Azərbaycanda uşaq pulu bərpa edilir: aylıq 80 manat
Uşaq pulunun bərpa edilməsi ilə bağlı təkliflərimizi də artıq hökumətə təqdim etmişik.
BiG.AZ xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
Ekspert qeyd edib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) zaman-zaman müxtəlif mövzularda hökümətə təkliflər təqdim edir və onların bir qisminə müsbət rəy verilib.
"Hazırda ölkəmizdə 17 yaşınadək olan uşqların sayı 2 milyon 614 min nəfərdir. Uşaq pulunun bərpası və onun differensial şəkildə tətbiqini məqsədəuyğun hesab edirik. Yaşına görə xərcin məbləğindən asılı olaraq uşaq pulu üçün ödənilən vəsaitin həcmi də dəyişə bilir. Təklif etidyimiz mexanizmə görə, uşaq pulunun məbləği 3 yaş qruplarına görə qruplaşdırılır. 3 yaşınadək uşaqlara aylıq 80 manat ödənilməsini təklif edirik. 3 yaş daxil olmaqla bu yaşadək uşaqların sayı 634.4 min nəfərdir. Belə ki, yaşı tamam olmayan uşaqların sayı 144 min nəfər, 1 yaşda olanlar 157.8 min nəfər, 2 yaşda olanlar 164.4 min nəfər və 3 yaşı tamam olanlar 168.2 min nəfərdır. 3 yaşadək uşaqlara təklif edilən aylıq uşaq pulunun məbləği 50 milyon 752 min manat edir.
Digər differensial uşaq pulu məbləği 4 yaşdan məktəb yaşınadək olan uşqaları əhatə edir. Həmin uşaqlar üçün ayda 50 manat ödənilməsini təklif edirik. Bu yaş qrupunda ölkəmizdə 516.8 min uşaq var. Belə ki, 170.7 min uşağın 4, 172.3 min uşağın 5 və 173.8 min uşağın isə 6 yaşı var. Bu yaş qrupu üçün təklif edilən uşaq pulunun aylıq məbləği 25 milyon 840 min manatdır.
Digər uşaq pulu ödəniləcək qrup məktəblilərdir. Bu yaşda olanlar üçün aylıq 40 manat ödənilməsi mümkündür. Hazırda 1 milyon 462 min 800 məktəbli var. Bu yaş üzrə uşaqların sayı belədir: 7 yaş 163.3 min, 8 yaş 149.8 min, 9 yaş 150 min, 10 yaş 124.7 min, 11 yaş 121 min, 12 yaş 120.8 min, 13 yaş 121.1 min, 14 yaş 132.3 min, 15 yaş 126.9 min, 16 yaş 124.2 min, 17 yaş 129.4 min məktəbli. Bu yaş kateqoriyasına daxil olacaq uşaqlara ödəniləcək aylıq uşaq pulun məbləği 58 milyon 512 min manat edir".
Ekspert bildirib ki, bütövlükdə, bütün uşaqlara ödənilməsi təklif edilən aylıq uşaq pulunun məbləği 135 milyon 104 min manat edir:
"Bu illik 1 milyard 612 milyon manat deməkdir. Bəzi uşaqların müavinət aldığını nəzərə alsaq məbləğ nisbətən aşağı olacaq. Məsələn, 58.4 min uşaq fiziki imkanları məhdud olduğu üçün sosial müavinət alır. Tətbiq etdiyimiz mexanizmdə illik məbləğ nisbətən böyük görsənə bilər, amma biz bu məbləğin ödənilməsi yollarını da təklif edirik. Əvvəlla, bu ilin dövlət büdcəsinin xərcləri 24 milyard 780 milyon manatdır. Bu o deməkdir ki, təklif edilən illik uşaq pulu məbləği ümumi büdcə xərclərimizin 6.5 faizini təşkil edəcək. Göründüyü kimi, büdcənin mövcud imkanları və xərci qarşılaya bilər. Bunun belə, büdcə xərclərinin strukturunda dəyişikliklər edib bu istiqamətə vəsait ayırmaq mümkündür. Özünü maliyyələşdirən rayonların sayını artırmaqla və eləcə də rayonların inzibati birləşdirilməsi yol ilə onların sayını azaltmaqla, ünvanlı sosial yardım alanların özünüməşğull proqramına transfer etməklə və ölkəmizdə son illər infrastrukturun inkişaf etməsi səbəbindən büdcənin investisiya xərclərinin optimallaşdırmaqla uşaq pullarının ödənilməsi üçün vəsaitin ayrılmasını təklif edirik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 10790 Tarix: 11 mart 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHakan Fidan amerikalı vasitəçilərlə İran üzrə danışıqları müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ rəsmiləri, eləcə də iranlı və pakistanlı həmkarları ilə telefon vasitəsilə İran və ABŞ arasındakı danışıqlar prosesini müzakirə edib. bildirir ki, TASS-ın Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən verdiyi xəbərə görə, müzakirələr son iki gü
26.04.2026 229 Məzahir Pənahov yenidən MSK sədri seçildi
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, iclasda MSK-nın sədri, müavini və katibləri seçilib. Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib. Qeyd edək ki, 75 yaşlı Məzahir Pənahov 26 ildir (200-ci ildən) Komissiyaya rəhbərli
16:25 149 Vüsalə onlarla qohum oldu
Aparıcı Vüsalə Əlizadə müğənnilər Günel Zeynalova və Tunar Rəhmanoğlu ilə qohum olub. Axşam.az xəbər verir ki, aparıcı bu haqda proqramında deyib. O bildirib ki, ötən gün bacısı qızının xeyir işi olub:. "Bacımın balası, evimizin ilk nəvəsi Firanın elçiliyi oldu. Tanışlıq idi. Hələ gəldilər ailələ
15:26 392 Bu çərəzin qiyməti kəskin BAHALAŞDI
İranda müharibə fıstıq qiymətlərinin son illərdə ən yüksək artımına səbəb olub. Mart ayında fıstığın qiyməti 500 qram üçün təxminən 4,57 dollara yüksəlib ki, bu da 2018-ci ildən bəri ən yüksək göstəricidir. Dünya fıstıq istehsalının 1/5 İranın payına düşür, bəzi illərdə isə ölkə qlobal ixracın 25-30%-n
26.04.2026 375 Narendra Modi oteldəki atışmadan sonra Trampa uğurlar arzulayıb
Hindistanın Baş naziri Narendra Modi ABŞ Prezidenti Donald Trampın, Birinci xanım Melaniya Trampın və Vitse-prezident Cey Di Vensin Vaşinqtonda baş verən atışmada xəsarət almadığını eşidəndə rahat olduğunu bildirib. "Report"un məlumatına görə, o, bunu "X" sosial şəbəkəsində yazıb
26.04.2026 242 Azərbaycan-Ukrayna münasibətləri: siyasi prinsip və praktik əməkdaşlıq
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdə olub. Səfər çərçivəsində o, Qəbələdə Prezident İlham Əliyev ilə əvvəl təkbətək, daha sonra isə geniş tərkibdə görüş keçirib. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Azərbaycan və Ukrayna münasibətlər
12:01 175 Rusiyalı senator İran cəmiyyətinin vəziyyətini şərh edib
Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komitəsinin sədri Aleksey Pushkov ABŞ ilə gərginlik fonunda İran cəmiyyətinin vəziyyəti ilə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, o, bu barədə TASS agentliyinə müsahibəsində danışıb. Puşkov bildirib ki, İran cəmiyyətində hər hansı ciddi parçalanm
11:11 161 Tramp mətbuat şam yeməyinə hücumda şübhəli bilinən şəxsi "olduqca xəstə adam" adlandırdı və fikirləri qohumlarını narahat etdi
ABŞ Prezidenti Donald Tramp bazar günü bildirib ki, şənbə günü axşam qaradərililərin iştirakı ilə keçirilən qalada administrasiya rəsmilərinə hücum etməyə cəhd etməkdə ittiham olunan şübhəli "olduqca xəstə bir oğlan" olub və ailə üzvləri tərəfindən hüquq-mühafizə orqanlarına bildirilib. BİG.A
10:31 221 Ağcabədidə əmioğulları qətlə yetirildi - Foto - Yenilənib
Ağcabədi rayonunda iki nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakinləri arasında yaranmış mübahisə sonradan qanlı insidentə çevrilib. Nəticədə, kənd sakinləri - 1996-cı il təvəllüdl
12:29 407