qatığa əlavə etmək ikiqat xeyirdir. Lakin ciddi hipoqlikemiyanız varsa, qan laxtalandırıcı dərman içirsinizsə və ya yaxınlarda əməliyyat olunmalısınızsa, cirə istifadəsində ehtiyatlı olun. Çünki cirə qan dövranını həddən artıq artıra bilir.

Cirə çayı

İnqrediyentlər:

1 çay qaşığı cirə toxumu

1 çay qaşığı şüyüd toxunu

5 ədəd mixək

Yarım limon

Hazırlanması:

Bütün ədviyyatları isti suya əlvə edib 3 dəqiqə dəmləyin. Sonra ona yarım limon sıxın. Bu çay yağların yandırılma prosesini sürətləndirdiyi üçün əsas yeməkdən sonra bir stəkan içmək kifayətdir. (publika.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1543   Tarix: 25 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986