Əməkdar məşqçi Türkiyədə keçirilən yarışdan danışdı: "Ədalətsizlik oldu" - FOTOLAR

Əməkdar məşqçi Türkiyədə keçirilən yarışdan danışdı: "Ədalətsizlik oldu" - FOTOLARAprelin 4-7-də Türkiyənin Antalya şəhərində kikboksinqin WAKO versiyası üzrə Avropa Kuboku yarışı keçirilib.

BiG.AZ -ın məlumatına görə, yarışda 23 ölkədən 2700 idmançı iştirak edib. Avropa Kubokunda Azərbaycan milli komandası 14 idmançı ilə mübarizə aparıb. Millimiz yarışda 1 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.

Yığma komandamızın tərkibində 4 kikboksçu ilə təmsil olunan "Sərhədçi" idman klubunun bütün üzvləri medal qazanıblar. "Sərhədçi" İdman Olimpiya Mərkəzinin baş məşqçisi, dünya çempionu, sərhədçi zabiti, əməkdar məşqçi Fuad Zeynalov bildirib ki, gənclər arasında döyüşən idmançılar 1 qızıl və 3 gümüş medala sahib olublar. O qeyd edib ki, 81 kq çəki dərəcəsində Elcan Alıkişiyev qızıl, 67 kq çəki dərəcəsində Elşad Şahbazov, 57 kq çəki dərəcəsində Qəşəm Məmmədov və 54 kq çəki dərəcəsində Vüsal Kazımov gümüş medala layiq görülüb. Milli komandamızın digər üzvlərindən Uğur Hacızadə gümüş, Murad Babayev və Lalə Mikayılova isə bürünc medal qazanıblar.

Əməkdar məşqçinin sözlərinə görə, 67 kq çəki dərəcəsində yarışan Elşad Şahbazov finalda böyük haqsızlığa məruz qalıb: "İdmançımız rəqibindən üstün idi. Onu hakimlər uduzdurdular. E.Şahbazova qarşı ədalətsizlik oldu. Nəticədə kikboksçumuz yarışı ikinci yerdə tamamladı".

Baş məşqçi Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev və yeni yaradılmış "Sərhədçi" Kikboksinq Klubunun prezidenti Cavid İsmayılova hər zaman idmançıların yanında olub, dəstək göstərdiklərinə görə minnətdarlığını bildirib.

Əməkdar məşqçi Türkiyədə keçirilən yarışdan danışdı: "Ədalətsizlik oldu" - FOTOLARƏməkdar məşqçi Türkiyədə keçirilən yarışdan danışdı: "Ədalətsizlik oldu" - FOTOLARƏməkdar məşqçi Türkiyədə keçirilən yarışdan danışdı: "Ədalətsizlik oldu" - FOTOLARƏməkdar məşqçi Türkiyədə keçirilən yarışdan danışdı: "Ədalətsizlik oldu" - FOTOLARƏməkdar məşqçi Türkiyədə keçirilən yarışdan danışdı: "Ədalətsizlik oldu" - FOTOLARƏməkdar məşqçi Türkiyədə keçirilən yarışdan danışdı: "Ədalətsizlik oldu" - FOTOLARƏməkdar məşqçi Türkiyədə keçirilən yarışdan danışdı: "Ədalətsizlik oldu" - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 936   Tarix: 08 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. -a istinadən xəbər verir ki, bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçünc

07.09.2021 975
.

Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"

"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın

04.09.2021 533
.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027
.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093
.

Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda

29.08.2021 1349
.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074