Özcan Dəniz Bakıda ev almaq qərarına gəlib

Türkiyənin tanınmış müğənnisi Özcan Dəniz Azərbaycan paytaxtında ev almaq qərarına gəlib.Sənətçi bunu dünən Yaşıl Teatr Bakı Konsert Kompleksində verdiyi konsertdə açıqlayıb. O, tamaşaçılara müraciət edərək Bakıda ev sahibi olmaq istəyini və burada qalmaq arzusunu dilə gətirib: "Sizin aranızda ev satan varmı? Ürəyimdən burada ev almaq keçir. İstəyirəm Bakıda evim olsun. Bəlkə gəlib burada qaldım".

Ö. Dəniz Azərbaycan tamaşaçılarının sənətçilərə gül dəstəsi vermək adətini çox bəyəndiyini söyləyib: "Azərbaycanda tamaşaçıların səviyyəsi tamamilə başqadır. Sizin gül vermək adətinizi çox sevirəm. Ümumiyyətlə, ölkənizi öz vətənimdən ayrımıram. Türkiyə və Azərbaycan ayrılmaz iki dövlətdir. Bu gəlişimdə Bakıdakı yenilikləri görüb fərəh hiss keçirdim. Bakı artıq bir çox tanınmış şəhərləri geridə qoyub və Avropanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bir-iki ildən sonra isə buranı ümumiyyətlə, tanımaq olmayacaq. Həm insanlar, həm şəhərin görüntüsü insanda gözəl ab-hava yaradır".

Yaşıl Teatrın səhnəsində alqış sədaları altında repertuarındakı köhnə və yeni mahnıları oxuyan türkiyəli sənətçi Azərbaycan mahnılarına da müraciət edib. Konsertin sonuna yaxın tamaşaçıların yanına gələn Ö. Dənizi qız pərəstişkarları dövrəyə alıb və şəkil çəkdiriblər. O, yeni serialı haqqında da məlumat verərək 20 gündən sonra baş rol ifa etdiyi "Aşk yakar" serialının "Kanal D" efirində yayımlanmağa başlayacağını deyib: "İndiyə kimi canlandırdığım heç bir obraz özümdən və içimdən xəbər verməyib. Mən hiperaktiv, ətrafla çox tez ünsiyyət yaradan, gülüb-danışmağı sevən insanam. Ancaq Baran və Seymən belə bir obraz olmayıb. Yeni serialıma baxarkən çox ağlayacaqsınız. Ancaq rica edirəm ki, çox ağlamayın".

Sənətçi 5 ay müddətində yeni albomunun işıq üzü görəcəyini və yeni bir filmə çəkiləcəyini də açıqlayıb. O, yeni albomu işıq üzü gördükdən sonra yenidən Bakıya gələcəyinə söz verib.

Xatırladaq ki, Özcan Dənizin konserti Kamal Cenk İçtənin və Yaşıl Teatrın birgə təşkil etdiyi "Payız festivalı - 2008" layihəsi çərçivəsində baş tutub. Bu, "Payız festivalı" çərçivəsində təşkil olunan son konsert proqramı idi.

Özcan Dəniz Bakıda ev almaq qərarına gəlib Özcan Dəniz Bakıda ev almaq qərarına gəlib Özcan Dəniz Bakıda ev almaq qərarına gəlib Özcan Dəniz Bakıda ev almaq qərarına gəlib Özcan Dəniz Bakıda ev almaq qərarına gəlib Özcan Dəniz Bakıda ev almaq qərarına gəlib Özcan Dəniz Bakıda ev almaq qərarına gəlib Özcan Dəniz Bakıda ev almaq qərarına gəlib Özcan Dəniz Bakıda ev almaq qərarına gəlib Özcan Dəniz Bakıda ev almaq qərarına gəlib Özcan Dəniz Bakıda ev almaq qərarına gəlib Özcan Dəniz Bakıda ev almaq qərarına gəlib Özcan Dəniz Bakıda ev almaq qərarına gəlib Özcan Dəniz Bakıda ev almaq qərarına gəlib Özcan Dəniz Bakıda ev almaq qərarına gəlib Özcan Dəniz Bakıda ev almaq qərarına gəlib Özcan Dəniz Bakıda ev almaq qərarına gəlib


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6146   Tarix: 22 sentyabr 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999