Binaların altındakı gizli təhlükə - Bakıda 16 min bina...

Binaların altındakı gizli təhlükə - Bakıda 16 min bina...Divarların sökülməsi, konstruksiyaya edilən gizli müdaxilələr və sənədlərdə "ev" kimi görünən, amma əslində mağazaya çevrilən mənzillər hər an partlamağa hazır olan bombanı xatırladır. Birinci mərtəbələrdəki divarların aşırılması bütöv bir binanın sütunlarını sarsıdır və on minlərlə insanın həyatını təhlükəyə atır.

Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, yaşayış sahələrinin müxtəlif yollarla, bəzən isə qanunsuz şəkildə dəyişdirilməsi məsələsi aktualdır:

"Xüsusilə yol kənarında yerləşən və sovet dövründə inşa olunmuş bir çox yaşayış binalarının birinci mərtəbələri sonradan kommersiya obyektlərinə çevrilib. Bu proses zamanı həmin sahələrin ilkin təyinatı, yaşayış funksiyası dəyişdirilir, lakin bəzi hallarda sənədlərdə hələ də yaşayış kimi qalır. Yəni faktiki istifadə ilə hüquqi status arasında uyğunsuzluq yaranır. Bu cür təyinat dəyişikliyi, adətən, konstruktiv müdaxilələrlə müşayiət olunur. Belə ki, arakəsmə divarlar sökülür, bəzən daşıyıcı divarlara müdaxilə edilir, ümumi konstruksiyada dəyişikliklər aparılır. Eyni zamanda, binaların fasadında da müxtəlif dəyişikliklər edilir. Xüsusilə mərkəzi küçələrdə yerləşən binalarda bu hallara demək olar ki, geniş şəkildə rast gəlinir. Şübhəsiz ki, bu cür müdaxilələr binaların dayanıqlığına mənfi təsir göstərir və onların istismar müddətini azaldır. Doğrudur, indiyədək ciddi fəsadlar geniş şəkildə müşahidə olunmayıb, lakin bir ekspert kimi hesab edirəm ki, mövcud vəziyyət ciddi narahatlıq doğurur".

O deyib ki, Bakı şəhəri ətrafında təxminən 16 min bina mövcuddur:

"Onların böyük əksəriyyətinin istismar müddəti artıq başa çatıb. Xüsusilə "Xruşşovka", "Stalinka" və digər tip layihəli binalarda bu risklər daha da artır. Bundan əlavə, həmin binaların alt mərtəbələrində aparılan kommersiya fəaliyyəti və onunla bağlı konstruktiv dəyişikliklər ümumi təhlükəsizlik baxımından əlavə risklər yaradır. Bu isə binaların dayanıqlığı və uzunmüddətli istismarı üçün ciddi təhlükə deməkdir. Bu sahədə daha ciddi nəzarət mexanizmləri tətbiq olunmalıdır. Baxmayaraq ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən təxminən bir il əvvəl 1100-ə yaxın binanın qismən qəzalı vəziyyətdə olması ilə bağlı aidiyyəti qurumlara hesabat təqdim olunub, yenə də potensial təhlükələrin mövcudluğu istisna edilmir. Xüsusilə kommersiya obyektlərinə çevrilmiş yaşayış sahələrinin ayrıca və sistemli şəkildə monitorinqi aparılmalıdır. Bu, həm mövcud risklərin vaxtında aşkarlanması, həm də gələcəkdə mümkün faciələrin qarşısının alınması baxımından olduqca vacibdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 783   Tarix: 26 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paltaryuyan maşının simvollarının mənası - Kəpənək, spiral, əl

Paltaryuyan maşınların idarəetmə panelində onlarla işarə və proqram olsa da, bir çox istifadəçi onların əksəriyyətinin nə üçün nəzərdə tutulduğunu bilmir və daim eyni rejimdən istifadə edir. Halbuki düzgün proqram seçimi paltarları qorumaqla yanaşı, su və elektrik sərfiyyatını azalda, həmçinin cihazı

21:00 97
.

Bəşəriyyət yeni ev axtarır: Mütləq izlənilməli 10 fantastik film

Yer kürəsinin dağılması təhlükəsi, yaşamaq üçün yeni planet axtarışı, nəhəng kosmik gəmilərlə uzunmüddətli səfərlər və sivilizasiyadan uzaqda yeni insan nəslinin yaradılması kimi mövzular fantastika janrının ən maraqlı istiqamətlərindən birinə çevrilib. bəşəriyyətin kosmosda yeni ev axtarışından bəh

21:45 1
.

Pakistan səfiri: İran və ABŞ qapalı qapılar arxasında danışıqlar aparır

Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi İran və ABŞ arasında qapalı qapılar arxasında danışıqların aparıldığını bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Diplomatın sözlərinə görə, tərəflər hazırda qapalı qapılar arxasında məsləhətləşmələri davam etdirirlər. Bu əlaqələrdə irəliləyişi

11:47 180
.

Müasir müharibənin yeni üzü: Dronlar, raketlər və süni intellekt

"Bu gün dünyaya nəzər saldıqda mənzərə kifayət qədər narahatedicidir. ABŞ-İran, Ukrayna-Rusya, Yaxın Şərq və digər regionlarda davam edən münaqişələr və yeni münaqişə ocaqlarının yaranma ehtimalı göstərir ki, müasir müharibənin xarakteri köklü şəkildə dəyişir. Artıq savaş yalnız tankların, artilleriyanı

15:27 193
.

Mənzil alarkən bu səhvə yol verməyin - "Söküləcək" deyilən binalarla bağlı xəbərdarlıq

"Yeni tikili, yoxsa köhnə tikili: vətəndaş üçün hansı daha sərfəlidir?" sualını yalnız "yeni" və "köhnə" anlayışları ilə müəyyənləşdirmək düzgün deyil. Əsas məsələ mənzilin real bazar dəyəri ilə onun alıcıya verdiyi üstünlüklər arasındakı nisbətdir". Bunu BİG.AZ-a açıqlamasınd

12:36 240
.

Əlil qızı qaçırıb təcavüz etdilər

Türkiyənin Qaziantep şəhərində 23 yaşlı eşitmə və danışma məhdudiyyətli qızın qaçırılaraq dörd nəfərin cinsi zorakılığına məruz qaldığı iddia olunub. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Şahinbəy rayonunda baş verib. Qızlarından xəbər ala bilməyən ailə polisə müraciət edib. Axtarışlara başlaya

19:30 141
.

İxtisasların sayı niyə azaldılır? - Əsas səbəblər

"Peşə təhsilində ixtisasların sayının azaldılması ilə bağlı qərar əmək bazarının müasir tələblərinə uyğun kadr hazırlığının təmin edilməsi baxımından mühüm addımdır. İxtisasların optimallaşdırılması həm təkrarlanan və aktuallığını itirmiş istiqamətlərin aradan qaldırılmasına, həm də resursları

14:40 192
.

"Global Media Group"un əməkdaşı vəfat edib

"Global Media Group"un əməkdaşı Elvin Soldatov vəfat edib. xəbər verir ki, hadisə ötən gün baş verib. Qeyd edək ki, E.Soldatov "Global Management" MMC-nin sistem administratoru kimi fəaliyyət göstərirdi

14:31 219
.

Uşaqların psixoloji sağlamlığı dövlət siyasətinin mühüm istiqamətidir

Uşaqlar cəmiyyətin gələcəyi, dövlətin ən mühüm sosial sərvətlərindən biridir. Onların sağlam, təhlükəsiz və sağlam psixoloji mühitdə böyüməsi yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin və dövlətin qarşısında duran mühüm vəzifələrdəndir. Müasir dövrdə uşaqların psixoloji müdafiəsi xüsusilə aktuallaşıb

12:21 193
.

TOP MP3