Bakıda klinikada qadını dəhşətli hala saldılar, ömürlük əlil oldu – Fotolar

Bakıda klinikada qadını dəhşətli hala saldılar, ömürlük əlil oldu – Fotolar2017-ci il iyulun 17-də üçüncü övladını dünyaya gətirmək üçün "Leyla Şıxlinskaya Klinikası"na gedən Kəmalə Atakişiyeva oradan birinci qrup əlil kimi çıxıb.
Bundan öncə bankda çalışan, həm orada, həm də evdə işlərinin öhdəsindən gələn K.Atakişiyeva özü həyat yoldaşı və azyaşlı övladlarının ümidinə qalıb. Ancaq onların köməyilə hərəkət edə bilir.

BiG.AZ bizimyol.info-ya istinadən xəbər verir ki, bugünlərdə Ali Məhkəmədə Gündüz Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası bu məsələni araşdırıb. Həm K.Atakişiyevanın ailəsi Ali Məhkəməyə şikayət vermişdi, həm də klinika rəhbərliyi.

K.Atakişiyeva klinikada birinci qrup əlil olandan sonra ailəsi Xətai Rayon Məhkəməsində klinikaya qarşı 500 min manat (300 min maddi, 200 min mənəvi ziyan) təzminat tələbiylə iddia qaldırmışdı. Məhkəmə yalnız 40 min manat mənəvi ziyan ödənilməsinə qərar vermişdi. Həyat yoldaşı Azər Atakişiyev bu qərardan apellyasiya şikayəti vermişdi. Bakı Apellyasiya Məhkəməsi K.Atakişiyevanın hadisədən öncə qazancını və əlil olması nəticəsində əldən çıxmış faydanı nəzərə alıb, 74 min maddi, 40 min də mənəvi ziyanın əvəzi olaraq, ümumilikdə 114 min manat kompensasiya təyin edib.

K.Atakişiyevanın yaxınları bu məbləğin artırılması, klinika rəhbərliyi isə əksinə, 114 minlik kompensasiya qərarının ləğvi üçün Ali Məhkəməyə şikayət vermişdi. Amma Ali Məhkəmə apellyasiya məhkəməsinin 114 min manatlıq kompensasiya qərarını qüvvədə saxlayıb.

Hadisəyə gəlincə, Azər Atakişiyev bildirir ki, həyat yoldaşı nın başına gələnlər barədə bunları danışır: "Üçüncü övladımızı dünyaya gətirmək üçün o klinikaya getmişdi. Sağlam idi, səhhətində problem yox idi. Sən demə, qeysəriyyə əməliyyatı vaxtı komaya düşüb. Komada olduğu müddətdə də hər iki ayağı yandırılıb. Komada olan vaxt bizə onu göstərmirdilər. Görəndə ayaqlarından dəhşətə gəldik. Yanıqlar o qədər dərin idi ki, sümüyü görünürdü. Soruşduq ki, bu nədir? Dedilər ki, ayaqlarına "qrelka" qoyulmuşdu, ondan yanıb. Özlərinə də dedim ki, "qrelka"dan belə yanıq ola bilməz. İkincisi, komada olan adama "qrelka"nın nə köməyi ola bilər? Aydın məsələydi ki, səhlənkarlıqdan necəsə yandırmışdılar, bizi aldadırdılar. Beş gün sonra komadan tam ayılmamış məlum oldu ki, yanığı da vaxtında təmizləməyiblər, qana zəhərlənmə verib. Yenidən əməliyyata saldılar. İkinci əməliyyatdan iki günə ayıldı. Onda toksiki ensefolopatiya yarandı. Özünü idarə edə, gəzə bilmirdi, yaddaşı pozulmuşdu, nevroloji üz mimikaları əmələ gəlmişdi".

A.Atakişiyevin sözlərinə görə, klinika rəhbərliyi həyat yoldaşının bu vəziyyətdə çıxarılmasını tələb edirdi. O isə razılaşmır, deyirdi ki, necə sağlam gətirilmişdisə, o cür də sağaldılıb təhvil verilməsini tələb edir. O zaman Səhiyyə Nazirliyi də məsələyə müdaxilə edib belə ağır vəziyyətdə çıxarılmasına icazə verməyib. Təxminən iki ay sonra – sentyabrın 12-də isə zorla K.Atakişiyevanı klinikadan çıxarıblar: "İnsanı ömürlük bədbəxt etmələri bir yana, həkim adına yaraşmayan tərzdə davranırdılar. O klinikada 10 min manata qədər pulumuzu da aldılar, ailəmi, üç uşağımı da bədbəxt elədilər. Hələ üstəlik, özümüzü də polis gücünə klinikadan qovdular. Leyla gəlib dedi ki, "bu dəqiqə generala zəng vuracağam, sənin başına oyun açacağam". 10 dəqiqə çəkmədi, polislər gəlib töküldülər.

Hadisədən sonra K.Atakişiyevaya birinci qrup əlillik dərəcəsi təyin olunub. Onun 13, 11 yaşlarında, bir də 2017-ci ilin iyulunda dünyaya gətirdiyi üç övladı var. Həyat yoldaşı deyir ki, ana uşaqlarına qayğı göstərmək əvəzinə, 11-13 yaşlı iki böyük övladı analarına yardım edir – onu yedirir, qolundan tutub gəzdirir: "Bu səhnəni görmək hər gün ölüb-dirilmək deməkdir. Nəyimiz vardısa, bu il yarımda satıb iynə-dərmana, həkimlərə vermişik. Özünü idarə eləyə bilmir deyə, ona baxmaq üçün ayrıca adam tutmuşuq. Körpə uşaq anadan olandan ona da başqa yerdə bir adam baxır, çünki anasının səsə dözümü yoxdur. Dərd burasındadır ki, Azərbaycanda müalicəsi yoxdur. Türkiyəyə də aparmışıq, orada da müalicəsi mümkün olmadı. Deyiblər ki, İsraildə mümkündür, ora üçün də 90 min dollar tələb olunur".

Həyat yoldaşı bildirir ki, K.Atakişiyevaya müddətsiz birinci qrup əlillik təyin edildiyindən, məhkəmə də bu günə qədər olanları yox, bundan sonra ona çəkiləcək xərcləri, əldən çıxan faydanı da nəzərə almaq lazımdır: "Ekspert rəyindən görünür ki, əməliyyatın icrasıyla əlaqədar baş vermiş geridönməz fəsadların yaranması nəticəsində həyat yoldaşım bu vəziyyətə düşüb. Əməliyyatdan sonra onda həm də haşimato xəstəliyi (ömür boyu davam edən qalxanvari vəz iltihabı) yaranıb".

Ortada ekspert rəyi, məhkəmə qərarları olmasına baxmayaraq, klinika rəhbərliyi ittihamları qəbul etmir. Klinikadan mətbuata verilən açıqlama bildirilib ki, K.Atakişiyevanın bugünkü duruma düşməsində onların heç bir günahı yoxdur: "Tibbi ekspertiza ona "dölyanı mayenin emboliyası" (dölyanı mayenin qadının damarlarına daxil olması) diaqnozu qoyub. Bütün dünyada bu diaqnozla xəstələr adətən tələf olurlar, onları xilas eləmək çox çətindir. Sağ qalanda da mütləq hansısa fəsadları olur. Dünyada da elə bir tibbi avadanlıq yoxdur ki, bunu öncədən təyin edə bilsin".
Bakıda klinikada qadını dəhşətli hala saldılar, ömürlük əlil oldu – FotolarBakıda klinikada qadını dəhşətli hala saldılar, ömürlük əlil oldu – FotolarBakıda klinikada qadını dəhşətli hala saldılar, ömürlük əlil oldu – FotolarBakıda klinikada qadını dəhşətli hala saldılar, ömürlük əlil oldu – Fotolar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6635   Tarix: 20 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477