"Parlament seçkilərinin vaxtı dəyişdirilir?" — Ziyafət Əsgərovdan AÇIQLAMA

"Parlament seçkilərinin vaxtı dəyişdirilir?" — Ziyafət Əsgərovdan AÇIQLAMA"Bu gün Azərbaycan parlamenti normal fəaliyyət göstərir və əgər mənim şəxsi fikrmi bilmək istəyirsinizsə, ölkədə 2020-ci il parlament seçkilərinin vaxtının dəyişdirilməsinə, onun irəli çəkilməsinə ehtiyac görmürəm. Çünki parlamenti buraxmaq üçün elə bir zərurət yoxdur".

BiG.AZ olke.az-a istinadən xəbər verir ki, bunu Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov növbəti parlament seçkilərinin vaxtının irəli çəkiləcəyi ilə bağlı iddialara münasibət bildirib.

Onun sözlərinə görə, parlamentin buraxılmasını şərtləndirən amillər olmalıdır:
"Ancaq bu gün ortada belə bir vəziyyət yoxdur. Parlament öz üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlir. Bu kimlərinsə arzusu, istəyi ola bilər. ancaq belə bir məsələ gündəmdə deyil".

Son dövrlərdə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi istiqamətində hər hansı qanun layihəsinin hazırlanmasına gəldikdə Z. Əsgərov deyib ki, sosial şəbəkələr təyinatına uyğun istifadə edilsə, yaxşı olar:

" Sosial şəbəkələrdən qanunsuz istifadə etmək cəhdləri qəbulolunmazdır. Burada baş verən qanunazidd hərəkətlərin, insanların şəxsiyyətinin, şərəf və ləyaqətinin təhqir olunması yolverilməzdir, cinayət qanunvericiliyi ilə təqib olunur".

Z.Əsgərov onu da qeyd edib ki, sosial şəbəkələrdəki belə halların qarşısının alınması üçün qanunvericilikdə, o cümlədən "Kütləvi informasiya vasitələri haqqında" qanunda müəyyən dəyişikliklər edilə bilər: "Bu istisna deyil".

Bununla belə parlamentin birinci vitse-spikeri deyib ki, bu məsələdə daha çox ictimai qınağın gücləndirilməsinin tərədarıydır.
O, qeyd edib ki, bu məsələdə jurnalistlərə daha çox fəal olmalıdırlar:

"Jurnalistlər fəal olmalıdırlar ki, əxlaqa zidd olan hallar baş verməsin. Cinayət Məcəlləsində təhqir və böhtana görə cəza nəzərdə tutulur. Əgər təkliflər olarsa, cəzalar sərtləşdirilə bilər. Amma cəmiyyətin reaksiyası əsasdır, insanların mədəni səviyyəsi yüksəlməlidir. Əgər sənin kiminləsə mübahisən düşübsə, nədənsə narazısansa, söyüşə əl atmamalısan. Bu, çıxış yolu deyil".

Z.Əsgərov qeyd edib ki, bunun normal və sivil yolları var:

"Kompüterin arxasında oturub müxtəlif yazı yazaraq kimisə niyə təhqir etməlisən ki? Xaricdə oturub kimisə təhqir etmək hansı əxlaqa sığır? Bu yazıları sənin və digərlərinin ailəsi – anası, bacısı, qardaşı oxuyur. Bu, biabırçı vəziyyətdir. Bu məsələdə hamının barışmaz mövqeyi olmalıdır".
ATƏT MQ həmsədrlərinin bölgədə səfərinə toxunan Z. Əsgərov deyib ki, bu gün dünyada hüququn gücü yox, gücün hüququ hökm sürməsinin şahidi oluruq.

"Amma buna rəğmən biz Qarabağ münaqişəsinin güc yolu ilə deyil, beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarıyıq. Təbii ki, Azərbaycan münaqişənin güc yolu ilə həlli hüququnu da özündə saxlayır. Əgər məsələ sülh yolu ilə həllini tapmazsa, Ali Baş komandanın dediyi kimi, Sialhlı Qüvvələrimiz torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir", - deyə Z. Əsgərov bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 697   Tarix: 21 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774