Dünyanı dəyişdirən 12 film: O filmə görə özünə qəsd edənlər də olub

Dünyanı dəyişdirən 12 film: O filmə görə özünə qəsd edənlər də olubYaxşı film təkcə bizi əyləndirməməlidir, həm də hansısa missiya daşımalıdır.

BiG.AZ bizimyol.info-ya istinadən sizə dünyanı az-çox dəyişdirən, ciddi təsir gücünə malik 12 filmi təqdim edir:

"Serpiko" (Serpiko, 1973)

Frenk Serpiko haqqında real hadisələr əsasında çəkilmiş film dünyaya böyük mesaj vermişdi. Bu kino lentindən sonra rüşvət haqda polis bölmələrinə məlumat verən əməkdaşların sayı artmışdı. Film Cənub-Şərqi Asiyada, xüsusilə Tailandda çox məşhurlaşdı. Al Paçinonun gözəl oyunu sayəsində bütün dünya bu haqda danışmağa başladı. "Mən rüşvət vermirəm" ifadəsi trendə çevrildi.

"Şəhər" (The town, 2010)

Filmdə bir kadr heç də yaxşı mesaj vermir. Cinayətkarlar bankı qarət etməyə rahibə paltarında və maskalarda gedirlər. "Şəhər" bəzi oğurluq metodlarını da açıqlamışdı. Sonradan cinayətkarlar bu cür geyimdən və metodlardan çox istifadə etdi.

"Pikey" (Aaj Tak, 2014)

Bu film Hindistan cəmiyyətini, ayrı-ayrı ritualları çox tənqid edir. "Pikey"dən sonra adamların bir çox məsələlərə baxışı dəyişdi. Əlbəttə, hamı bəyənmədi, tənqid edənlər, aqressiv yanaşanlar da çox oldu. Təsəvvür edin, filmin xeyli posteri cırıldı.

"Matrisa" (The Matrix, 1999)

Filmdə kompüter proqramının insan beyninə yazılmasından danışılır. Xüsusilə ABŞ-da bunun reallığı əks etdirdiyinə inanan çox olmuşdu. Üç nəfər filmin təsiri ilə özünə qəsd etmişdi.

"Ebbinq sərhədində üç bilbord" (Three Billboards Outside Ebbing, 2017)

Sadə həyat sürən Mildredlə kiçik şəhərin polisi arasındakı qarşıdurma süjeti ayrı-ayrı yerlərdə qırmızı bilbordlarla etiraz aksiyalarına təkan verdi. Şəhərlərdən Londonda, Floridada, ölkələrdən Maltada, Kosovada belə aksiyalar baş tutdu.

"Amerikalı nəcib adam" (American humane, 1939)

Bu film kinoteatrlara çıxana qədər ABŞ-da atların kütləvi qırılması adi hala çevrilmişdi. Filmdə bir səhnə cəmiyyəti ayağa qaldırdı. At yüksək məsafədən suya yıxılır. Bundan sonra ölkədə heyvan haqlarına daha həssas yanaşmağa başladılar.

"Qurtuluş" (Deliverance, 1972)

Filmi Corciya ştatının Reyban dairəsində çəkmişdilər. Bununla da ərazinin bəxtini əbədi bağlamışdılar. Reyban filmdə sivilizasiyadan uzaq yer kimi göstərilir. Bu kino lentindən sonra buralara turist axını azaldı, adamlarda xof yarandı. Yerli sakinlər hələ də filmin yaradıcı heyətinə kin saxlayır.

"Leviafan" (Левиафан, 2014)

Andrey Zvyagintsevin filmi Rusiyadakı üsul-idarənin murdarlığını bütün çılpaqlığı ilə ortaya qoyur. Filmin əsas qayəsi də budur: bu ölkədə insanın dəyəri yoxdur. Ekran əsərini Teriberkada çəkmişdilər. Zibillərin qalaqlandığı Teriberkada. Film kinoteatrlarda peyda olanda yerli icra strukturları tələm-tələsik zibilləri yığışdırmağa başladı.

"Çənələr" (Jaws, 1975)

Film sanki köpək balıqlarını öldürməyə çağırır. Ekran əsərinin premyerasından sonra ABŞ-ın Şərq sahillərində nə qədər su heyvanını məhv etdilər. İnsanlar hesab edirdi ki, köpək balıqları, həqiqətən də, ölümə layiqdir.

"Cuno" (Juno, 2007)

"Cuno"nu yeniyetmə hamiləliyini təbliğ etməkdə qınayırlar. Filmdən sonra Qloçester məktəbində 17 qız hamilə qalmışdı. Buna ABŞ-da "Cuno effekti" adı vermişdilər.

"Müharibə oyunları" (WarGames, 1983)

İlk dəfə məhz bu film kompüter fırıldaqçılığı haqda danışmışdı. Xakerlər barədə bütün dünya xəbər tutdu. Film hətta ABŞ prezidenti Ronald Reyqana nüvə silahının məhdudlaşdırılması ilə bağlı ideya vermişdi.

"Vətənə dönüş" (Swades, 2004)

Moxan Hindistandan ABŞ-a NASA-da işləməyə gəlib. Bir dəfə nənəsinə dəymək üçün vətənə qayıdır və anlayır ki, ölkəsi üçün nə qədər böyük işlər görə bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1832   Tarix: 08 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495