"Bəyin oğurlanması" filminin "Yasəmən"i İLLƏR SONRA - FOTOLAR

"Bəyin oğurlanması" filminin "Yasəmən"i İLLƏR SONRA - FOTOLAR"Qafqazinfo"nun budəfəki müsahibi "Bəyin oğurlanması" filimində yaratdığı Yasəmən obrazı ilə böyük tamaşaçı rəğbəti qazanan Natəvan Məmmədovadır. Uzun illərdir İsraildə yaşayan Natəvan xanım, Azərbaycandan getdiyi vaxtdan bu günədək, həyatında baş verən ən özəl məqamları ilk dəfə saytımıza danışdı. Natəvan Məmmədovanın müsahibəsini sizə təqdim edirik:

- Mərhum sənətkar Yaşar Nuri "Bəyin oğurlanması" filmində demişkən, "Hanı Yasəmən?"

- Yasəmən İsraildə... (gülür-red.)

- Məndə olan məlumata görə, siz 1997-ci ildə İsrailə köçmüsünüz. Bu böyük vaxt kəsiyi ərzində həyatınızda nələr baş verib?

Mən İsrailə 1998-ci ildə köçmüşəm, 2 ildən sonra Azərbaycana qayıtmışam, daha 2 il sonra isə yenidən İsrailə dönmüşəm. 21 il ərzində çox şey baş verdi: ailə həyatı qurdum, artıq oğlum da böyüyüb və yəqin ki, bir neçə ilə o da ailə həyatı qurar. Təzə-təzə Bakı üçün çox darıxırdım, amma tədricən öyrəşdim.

"Bəyin oğurlanması" filminin "Yasəmən"i İLLƏR SONRA - FOTOLAR- Hazırda İsraildə nə işlə məşğulsunuz?

Mən yəhudi olmadığımdan burada bəzi çətinliklərlə üzləşdim. İsraildə 1 ildən sonra işləmək hüququ aldım, 7 ildən sonra isə oranın vətəndaşı oldum. Tale elə gətirdi ki, vətəndaşlığımı aldıqdan sonra həyat yoldaşımdan ayrıldım. Həyat yoldaşım evlidir, bir oğlu var. Mən onunla bu günə kimi əlaqə saxlayıram. Memarlıq üzrə diplomum olmasına baxmayaraq, bəzi səbəblərdən burada memar kimi çalışa bilmədim. Uşaqlıqda isə həkim olmaq arzusunda idi. Təəssüf ki, valideynlərim ayrıldıqdan sonra anam təkbaşına məni oxuda bilmədi. Balım Memarlıq və İnşaat Universitetinə qəbul olmağım üçün yetərli oldu. Eyni zamanda, Bakıda nənəmin təcrübəli, yaşlı həkimi mənə masaj etməyi öyrətmişdi. Kunq-Fu Federasiyasında məşqçi olduğum müddətdə həmkarlarıma və tələbələrimə reabilitasiya masajı edirdim. Ona görə bu sahədə müəyyən bir təcrübəm var. Sonra İsraildə kurs keçdim və hazırda həm kineziologiya ilə, həm də kosmetologiya ilə məşğulam, yəni iki peşəm var.

- Kunq-Fu-dan danışdınız. Sizin kimi zərif və incə qadını bu idman növü ilə məşğul olmağa vadar edən nə oldu?

Kunq-Fu çox qədim idman növüdür, Kunq-Fu bir fəlsəfədir. Brüs Li haqqında filmləri həmişə sevmişəm və düşünürdüm ki, mən də bu işlə məşğul olmalıyam. Biləndə ki, Azərbaycanda Kunq-Fu Federasiyası açılıb, qərara gəldim ki, oraya gedim. O vaxt 29 yaşım var idi. Müəllim Kunq-Fuya olan marağımın məqsədini öyrənəndə ona dedim ki, gələn il keçiriləcək Kunq-Fu çempionatının qalibi olmaq istəyirəm və bu, belə də oldu. Mən iki il ard-arda Azərbaycan çempionu oldum.

- Həyatda bu bacarığınızdan istifadə etmisinizmi?

Xeyr, insanları döyməyi sevmirəm, amma çox emosional olduğumdan yəqin ki, vura bilərəm. Sadəcə olaraq, Kunq-Fu ilə məşğul olmağım emosialarıma hakim olmağı öyrətdi. Kunq-Fu elə ona görə dərin fəlsəfə sayılır ki, döyüşdə döyüşsüz qalib gəlməyi öyrədir.

- Azərbaycanda sonuncu dəfə nə vaxt olmusunuz? Burada qohumlarınız, dostlarınız qalıbmı?

Əlbəttə. Səhv etmirəmsə, 2013-cü ildə Azərbaycana gəlmişdim. Valideynlərim ayrıldıqdan sonra atamla əlaqəni itirdim. Bir-birimizi çox axtardıq. Bir müddətdən sonra isə onun ikinci nikahından olan övladları məni sosial şəbəkə vasitəsilə tapdılar. Onlar mənə atamın ağır vəziyyətdə olduğunu söylədilər və dedilər ki, atam ölüm ayağındadır. Xoşbəxtlikdən, onlar məni vaxtında tapdılar və atamla skayp vasitəsilə danışa bildim. Atam böyük qəmli gözləri ilə uzun-uzadı mənə baxırdı. O, sanki, bu həyatdan köçməmişdən əvvəl məni yadda saxlamaq istəyirdi. 2012-ci ildə o, dünyasını dəyişdi. Qardaşım Bakıda, bir bacım Antalyada, o biri isə Gəncədə yaşayır. Mən isə oğlumla İsraildə yaşayıram. Oğlumun sevgilisi Sankt-Peterburqda yaşadığından, çox güman ki, o da onun yanına köçəcək. Hazırda İsraildə təkəm: mən və mənim işim.

"Bəyin oğurlanması" filminin "Yasəmən"i İLLƏR SONRA - FOTOLARFoto: Natəvan Məmmədova və oğlu

- Azərbaycanda bir neçə bədii filmdə rol almışdınız. Onlardan ən məşhuru "Bəyin oğurlanması"dır. Necə oldu ki, bu filmə çəkildiniz?

Balaca olanda "Yeralaş"a baxırdım və anama deyirdim ki, mən də oradakı uşaqlar kimi filmə çəkilmək istəyirəm. Anam Flora xanım isə o vaxt Bakıdakı moda evində çalışırdı və onlara şərq görünüşlü gənc modellər lazım idi. Mən də orada tikilən paltarları nümayiş etdirməyə başladım. Günlərin bir günü dahi rejissor Rasim Ocaqovun assistenti mənim şəkillərimi görüb, ona göstərmişdi. R.Ocaqov isə həmin dönəmdə "Park" filminə gənc qız axtarırdı və o, məni həmin filmə çəkməyə qərarına gəldi. Əslində, mən çəkilmək istəmirdim, çünki məqsədim ali məktəbə daxil olmaq idi. "Park" filminə çəkiləndən sonra digər rejissorlardan da dəvət almağa başladım. Beləliklə, daha üç filmdə: "17 yaşlı oğlan", "Tənha narın nağılı" və "Bəyin oğurlanması"na çəkildim.

- Xalq artisti Firəngiz Mütəllimova açıqlamalarının birində deyib ki, sizin simanız kinoya çox yaraşırdı. Necə oldu ki, siz bu sənətdən uzaqlaşdınız, kino sənətində nəyi bəyənmədiniz?

Bunu mənə həmişə deyirdilər, amma bununla razı deyildim. İndi həmin çəkildiyim filmlərə baxıram və düşünürəm ki, onlar düz deyirdilər. Bir neçə filmdə çəkildiyimə baxmayaraq, hiss edirdim ki, aktrisalıq mənlik deyil. Həyatda hər kəs öz arzusunun ardınca getməlidir. Aktyorluq çox ağır sənətdir. Hər dəfə yeni obraz yaratmaq, o obrazı yaşamaq çox çətindir. Firəngiz xanımın haqqımda dediyi fikirlər mənə xoş oldu, onu çox sevirəm.

"Bəyin oğurlanması" filminin "Yasəmən"i İLLƏR SONRA - FOTOLARFoto: "17 yaşlı oğlan" filmindən kadr

- Çəkildiyiniz hansı film hələ də sizdə xoş təəssürat yaradır?

- Cavanlığımla bağlı olan bütün filmlər məndə xoş təəssürat yaradır. Ümumiyyətlə, cavanlığımla, Azərbaycanla, Bakı ilə olan bütün xatirələr mənim üçün çox xoşdur.

- İsraildə yaşadığınız müddətdə sizinlə bir filmdə tərəf-müqabil olan sənətkarların bəziləri dünyasını dəyişib. Hansının vəfatı sizi daha çox təsirləndirdi?

- Düzünü deyim, mən Bakıda olanda Səməndər Rzayev artıq dünyasını dəyişmişdi. Yaşar Nurini ağır vəziyyətdə görmək isə mənə çox pis təsir etdi. Ümumiyyətlə, yaxın insanları itirmək həmişə çətindir. Bu hissləri sözlə çatdırmaq mümkün deyil. Mənim bütün xoş xatirələrim bu insanlarla bağlı idi və onları itirəndən sonra mənə yalnız xatirələr qaldı.

- Natəvan xanım, xoşbəxtsiniz?

- Zənnimcə, çox xoşbəxtəm.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 5586   Tarix: 22 may 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

TOP MP3