Azərbaycanlı aktrisanın sevişmə VİDEOSU YAYILDI

Azərbaycanlı aktrisanın sevişmə VİDEOSU YAYILDIXəbər verdiyimiz kimi, ötən gün "Dalan" filminin təqdimatı baş tutub.

Axşam.az-ın məlumatına görə, baş rollarında Sevinc Əliyeva və Ziya Ağanın oynadığı ekran işi sevişmə səhnəsi ilə diqqət çəkib.

Azərbaycan milli mentalitetinin ağır tərəflərinin əks etdirildiyi filmin qəhrəmanları özündən yaşca böyük şəxslərlə ailə quran Arzu və Yusifdir.

İllərdir iş adamı olan ərinin əsarətində yaşayan, universitet bitirsə də, bir çox azərbaycanlı ailələrdə olduğu kimi "ər çörəyi"nə məhkum edilən Arzu sıxıcı evlilik yaşayır. Əri onu başqası ilə aldadır, ona evdə qulluqçu kimi yanaşır. Sevinc Əliyeva canlandırdığı obrazla sadə azərbaycanlı xanımını gözəl şəkildə canlandırmağı bacarıb. Səs tembri isə buna tam icazə verib.

Yusif isə az qala anası yaşda olacaq bir qadınla evlidir. Bu obrazı isə Münəvvər Əliyeva canlandırıb. O, digər obrazlarına nisbətən, daha zəif aktrisa oyunu ilə tamaşaçıların qarşısına çıxıb.

Ziya Ağanın həyat verdiyi Yusif isə təhsilli, arvadının sayəsində nüfuza sahib olmuş bir şəxsdir. Qorxaq biri olsa da, qonaq olduğu evdə Arzunun təlatümlü, ürkək və həbs olunmuş halı onu cəlb edir.

"Dalan"da ən diqqətçəkən səhnə isə Ziya Ağa və Sevinc Əliyanın sevişmə səhnəsidir. Yetərincə, cəsarətli addım atan aktyorlar sözügedən səhnədə sünilik nümayiş etdirməyib, tamaşaçıya eyni hissləri ötürə biliblər.

Ziyanın canlandırdığı obrazın hadisələrin bir neçə gün ərzində cərəyan etməsinə baxmayaraq, əynindən açıq mavi rəngli köynəyi çıxarmaması da geyim rəssamının işə səthi yanaşmasından xəbər verib.

Filmdə Rasim Cəfər qısa rolunu çox uğurla ifa etsə də, onların oynadığı səhnələr filmdə yamaq kimi görünüb. Həyatın bumeranq olduğunu əks etdirməyə çalışan Səbinə Əhmədlinin yazdığı bu səhnələr "Sırlar dünyası"nı xatırladıb.

Ekran işində "Aşkı memnu", "Sen anlat Karadeniz" kimi serialdan bəhrələnmələr olsa da, filmin rənglənməsi, operator işi də yerindədir və qənaətbəxşdir.

Filmin verdiyi sosial mesaj isə ailəyə hər zaman diqqət və qayğı göstərməyin lazımlı olması, bəzən güvəndiyimiz şəxsləri yanlış seçməyimiz və diqqətli olmağımızdır.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 3394   Tarix: 04 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

3 uşaq anası olan Aysel bu geyimdə AĞILLARI BAŞDAN ALDI - FOTOLAR

İllər öncə ailə quraraq səhnədən gedən müğənni Aysel Teymurzadə (Adıgözəlzadə) sosial mediada paylaşım edib. xəbər verir ki, sənətçi Bakı Moda Həftəsinin birinci günündə iştirak edib. Onun ilk günkü dəb nümayişində geyindiyi geyim izləyicilərin marağına səbəb olub. Qeyd edək ki, ifaçı Xalq artisti Mura

03.05.2026 789
.

"Taşacak bu deniz"lə bağlı dəyişiklik

"Taşacak bu deniz" serialı ilə bağlı dəyişikliyi edilib. Axşam.az xəbər verir ki, layihənin 9 iyunda yox, 5 iyun cümə günü 30-cu bölümü ilə mövsüm finalı edəcək. Qeyd edək ki, baş rollarını Ulaş Tuna Astepe ilə Dəniz Bayselin canlandırdığı layihə "TRT 1" kanalında nümayiş olunur

02.05.2026 281
.

Aygün Kazımovanın SƏHHƏTİ PİSLƏŞDİ

Xalq artisti Aygün Kazımovanın səhhətində problem yaranıb. xəbər verir ki, bu barədə o özü məlumat yayıb. Bildirib ki, sağlamlığında yaranan problemlərə görə baş tutmalı olan konsertini təxirə salıb

02.05.2026 532
.

"Türk seriallarına həsəd aparıram"

"Ən əsas məsələ güclü ssenaridir. Ondan sonra komanda: kim çəkəcək. Fil komanda işidir: aktyor, ssenarist, operator yaxşı olmalıdır ki, ortaya keyfiyyətli iş çıxsın. Buna görə də bir çox məqama diqqət etmək lazımdır. Amma mənim üçün ilk faktor hər zaman ssenari və obrazdır". Axşam.az xəbə

03.05.2026 296
.

Rejissorun "Oskar"ını təyyarədə itirdilər

Rejissor Pavel Talankin "Oskar"ını itirib. Axşam.az xəbər verir ki, Con Kennedi Beynəlxalq Hava Limanında təhlükəsizlik yoxlaması zamanı heykəlciyin təyyarənin salonuna keçirilməsinə icazə verilməyib. Buna səbəb kimi əşyanın silah kimi qiymətləndirilməsi olub. Daha sonra mükafat qutusuna qoyulu

02.05.2026 213
.

Müğənni qız almaram deyən Pünhan nişanı geri qaytarıb? - "Allah ona lənət eləsin!"

Xəbər verdiyimiz kimi, müğənni Pünhan Piriyev ötən həftə Mələk adlı xanımla nişanlanıb. Sənətçinin nişan görüntülərinin sosial mediada yayılmasından sonra ailələr arasında anlaşmazlıq yarandığı və cütlüyün ayrıldığı iddia edilib. Pünhan Piriyev -a verdiyi açıqlamasında iddiaların yalan olduğunu deyib:

02.05.2026 786
.

"Hər şey ola bilər" - Cavidlə xanımı ayrılır?

Aparıcı Cavid Güllə xanımı Nərgizin ayrıldığı iddia olunub. OLAY yazır ki, buna səbəb Nərgizin paylaşımları olub. Belə ki, o, instaqramda "Elə bil həyat yoldaşınızla küsmüsünüz" sualına "Yaxın zamanda mənim də gözəl açıqlamalarım olacaq" cavabını verib. Başqa istifadəçinin "Si

06.05.2026 680
.

Vüsalə Əlizadə məşhur müğənnilərlə QOHUM OLDU

Aparıcı Vüsalə Əlizadə müğənnilər Günel Zeynalova və Tunar Rəhmanoğlu ilə qohum olub. Axşam.az xəbər verir ki, aparıcı bu haqda proqramında deyib. O bildirib ki, ötən gün bacısı qızının xeyir işi olub:. "Bacımın balası, evimizin ilk nəvəsi Firanın elçiliyi oldu. Tanışlıq idi. Hələ gəldilər ailələ

02.05.2026 514
.

Verilişi bağlanan Zaurun Günayla dialoqu DİQQƏT ÇƏKDİ - VİDEO

Aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə açdığı canlı yayım zamanı maraqlı açıqlamaları ilə diqqət çəkib. Verilişi bağlanan aparıcı həyat yoldaşı və həmkarı Günay Baxşəliyeva ilə dialoqu zamanı onun qısqanclığından gileylənib. Cütlüyün səmimi söhbəti sosial mediada müzakirələrə səbəb olub. İzləyiciləri

15:38 261
.

TOP MP3