Bir anda təsadüfən gördü - Görün qayalarda nə ilə qarşılaşdı?/ FOTOLAR

Bir anda təsadüfən gördü - Görün qayalarda nə ilə qarşılaşdı?/ FOTOLAR
Bodrumda, balıq ovunda yem olaraq istifadə etmək üçün qayaların üzərində xərçəng axtaran Can Gümüş (29) bir anda qarşısında pişik gözlü ilan (telescopus fallax) görüb.

Gümüş nadir görülən və qoruma altında olan ilanın fotoşəkilini çəkərək paylaşıb.

Anadoluda nadir növlərdən pişik gözlü ilan Can Gümüş tərəfindən görünüb.

Balıq ovu üçün gələn inşaat mühəndisi Gümüş, yem olaraq istifadə etmək üçün qayaların arasında xərçəng axtarmağa başlayıb. Qayaların üzərinə gedən Gümüş, bir anda qarşısında bir ilan görüb. İlanın fotosunu cib telefonu ilə çəkən Gümüş, heyvana zərər vermədən yanından uzaqlaşıb. Təbiət Qoruma və Milli Parklar Baş İdarəsi rəsmiləri, şəkli araşdıranda ilanın qoruma altındakı nadir növlərdən pişik gözlü ilan olduğunu anlayıb.

mənbə: metbuat
Bir anda təsadüfən gördü - Görün qayalarda nə ilə qarşılaşdı?/ FOTOLAR


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1826 Tarix: 14.03.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol