Direktor "dəvət etsək də, gəlmir" dedi - Leyla isə təkzib etdi

Direktor "dəvət etsək də, gəlmir" dedi - Leyla isə təkzib etdiMərdəkanda yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin direktoru Dilarə Məşədiyeva haqqında səsləndirilən ittihamlarla bağlı ilk dəfə açıqlama yayıb.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, direktor məktəbdəki bir çox problemlərlə bağlı sosial şəbəkədə paylaşım edən kimya müəlliməsi Leyla Ucalı dəfələrlə məktəbə dəvət etsə də, müəllimənin onun müraciətlərinə cavab vermədiyini bildirib:

"Leyla xanım bir neçə dəfə internat məktəbinə dəvət edilsə də, təəssüf ki, bu dəvətləri qəbul etməyib və məsələnin araşdırılmasına heç bir maraq göstərməyib. Əgər müəllimə internatda gördüyü bu və ya digər problemə ictimaiyyətin diqqətini çəkirsə, iddia etdiyi məsələlərin tam araşdırılmasında israrlı olmalıdır. Biz bunu nədənsə görmürük.

Leyla xanım iddia edir ki, məktəbin psixoloqu kişidir. Amma o kişi deyil, qadındır. Psixoloq Vəliyeva Sevinc Oqtay qızı bu məktəbdə məndən daha əvvəl, 2011-ci ildən işləyir. Və ya digər fakt barədə onu deyə bilərəm ki, məktəbin tədris və yataqxana korpusları ayrıdır, şagirdlər saat 18:00-dək tədris korpusunda ev tapşırıqlarını yerinə yetirir və çantaları yataq korpusuna daşımır. Hər bir internat məktəbində olduğu kimi bizim məktəbdə də belədir. İnternatda yalnız I-IX siniflər fəaliyyət göstərir. Məktəbin məzunları buradan ya peşə məktəblərinə, ya da tam orta məktəblərin 10-11-ci siniflərinə oxumağa gedirlər. Məktəbimizin Milli Konservatoriyada oxuyan məzunu da var".

Leyla Ucal məsələylə bağlı bildirib ki, direktor tərəfindən ona hər hansı bir müraciət olunmayıb:

"Yalandır, direktor məni məktəbə dəvət etməyib. Bu günə kimi mənə heç bir müraciət olunmayıb. Nazirlik tərəfindən də xüsusi açıqlama verilmir. Prosesi mətbuatdan izləyirəm.

İnanıram ki, ictimai qınaq olduğuna görə ədalətli araşdırılma aparıla bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1169   Tarix: 23 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Əsl döyüşçü..." – Burak Altay 10 Aprel Polis Günündə duyğusal paylaşım etdi

Aktyor Burak Altayın atası təxminən iki həftə əvvəl evdə pisləşib və xəstəxanaya aparılıb. türk mediasına istinadən xəbər verir ki, xəstəxanada atasına yoldaşlıq edən Altay 10 Aprel Polis Günündə paylaşımı ilə sevənlərini kədərləndirib. Təqaüddə olan polis rəisi atasının əzmi və həyat mübarizəsinə diqqə

11:36 234
.

İnsanlara nur və şəfa bəxş edən alim

Zərifə xanım Əliyeva zəngin, şərəfli ömür yolu bugünkü və gələcək nəsillər üçün parlaq nümunədir. O, həm peşəkar həkim-mütəxəssis, həm ləyaqətli ziyalı, həm vəfalı ömür-gün yoldaşı, həm də qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz izlər buraxmışdır. Zərifə xanımın çoxşaxəli fəaliyyəti ictimai əhəmiyyətl

12:30 279
.

Gözəlliyi ilə yenidən gündəmdə – Nilsu Berfinin paylaşımı izləyiciləri valeh etdi

"Şakir Paşa Ailəsi: Möcüzələr və Qalmaqallar" serialında Ayşə obrazını canlandıran, 26 yaşlı gözəl aktrisa Nilsu Berfin Aktaş son paylaşımı ilə gündəm olub. türk mediasına istinadən xəbər verir ki, imicində dəyişiklik edən aktrisanın yeni saç rəngi izləyicilər tərəfindən heyranlıqla qarşılanıb

10:58 393
.

"Sizinlə işləməyi səbirsizliklə gözləyirəm" - Trampdan Əliyevə

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli cənab Prezident. Birləşmiş Ştatlar adından Sizi və Azərbaycan xalqını gözəl Novruz bayramı münasibətilə təbrik edirəm

17:38 253
.

Bakıda 200-ə yaxın bina söküləcək - Ərazilər açıqlandı

Bakıda qəzalı binaların mərhələli söküntüsü planlaşdırılır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, hazırda Bakı şəhəri üzrə 194 qəzalı və kəskin qəzalı bina olmaqla, ümumilikdə 6 415 mənzilə dair tədbirlərin icrasına başlanılıb. Sözügedən binalar paytaxtın Binəqədi, Nərimanov

10:15 501
.

Zərifə xanım Əliyeva - gözlərə nur bəxş edən alim

Dünya şöhrətli oftalmoloq, gözəl insan, qayğıkeş həkim, akademik Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də - ilin ən gözəl fəsli olan baharda dünyaya göz açıb və ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də dünyasını dəyişib. Akademik Zərifə xanım Əliyevanın Tanırının taleyinə yazdığı ömür payı

12:20 259
.

Azərbaycanda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var

Bu gün saat 18 radələrində 6 nəfər it dişləməsi diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub. BİG.AZ xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilə

09.04.2025 1376
.

Qədəşovun kürəkəninin işi yenidən araşdırılır - "Atlant"ın üzərinə həbs qoyulub

"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə yenidən araşdırması davam edir. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsind

17:03 213
.

Trampın prezident seçilməsi Ermənistanı ciddi şəkildə məyus etdi - RƏY

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib ki Trampın prezident seçilməsi Ermənistanı ciddi şəkildə məyus etdi. Ermənistanın siyasi istebleşmenti Azərbaycan mövzusunda olduqca səfərbər vəziyyətdədir

16:56 237
.

TOP MP3