Bu qan qrupu olanlar daha diqqətli və ehtiyatlı olmalıdır - Vacib səbəb

Bu qan qrupu olanlar daha diqqətli və ehtiyatlı olmalıdır - Vacib səbəbBildiyimiz kimi, Yaponiya alimləri qan qruplarının insan sağlamlığına olan təsirinin araşdırması ilə çox sıx məşğul olurlar.

Belə araşdırmalardan biri aşkar edib ki, 1-ci qan qrupu olanlarda digər qruplarla müqayisədə ciddi travma aldıqdan sonra ölüm riski daha yüksəkdir.

Bu səbəbdən mütəxəssislər qeyd edir ki, 1-ci qan qrupu olanlar daha diqqətli və ehtiyatlı olmalı, müxtəlif travma, qəza və s. bədbəxt hadisələrin profilaktikasına ciddi yanaşmalıdır.

BiG.AZ saglamolun.az-a istinadən bildirir ki, alimlər araşdırma zamanı 900 təcili yardım xəstəsinin xəstəlik tarixçəsini araşdırıb. Məlum olub ki, 1-ci qan qrupu olanlarda ciddi travma zamanı ölüm riski 28%, digər qruplarda isə 11%-dir.

Mütəxəssislər qeyd edir ki, bunun əsas səbəbi 1-ci qan qrupu olanlarda qanın daha duru olması və daha gec qatılaşmasıdır. Qanın qatılaşmasına cavabdeh olan zülal 1-ci qan qrupunda daha azdır.

Lakin 1-ci qan qrupunun bu xüsusiyyəti damarlarda trombların riskinin azalmasına səbəb olur. Bundan əvvəl aparılmış araşdırmalar həqiqətən göstərib ki, 2,3 və 4-cü qan qruplarında 1-ci qan qrupu ilə müqayisədə tromblaşmanın riski daha yüksəkdir.

2017-ci ildə Avropa kardioloqlar cəmiyyətinin iclasında 1,3 mln insanın iştirakı ilə aparılmış araşdırmanın nəticələri təqdim olunub. Alimlər məlumat veriblər ki, 1-ci qan qrupu olan insanlarda ürək xəstəliklərinin riski digər qruplarla müqayisədə 9% daha azdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1047   Tarix: 28 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865