Balqabaq yağının faydaları və zərərləri - Öd daşı olanlar, ehtiyatlı olun!

Balqabaq yağının faydaları və zərərləri - Öd daşı olanlar, ehtiyatlı olun!Tərkibinin qida dəyəri yüksək olduğu üçün balqabaq qədim zamanlardan qida vasitəsi kimi istifadə edilir. Balqabaq dietik və müalicəvi qidalardan hesab edilir. Onu istənilən yaş qurupunda olan adamlara vermək mümkündür. Balqabaqdan müxtəlif xəstəliklərin müalicə və profilaktikasında istifadə edilir.

BiG.AZ medicina.az-a istinadən təbiətin möcüzəvi tərəvəzi haqqında ətraflı məlumatı təqdim edir:

Əsrlər boyu balqabağın tumundan da müalicə vasitəsi kimi istifadə edilib. Onu uşaq qidalarına əlavə etməkdə fayda var. Balqabağın həm lətli hissəsi, həm də tumları insan orqanizmi üçün çox faydalıdır. Balqabaq toxumlarının tərkibinin 40%-i yağlardan ibarətdir. İlk dəfə Avstriyada balqabaq tumlarından yağ əldə edilmişdir. Balqabaq yağının yanlız apteklərdə satılanları sertifikat əldə etmiş yağ hesab edilir. Ona görə də balqabaq yağı alarkən yanlız apteklərdən almaq məsləhət görülür. Balqabaq yağının qiyməti çox bahadır. Onu yanlız kedra yağı ilə müqayisə etmək olur. 30 balqabaqdan 2,5 kq toxum yığmaq olur ki, bunda da az miqdarda yağ əldə etmək deməkdir.

Balqabaq yağının tərkibində olan vitamin və minerallar onun orqanizm üçün faydalı olduğunu sübut edir. O orqanizm tərəfindən asan sorulduğu üçün ondan kulinariyada müxtəlif sahələrdə istifadə edilir. Rafinəedilməmiş balqabaq yağının gözəl ətri olur və bu yağ orqanizm üçün daha faydalı hesab edilir. Rafinəedilməmiş balqabaq yağından salatların, tərəvəz məhsullarının hazırlanmasında istifadə edilir. Avstriyalılar və almanlar balqabaq yağı və alma sirkəsi qarışımını müxtəlif meyvələrin üzərinə əlavə edib yeyirlər.

Baslqabaq yağından müxtəlif ətlərin marinadlaşdırılmasında istifadə edilir. Balqabaq yağından tərəvəzlərin və ətlərin qızardılması zamanı istifadə etmək olur. Belə ki, bu yağ yüksək temperatura davamlı deyil. Onu çox qızdırdıqda öz keyfiyyətini itirir.
Balqabaq yağı kalorili yağlardandır. Onun tərkibində piylərin miqdarı çoxdur. Ondan çoxlu miqdarda istifadə etmək artıq çəkinin əmələ gəlməsinə səbəb olur. 100 qram balqabaq yağında 896 kalori var.

Faydalı tərkibi

Balqabaq yağının qidalandırıcılıq qabiliyyəti çox yüksəkdir. Ondan ən çox müalicə və profilaktika məqsədilə istifadə edilir. Bu yağın tərkibində vitaminlər, asan sorulan zülallar, mikro və makro elementlər(50-dən çox), insan sağlamlığı üçün lazım olan bioloji aktiv maddələr var. Balqabaq yağının tərkibində yüksək miqdarda F vitanmini və 80%-dən çox yarımdoymuş yağlar var. Yağın tərkibində olan A və E vitamini orqanizmə antioksidant təsir bağışlayır. Onun tərkibində olan minerallar, makro və mikro elementlər həzmin yaxşılaşmasına və orqanizmin mineral ehtiyatının bərpa edilməsinə səbəb olur. Balqabaq yağının tərkibində orqanizm tərəfindən asan sorulan vitamin və minerallar var. Balqabaq yağından istifadə etmək immun sistemin güclənməsinə, oprqanizmin müdafiə qüvvəsinin yüksəlməsinə səbəb olur. Balqabaq yağı qanda insulin ifrazının artmasına, qanda şəkərin miqdarının normallaşmasına səbəb olur. Bu yağ sinir, ürək-damar, qan dövranı, sidik ifrazı sisteminin yaxşılşamasına səbəb olur. Balqabaq yağı qanda fosforun, kalsiumun, dəmirin sintezini nəzarət altında saxlayır. Bu yağ endokrin sistemə də nəzarət edir və hormonların sintezini artırır.

Faydalı və müalicəvi xüsusiyyətləri

Xalq təbabətində balqabaq yağından öd kisəsi və qaraciyər fəaliyyətinin yaxşılaşması üçün istifadə edilir. Onun tərkibində olan fitonsidlər və bioloji aktiv maddələr öd axınının sürətlənməsinə, qaraciyər strukturunun yaxşılaşmasına səbəb olur. Xolisitit, öd daşı xəstəliyi, öd yollarının diskneziyası, alkohol və dərmanlar səbəbli qaraciyərin strukturunun pozulmalarında - xroniki hepatitlər zamanı balqabaq yağından istifadə etməyin faydası çoxdur. Qaraciyərin bütün xəstəliklərinin müalicə və profilaktikasında balqabaq yağından istifadə etməkdə fayda var. Balqabaq yağının tərkibində olan bioloji aktiv maddələr orqanizmə yarasağaldıcı, iltihabəleyhinə, təsir göstərir. Bu yağ mədə şirəsinin miqdarını normallaşdırır, parazit əleyhinə təsir göstərir. Ezofaqit, qastrit, yara, kolit, qastroduenit, enterekolit, qəbizlik zamanı balqabaq yağı içməkdə fayda var. Balqabaq yağı mədə şirəsinin normallaşmasına səbəb olur. Balqabaq yağını davamlı olaraq içmək damar divarlarının möhkəmlənməsinə səbəb olur. Bu yağ orqanizmə bakteriasid, ödqovucu, təzyiqsalıcı, atereskleroz, işemiya, infarkt əleyhinə təsir göstərir. Bu yağdan istifadə eləmək insult və infarktın əmələgəlmə riskini aradan qaldırır, aritmiyanın normallaşmasına səbəb olur. Balqabaq yağı içmək kişi cinsi orqanların fəaliyyətini artırır, onlarda sidik ifrazı xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır. Balqabaq yağı kişi sidik sistemi orqanlarına bakteriasid, androgen, şiş əleyhinə, iltihab əleyhinə təsir bağışlayır. Azyaşlı uşaqlara balqabaq yağı vermək onların fiziki və zehni inkişafını sürətləndirir, sümük sistemlərinin yaxşı inkişaf etməsinə səbəb olur. Hamilə qadınların balqabaq yağı içmələrində fayda var. Bu doğulacaq uşaqların normal inkişaf etməsinə və orqanizminin sağlam formalaşmasına səbəb olur. Balqabaq yağı oynaq ağrılarının azalmasına, yuxusuzluğun aradan qalxmasına, nevroloji problemlərin həll olmasına, baş ağrılarının aradan qaxmasına və sinir sisteminin sakitləşməsinə səbəb olur.

Balqabaq yağı bakteriasid, antiseptik, iltihab əleyhinə təsir edir, dəri problemlərinin aradan qaldırır. O dəriyə yarasağaldıcı təsir bağışlayır. Uzun müddət dırnaqlara balqabaq yağı sürtmək onların bərkiməsinə səbəb olur. Bu yağ dəriyə qulluq edir, onu yumşaldır, qidalandırır, elastikləşdirir, müdafiə qüvvəsini yüksəldir. Balqabaq yağı dərinin yeniləşməsini sürətləndirir, regenerasiya prosesinin yaxşılaşmasına səbəb olur. O dərinin qocalmasının qarşısını alır, hormonal disbalans zamanı dəridə meydana çıxan problemlərin həll olmasına səbəb olur. Dəridəki iltihabi proseslərin sağalmasında balqabaq yağının rolu böyükdür. Balqabaq yağından dodaq boyalarının, balzamların, şampunların, kremlərin mazların hazırlanmasında geniş istifadə edilir.

Balqabaq yağının zərərli xüsusiyyətləri

Şəkərli diabet xəstələrinə balqabaq yağından istifadə edərkən həkimləri ilə məsləhətləşmələri tövsiyə edilir. Balqabaq yağı bağırsaq möhtəviyyatının yumşalmasına səbəb olur. Ondan çox istifadə etdikdə ishal meydana çıxa bilir. Balqabaq yağı ödqovucu xüsusiyyətə malikdir. Bəzən öd daşlarının hərəkətliliyini artırır, sancılara səbəb ola bilir. Bu səbəbinə görə öd daşı xəstəliklərindən əziyyət çəkənlərə bu yağdan istifadə edərkən diqqətli olmaları məsləhət görülür.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1031   Tarix: 03 may 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

TOP MP3