Beynəlxalq aeroportda baqajlar necə yoxlanılır?

Beynəlxalq aeroportda baqajlar necə yoxlanılır?Heydər Əliyev Beynəlxalq Aeroportunda baqajlarınız necə yoxlanılır? - REPORTAJ
Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da dövlət sərhədləri və hava limanları ən önəmli strateji obyektlər sırasındadır. Burada təhlükəsizlik sistemlərinin yüksək səviyyədə təşkil edilməsi birbaşa 10 milyona yaxın ölkə vətəndaşının təhlükəsizliyinin təmin edilməsi deməkdir.
Dünyada baş verən ən dəhşətli hadisələr, terror aktları üçün hədəf seçilən məkanlardan birincisi məhz hava limanlarıdır. Hər gün minlərlə insan hava limanından istifadə edir. Bu isə kifayət qədər ciddi rəqəmdir. Ən önəmlisi, hava limanında insanların təhlükəsizliyini təmin etmək üçün hər bir incə detala diqqətlə yanaşan peşəkar işçi kollektivinin olmasıdır. Söhbət Heydər Əliyev Beynəlxalq Aeroportundan gedir.
Bəzən vətəndaşların aeroportlarda baqajlarının dəyişik düşdüyünü, itdiyini, hətta zədələndiyini eşidirik.
Beynəlxalq aeroportda baqajlar necə yoxlanılır?Oxu.Az bu dəfə yolunu Heydər Əliyev Beynəlxalq Aeroportundan salaraq, burada təhlükəsizlik sisteminin necə tənzimləndiyini, sərnişinlərə məxsus baqajın hansı şəraitdə qeydiyyatdan, baxışdan keçdiyini və müşayiət edilərək hava gəmisinə yüklənməsini müşahidə edib.
Beynəlxalq aeroportda baqajlar necə yoxlanılır?Heydər Əliyev Beynəlxalq Aeroportunun 1 saylı Terminalının qarşısında yerləşən avtomobil dayanacağına daxil olduq. Ərazidə maşın əlindən yer yox idi. Nəqliyyat vasitəsini dayanacaqda park etdikdən sonra Terminalın A girişinə yaxınlaşdıq.   
Terminala daxil olarkən təhlükəsizlik əməkdaşları tərəfindən bütün çantalar, aparatlar, üzərimizdə olan əşyalar, mobil telefon, qəpiklər, iri həcmli qolbaqlar və s. xüsusi qablara qoyularaq "X-ray" qurğusu vasitəsilə baxışdan keçirildi. Daha sonra özümüz tağlı metalaxtaranla "yoxlandıq". Bundan sonra baxışdan keçirilməsi üçün xanımlara qadın əməkdaş, bəylərə isə kişi əməkdaş təhkim olundu.
Bu, onu sübut edir ki, kimliyindən asılı olmayaraq, heç kim hava limanı ərazisinə gizli şəkildə silah, partlayıcı qurğu və ya təhlükə yarada biləcək hər hansı bir əşya keçirə bilməz.
Beynəlxalq aeroportda baqajlar necə yoxlanılır?Baxışdan keçdikdən sonra şəxsi əşyalarımızı da götürüb qeydiyyat duracaqlarına yaxınlaşdıq. Sərnişinlər zəruri sənədlərlə qeydiyyatdan keçdikdən sonra onların baqajlarına yarlıq vurulur. Həmin yarlığın bir hissəsi baqajın üç tərəfinə vurulduqdan sonra digər hissəsi sərnişinə verilir.
Beynəlxalq aeroportda baqajlar necə yoxlanılır?Sərnişinin baqajına aviasiya təhlükəsizliyinə dair baxış keçirilən zaman baqajda şübhəli əşya aşkar edilərsə, həmin yarlıq vasitəsilə çantanın sahibini tapmaq asan olur. Sərnişinlər qeydiyyatdan keçdikdən sonra üçüncü mərtəbədəki restoranlardan birində uçuş vaxtına qədər istirahət edərkən baqajlar çox ciddi şəkildə baxışdan keçirilir. 
Hər üç mərtəbədə təhlükəsizlik əməkdaşları ciddi nəzarət həyata keçirir. Qeyd etmək lazımdır ki, nəzarət yalnız vətəndaşlara və sərnişinlərə deyil, aeroportda çalışan bütün əməkdaşlara da tətbiq edilir. Belə ki, binadan bir dəqiqləik belə olsa, kənara çıxan və daha sonra geri qayıdan əməkdaşlar təkrar baxışdan keçdikdən sonra içəri buraxılırlar.  
Beynəlxalq aeroportda baqajlar necə yoxlanılır?Digər prosesləri müşahidə etmək üçün təhlükəsizlik əməkdaşları ilə birlikdə mühafizə edilən məhdud girişli zonaya daxil olduq. İlkin mərhələdə kinolarda gördüyünüz işıqlı və hər biri şifrəli olan qapılardan keçdik. Hər yerdə qapalı videomüşahidə sistemi quraşdırılmışdı. Sonuncu qapıda bizi təhlükəsizlik xidmətinin, dövlət sərhəd xidmətinin və gömrük xidmətinin əməkdaşları qarşıladı.
Şəxsiyyətimizi təsdiq edən sənəd və buraxılış vəsiqələrimiz yoxlanıldı. Üzərimizdə və əlimizdə olan bütün əşyalar, ayaqqabılar, saatlar, hətta kəmərlər çıxarılaraq xüsusi qablara qoyularaq "X-ray" qurğusu vasitəsilə baxışdan keçirildi. Sonra təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə baqajların baxışdan keçirilməsi, çeşidlənməsi və etiketlənməsi məntəqəsinə daxil olduq.
Beynəlxalq aeroportda baqajlar necə yoxlanılır?Qeydiyyatdan keçən bütün baqajlar "L3" adlanan partlayıcıları aşkar edən sistem (EDS) vasitəsilə xüsusi kurslarda iştirak edən və müvafiq "Sertifikat" alan təhlükəsizlik əməkdaşları tərəfindən 3D formatında müxtəlif rakurslardan baxışdan keçirilir. Sistem tərəfindən şübhəli hesab edilən  baqaj "Heimann" adlanan "X-ray" qurğusuna yönləndirilir. Həmin baqajlara təkrar baxış keçirilir.
Əgər aydın olmayan məqam olarsa, baqajın üzərindəki yarlığa uyğun kod vasitəsilə baqajın sahibi çeşidlənmə məntəqəsinə dəvət edilir. Gömrük və təhlükəsizlik əməkdaşlarının iştirakı ilə baqaj açılır və əl ilə baxış keçirilir. Əlavə təhlükəsizlik tədbiri kimi "Safran Morpho" adlanan partlayıcı maddələrin izini aşkar edən qurğu (ETD) vasitəsilə həmin baqajdan nümunələr götürülərək yoxlanılır.
Beynəlxalq aeroportda baqajlar necə yoxlanılır?Baqajlar təhlükəsizlik xidmətinin silah, partlayıcı maddə və qurğuların axtarışı üçün hazırlanmış xüsusi itlər vasitəsilə də yoxlanılır. Reks adlı xüsusi axtarış itinin baqajları yoxlamasını da əyani şəkildə müşahidə etdik. 
Beynəlxalq aeroportda baqajlar necə yoxlanılır?Bütün bu proseslərdən sonra baqajlar reyslər üzrə çeşidlənir və üzərinə aviasiya təhlükəsizliyinə dair baxışdan keçirildiyini göstərən rəngli etiketlər vurulur. Qeyd etməliyik ki, baqajlar çox səliqəli və ehtiyatla daşınır.
Onların zədələnməsi və ya içərisindəki əşyaların ziyan görmə ehtimalı minimum səviyyədədir. Əl terminalları vasitəsilə baqajlar "scan" edilir və bu terminallarda baqajın sahibinə aid bütün informasiyalar öz əksini tapır.
Baqajların baxışdan keçirilməsi, çeşidlənməsi və etiketlənməsi üçün ayrılan ərazidə əməkdaşlar 24 saat dörd növbə ilə fəaliyyət göstərir.
Beynəlxalq aeroportda baqajlar necə yoxlanılır?Baqajlar tam hazır olduqdan sonra təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə hava gəmisinə çatdırılır. Orada digər əməkdaşa təhvil verilir.  
Onu da qeyd edək ki, gün ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 12 minə yaxın sərnişin yola salınır.
Yəqin ki, bütün bu proseslərin ardıcıl olaraq neçə dəfə təkrarlandığını təsəvvür etmək çətindir. Lakin təhlükəsizlik əməkdaşları yorulmadan gün ərzində bu prosedurları həyata keçirirlər.
Beynəlxalq aeroportda baqajlar necə yoxlanılır?Əlavə olaraq onu da qeyd edək ki, sərnişinlərdən biri hava gəmisinə daxil olduqdan sonra uçuşdan imtina edərsə, təhlükəsizlik əməkdaşları tərəfindən reys dayandırılır.
Bütün sərnişinlər və baqajlar hava gəmisindən çıxarılır, hava gəmisi təhlükəsizlik əməkdaşları tərəfindən yoxlanılır, bütün ilkin qeyd edilən prosedurlar təkrar tətbiq edilir və hava gəmisinin uçuşuna icazə verilir.
Beynəlxalq aeroportda baqajlar necə yoxlanılır?Xarici aviaşirkətlərə məxsus hava gəmilərinə Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuş cədvəlinə uyğun olaraq müəyyən vaxt ayrılır.
Bu müddət ərzində ekipaj üzvlərinin hava gəmisini tərk etməsi qəti qadağandır. İstisna hallar olarsa, həmin şəxslər təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə təyyarədən enə və geri dönə bilərlər.

Beynəlxalq aeroportda baqajlar necə yoxlanılır?Beynəlxalq aeroportda baqajlar necə yoxlanılır?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 956   Tarix: 29 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qobustanda palçıq vulkanları ilə bağlı turizm kompleksi yaradılacaq

Növbəti ildən etibarən Qobustan rayonu ərazisində yerləşən palçıq vulkanlarının birinin ərazisində böyük kompleksin yaradılması nəzərdə tutulub. -a istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Sammitində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib. Onun sözlərinə görə, komplek

29.11.2019 3668
.

Azərbaycan ilə Malayziya arasında turizm sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Malayziya ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq əlaqələri genişlənir. AZƏRTAC xəbər verir ki, ölkəmizin Malayziyadakı səfirliyinin bu ölkənin turizm şirkətləri ilə keçirdiyi görüşlər və apardığı danışıqlar nəticəsində Azərbaycana bu dost ölkədən gələn turistlərin sayı ilbəil artır. Səfirlikdə

26.06.2019 3329
.

Bilal Ərdoğan Milli Yaylaq Festivalının açılışında iştirak edib

Azərbaycanda ilk dəfə olaraq ölkənin milli-mədəni dəyərlərini, tarixini və bir sıra ənənələrini özündə əks etdirən Milli Yaylaq Festivalı keçirilir. -a istinadən xəbər verir ki, bu gün festivalın açılış mərasimi olub. Mərasimdə türkiyəli iş adamı, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın oğlu Bila

29.07.2019 4411
.

Azərbaycan hava limanlarında sərnişin axını rekord həddə çatıb

2019-cu ilin ilk 10 ayı ərzində Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını 4,7 milyon sərnişin təşkil edib, bu da son illərin rekord göstəricisidir. Bunun dörd milyondan çoxu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşür ki, bu da ötən ilin göstəricisindən 200 min sərnişin çoxdur

12.11.2019 4133
.

Istanbula möhtəşəm Mega tur !

Istanbula möhtəşəm Mega tur Mart ayında sizi unudulmaz Istanbul turu gözləyir. Novruz bayramının yadda qalan olmağını istəyirsiniz ? Bu tur ilə həm İstanbulu gəzəcək, həm alış veriş edəcək,həm Galatasarayın stadionuna-muzeyinə girəcək və ən əsası dizi setlərini - məkanlarını gəzəcəksiniz. Azərbayca

04.02.2020 408
.

Rusdilli məşhur "Meduza" informasiya portalı Azərbaycan mətbəxi ilə bağlı maraqlı test hazırlayıb

Rusdilli məşhur "Meduza" informasiya portalı Azərbaycan mətbəxi ilə bağlı maraqlı test hazırlayıb. APA-a istinadən xəbər verir ki, Azərbaycanın Turizm Bürosu ilə birgə hazırlanan testdə portal oxucularına Azərbaycan mətbəxini nə qədər bildikləri ilə bağlı suallar yerləşdirib. Suallar Azərbayca

26.06.2019 2523
.

Dubaya qayıdış

Dubayda turizm sahəsində ən maraqlı yeniliklərlə tanışlığı davam etdiririk. Bugünkü icmalımızda sizi günbəz altında ekzotik heyvanların məskunlaşdığı tropik meşəyə, çərçivə formasında müşahidə meydançasına, başgicəlləndirici attraksionları olan parka səyahət gözləyir. "The Green Planet" - meqapolisi

26.06.2019 3627
.

Səyahət zamanı götürməyə ehtiyac olmayan əşyalar

Çətirlər, dəsmallar, əlavə geyim və ayaqqabılar səyahət zamanı özünüzlə götürməyə ehtiyac olmayan əşyaların sırasına daxildir. "Aviasales" xəbər verir ki, ekspertlər təcrübəli turistlərdən çamadanlarında hansı artıq əşyaların olduğunu və növbəti səfərləri zamanı özləri ilə nələri götürməyəcəklərin

29.07.2019 3988
.

ABŞ-ın yenidən Ümumdünya Turizm Təşkilatına daxil olacağı bəyan edilib

Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurasının iyunun 16-dan Bakıda keçirilən və bu gün başa çatan 110-cu sessiyasında ABŞ-ın yenidən quruma daxil olacağı bəyan edilib. "Report" xəbər verir ki, bu barədə ÜTT-nin baş katibi Zurab Pololikaşvili məlumat verib. "ABŞ 23 il bundan əvvə

26.06.2019 3193