İcra Hakimiyyətinin yanında biabırçı mənzərə - FOTOLAR

İcra Hakimiyyətinin yanında biabırçı mənzərə - FOTOLARŞəmkir küçələrinin zibil içində olması, rayonda hökm sürən antisanitariya haqda "Şəmkirdə zibil korrupsiyasından kimlər qazanır" sərlövhəli reportaj təqdim etmişdik.

Şəmkirin əsas küçələrində, Şəhidlər Xiyabanı önündə belə çirkabın dizə çıxdığını müşahidə etmiş, oxucularımızla bölüşmüşdük. Şəmkirdə hələ də vəziyyət dəyişməyib, üstəlik bir qədər də qəlizləşib. Artıq inəklər şəhərin mərkəzində, düz rayon icra hakimiyyətinin 1 addımlığındakı "İstiqlal" parkında otlayırlar. Dahi Üzeyir Hacıbəyovun, cümhuriyyəti şeirlərində quran şair Əhməd Cavadın heykəlləri önündə indi heyvanlar gəzir. Bu o vaxt baş verir ki, rayona "DOST" mərkəzi xətti ilə 550 işçi ştatı verilib. Hər ay həmin şəxslərə minimum əmək haqqı ödənişi gerçəkləşdirilir. Haradadır 550 işçidən 3-ü, 5-i? Yəni həmin 550 nəfərdən "İstiqlal" parkına ayrılan işçisi qüvvəsi olmayıb?

Şəmkirdə inəklərin mərkəzi parkda "parad"ı rayonda pul yığımı xəbərlərinin dolaşdığı bir vaxta təsadüf edib. Belə xəbərlər var ki, Alimpaşa Məmmədov kənd icra nümayəndələrindən, bələdiyyə sədrlərindən pul yığdırır. İddia olunur ki, şəhərin abadlığı adı ilə toplanan pullar əslində "JEK" rəisi Teymur Hacıyevi "təmizə" çıxarmaq üçün toplanır. Ümumilidə toplanan məbləğin 200 min manat civarında olduğu bildirilir. Yada salaq ki, Teymur Hacıyev bu il aprelin 2-də bankomatdan fəhlələrin əvəzindən maaş alarkən "iş başında" yaxalanıb. Yayılan məlumatlardan belə aydın olurdu ki, "JEK" rəisi 2 ay izlənilib, nəhayətdə bankomatdan 32 "ölü can"ın adına olan bank kartı ilə pul çıxararkən, necə deyərlər, "veşdok"la tutulub. Onun barəsində cinayət işi başlanıb, Baş Prokurorluq bu haqda məlumatları təsdiqləyib. Teymur Hacıyev hazırda ev dustağıdır. Bu olayı Şəmkirdə bilməyən yoxdur, hər kəs maraqla arestant rəisin cinayət işinin hansı sonluqla nəticələnəcəyini gözləyir. Teymur Hacıyevin isə əlinə vurulacaq qandalın bir halqasının da onu bu işlərə məcbur edənin qoluna vurulacağını başçıya çatdırması xəbəri də vardı...

Belə görünür ki, Teymur Hacıyev istəyinə nail olmaq üzrədir. Maraqlıdır ki, Alimpaşa Məmmədov 200 min manata Teymur Hacıyevi "zibil"dən təmizləyə biləcəkmi?

Yada salaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəmkir rayonuna "DOST" mərkəzi xətti ilə məhz təmizlik işləri üçün 550 nəfərin işlə təminatını həyata keçirir. Hər ay bu məqsədlə dövlət büdcəsindən hər bir fəhləyə 180 manat əməkhaqqı da kəsilib. Şəmkirdə "DOST"dan fəhlələrin əməkhaqları hər ay alınsa da, 550 fəhləni görən olmayıb. "İstiqlal" parkında inəklərin rahat şəkildə gəzib-dolaşması deyilənləri bir daha təsdiqləmiş olur.(yeni müsavat)
İcra Hakimiyyətinin yanında biabırçı mənzərə - FOTOLARİcra Hakimiyyətinin yanında biabırçı mənzərə - FOTOLARİcra Hakimiyyətinin yanında biabırçı mənzərə - FOTOLARİcra Hakimiyyətinin yanında biabırçı mənzərə - FOTOLARİcra Hakimiyyətinin yanında biabırçı mənzərə - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 757   Tarix: 20 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 823
.

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro

Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur. Görünüş - eleqant. HONOR Magic6 Pr

10:00 193
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

10:08 242
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

25.04.2024 362
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 703
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 1144
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 1112
.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

11:35 443
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

12:23 320