İTV-nin məşhur aparıcısı Azər Süleymanlı: "Aparıcı" ayrıdır, "veriliş aparan" ayrı

İTV-nin məşhur aparıcısı Azər Süleymanlı: "Aparıcı" ayrıdır, "veriliş aparan" ayrıİctimai TV-nin məşhur aparıcısı Azər Süleymanlının BiG.AZ-a müsahibəsi:

- Azər bəy, aparıcı olmaq uşaqlıq arzunuz olub, yoxsa bu sahəyə təsadüfən gəlmisiniz?

- Mən elə bilirəm ki, dünyaya aparıcı olmaq üçün gəlmişəm (Bu arada həmsöhbətim gülür). Bu mənim üçün bir istəkdən, təsadüfdən daha artıqdır. Ona görə də deyə bilmərəm ki, bu arzu idi, ya yox. Amma dəqiq bilirəm ki, təsadüf deyildi. Sadəcə, mən böyüdükcə içimdəki o ehtiyac da böyüdü və anladım ki, televiziyasız, ekransız olmaz. Beləcə, artıq iyirmi ildir ki, mən doğma kameraların qarşısındayam. Əslində hanısa bir sahədə necə xidmət göstərməyimiz nə qədər müddət fəaliyyət göstərməyimizdən daha önəmli olmalıdır.

- İlk dəfə neçə yaşınızda və hansı televiziya kanalında aparıcılığa başladınız?

- Mən Qubanın 2-ci Nügədi kəndində doğulmuşam. Uşaqlığım, məktəb illərim də orada keçib. Elə bu yaxınlarda bir status paylaşmışdım və orada da qeyd etmişdim ki, mən kəndli
balasıyam. Qubada illər öncə bir televiziya kanalı var idi "Xəyal TV". 7-ci sinifdə oxuyanda
artıq orada çalışırdım. Həmin kanalda "Hər Bazar " adlı canlı veriliş aparırdım. Yeri gəlmişkən,
həmin illərdə Azər Xəyal kimi tanınırdım. Hətta bu gün də bir sıra dostlarım məni Azər Xəyal
kimi çağırır (gülür).

- Bəs neçə ildir ki, İctimai kanalda səhər proqramını aparırsınız?

- Bu ilin sentyabrında 6 il olacaq.

- Qeyd etdiyiniz kimi, 20 ildir ki, bu sahədəsiniz. Sizcə, qüsursuz aparıcı olmaq üçün nə etmək lazımdır?

- Öncə, qüsursuz düşünmək lazımdır. Nitqinə, geyiminə, ünsiyyətinə, müsahibinə, uşaqdan-
böyüyə, hər izləyicinə diqqət yetirmək, hörmət etmək lazımdır. Qidadan çox informasiya qəbul etmək lazımdır. Ekrana, hər hansı auditoriyaya çıxan kəs anlamalıdır ki, qarşısında ondan qat-qat ağıllı, yaşlı-başlı insanlar var. Aparıcının danışığı, davranışı, savadı layiqli olmalıdır.

- Elə bir veriliş varmı ki, onun aparıcısı olmaq istəmisiniz?

- Bir çox televiziya biliciləri səhər proqramlarını haqlı olaraq "mini televiziya" adlandırır. Səhər
verilişləri elədir ki, orada televiziyada yayımlana biləcək ən müxtəlif tərzli mövzular, qonaqlar, rubrikalar olur. Məsələn bizim verilişimiz... Burada biz tibbdən də danşırıq, incəsənətdən də. İdmandan da xəbər çatdırırıq, iqtisadiyyatdan da. Musiqi də veririk, xəbər də. Ona görə də bu veriliş mənim, demək olar ki, bir çox istiqamətlərlə bağlı maraqlarıma cavab verir. Gələcəkdə ola da bilər ki, ayrı bir layihədə izləyicilərlə görüşə gəlim. Amma hələ ki səhərlər tamaşaçılarıma "Sabahın xeyir, Azərbaycan" deyib, uğurlu gün diləməkdən məmnunam.

- Azər bəy, canlı veriliş aparmaq, özü də səhər verilişi aparmaq böyük
məsuliyyət tələb edir. Heç canlı veriliş aparan zaman çətinliyiniz, nitqinizdə yanlışlıq olduğu anlar olubmu?

- Hər şeydən öncə biz insan, canlıyıq. 3 saatlıq canlı yayımda hansısa sözün tələffüzündə, hansısa fikrin bildirilməsində yanlışlıq qaçılmazdır. Heç kəs isə bundan sığortalanmayıb. Onu da nəzər alaq ki, efirimiz çox tez başlayır. Səhər 4:30-da yuxudan oyanıram, 6:50-də isə artıq canlı yayımda oluram. Düşünün ki, bir çoxlarının yuxudan hələ ayılmağı bacarmadığı, bir gözü açıq, biri bağlı evdən çölə çıxmağa hazırlaşdığı vaxtda, sən üst-başın qaydasında, üzün gülər, zehnin açıq, dilin iti və enerjili şəkildə tamaşaçıların qarşısına çıxmalısan. Bunu da deməliyəm ki, verilişimiz kifayət qədər informasiyalı xarakter daşıyır. Yəni bu 3 saat ərzində ən fərqli mövzudan, fərqli mövzuya keçid edirsən. Bunun üçün hər mənada maksimum dərəcədə hazır olmalısan.

- Bəzən bezib televiziyadan getmək fikriniz olubmu?

- İnsan özü-özündən gedə bilərmi? Həm də ki, mən televiziyada çalışmıram, televiziyada yaşayıram. İşdə yorulub, işdə də dincəlirəm. Bezmək deməzdim, sadəcə bəzən nələrəsə təəssüflənirəm, heyfslənirəm. Televiziya Azərin havasıdır, suyudur.

- İndi Azərbaycanda aparıcıya münasibət necədir? Aparıcı kimi fəaliyyət göstərdiyiniz cəmiyyətin bu peşəyə baxışı sizi qane edirmi?

- Öncə baxır biz kimə aparıcı deyirik. Hansısa kanalda çalışmaq, bəlli saatlarda hansısa verilişə çıxmaq, məzmunsuz, anlamsız bir yığın sözü ortalıqda buraxmaq aparıcılıqdırmı? "Aparıcı" ayrıdır, "veriliş aparan" ayrı. Veriliş aparanlara kim necə münasibət göstərirsə, özü bilər, amma yaxşı aparıcılara münasibət də yaxşıdır. Yəqin ki, zərgər və zər məsəlini hamımız xatırlayırıq.

- Sizə görə, Azərbaycanda ən reytinqli aparıcı kimdir?

- Mən, ümumiyyətlə, bu 20 il ərzində reytinq xətrinə çalışmamışam. Ona görə reytinqlilər,
reytinqə xidmət edənlər haqqında fikir bildirmək də istəmirəm. Bu gün mənim də
izləyicilərimin sayı "İnstagram"-da daha çox ola bilərdi, sürdüyüm avtomobil daha bahalı ola
bilərdi... Amma mənim üçün meyarlar başqa olub.

- Sizin üçün meyar nədir?

- Şöhrətlə hörmət çox az hallarda qoşa addımlayırlar. Aparıcı öncə kim olduğunu dərk
etməlidir. Düzdür, biz hamımız baxılmaq üçün, tamaşaçı üçün efirə çıxırıq. Amma aparıcı verilişinin reytinqdəki mərtəbəsindən, xəbər saytlarının manşetlərindən öncə peşə ənənələrini, peşə tələblərini bilməlidir. Savadına, danışığına, davranışına, efirə çıxdığı
mövzuya dair hazırlığına diqqət yetirməlidir.

- Elə aparıcılar var ki, bir müddət televiziyada çalışdıqdan sonra yüksək vəzifəyə qalxırlar. Sizin belə bir iddianız varmı?

- Mənim ən böyük iddiam aparıcılıqdır! Sabah bilmirəm nə olacaq, bilmirəm zaman məni hara
aparacaq. Amma düşünmürəm ki, mən televiziyadan ayrı yaşaya bilim. Balıq suda məsələsi.

- Efirdə həmişə mülayim görünən Azər bəy bəs ailədə necə biridir? Ciddi, yoxsa mülayim?

- Mən aparıcıyam, aktyor deyiləm ki, hər dəfə fərqli bir obrazda görünüm. Hesab edirəm ki,
verilişin janrı, xarakteristikası fərqli ola bilər. Amma aparıcının bir sifəti olmalıdır. Verilişin
şəklinə görə onun müəyyən cəhətləri (sualları, yanaşması, davranışı) dəyişə bilər, amma əsl
kimliyi yox! Dəyişirsə, o sünidir, tamaşaçılarına rəğbətli deyil. Efirdəki və evdəki Azər əkiz
qardaş kimidirlər (gülür).

- Hansı xarici ölkələrdə olmusuz?

- İstirahət və ya iş məqsədiylə getdiyim çox ölkələr var. Ənənəvi olaraq bir çoxumuzun
olduğu qonşu dövlətlər Türkiyə, Gürcüstan və sair. Amma, xüsusilə son 3 ildə Avroviziya
mahnı müsabiqəsinin şərhçisi olaraq getdiyim ölkələri vurğulamaq istərdim. İsveş-Stokholm,
Ukrayna-Kiyev, sonuncu dəfə isə uzaq okean sahillərində yer alan Portuqaliyada - Lissabonda
olmuşam. Yeri gəlmişkən, Avroviziya ilə bağlı bir məqamı bölüşüm. Bizdən soruşanda ki,
haradan gəlmisiz? Deyirdik ki, Azərbaycandan. Dərhal böyük sevincə deyirlər ki, "Ooo,
Paklava, paklava! Kabab-kabab!". Turistləri, yarışma heyətini burada necə qonaqpərvərliklə
qarşılamışıqsa, hələ də unutmayıblar (gülür).

- Belə bir deyim var: Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Bu deyimlə razısınızmı?

- Cavabımı nəzmlə deyim də... "Baş vurmuş olsan da yüz qürbət elə, öz doğma yurduna dönüncə yenə, Onun tüstüsü də xoş gələr sənə!". Yurdunun ocaq tüstüsü belə sənin üçün
oksigendir, ən böyük ləzzətdir. Təbii ki, vətən vətəndir!

- Hansı müğənnilərlə dostluq edirsiniz?

- Səsindən, sənətindən öncə kimliyi olan hər kəsə hörmət edirəm, dərin sevgi bəsləyirəm.
Sənətiylə şəxsiyyəti tən gələnlər çox olmasa da, var. Və onları doğma bilirəm! Birinin adını
çəkib, kimisə unutmaqdan çəkinirəm.

- 2013-cü ildə verdiyiniz müsahibələrin birində, "kişinin bir gecəlik eşqbazlığını bağışlamaq olar" demişdiniz. Onda subay idiniz, bəs indi necə? Hələ də bu fikirdəsiz?

- Siz, deyəsən, çox arzu edirsiniz ki, mən buradan çıxıb evə getməyim. (Gülür) Mən dediklərimi, sözlərimi bacardığım qədər məsuliyyətlə söyləyirəm, onlar bir-birinə bağlanıb boğazımdan da keçdiklərində boğulub- boğulmayacağımı düşünərək deyirəm. Fikirlərimi təsdiqləyirəm. Amma kişi də gərək kişi ola. Ümumiyyətlə, kaş heç bir kişinin nə bir gecəyə,
nə də bir özgəyə ehtiyacı olmasın.

- Sizi sevənlər arasında xanımlar daha çoxdur. Qadın pərəstişkarlarınızın sizə olan isti münasibəti evdə hər hansı söz-söhbətə və ya həyat yoldaşınızın qısqanclığına səbəb olurmu?

- Bir dəfə sevdiyim yazıçının bir sözünü oxumuşdum. Deyirdi ki, "ürəkdə olanlar ürək üçündür". İndi mən də buna bir qədər dəyişiklik edərək deyim ki, "evdə olanlar, ev
üçündür" (gülür). Amma əmin olun ki, səmimiyyətlə hər kəsə belə bir ailə arzu edirəm! O ki
qaldı xanımlara... Onlar mənim izləyicilərimdir, böyük ehtiram bəslədiklərimdir. Mən axı həm
də onlar üçün gecədən hazırlaşıb, səhər sübh tezdən oyanıb ekrana çıxıram. Xanımların da,
cənabların da hörməti, istəyi əskik olmasın təki.

- Azərbaycanda bir çox xanımlarımız əvvəlcə modellik edirlər. Sonra isə aparıcı kimi ilk addımlarını atırlar. Bu vəziyyətə münasibətiniz necədir?

- Elə onların özləri kimi! Gözəl bir fikir var e, "Anlayana da can qurban, anlamayana. Dad
yarımçıq əlindən..."

- Cinsi azlıqlara münasibətiniz? Ümumiyətlə, cəmiyyətin bir üzvü kimi belə insanlara necə baxırsınız?

- Heç kəsin cinsi həyatına qarışmaq istəməzdim.

- İşsiz olduğunuz zamanlar olubmu?

- 1999-cu ildən üzü bu tərəfə şükür ki, işsiz olmamışam. Çox sağ olsun televiziyalar da,
tamaşaçılar da ki, məni tək buraxmayıblar. Yəni işsiz qoymayıblar (gülür).

- Aparıcı olaraq aylıq qazandığınız məvacib sizi qane edirmi?

- Yox. Əslində aldığım əmək haqqı yaxşıdır. Yəni, bu gün Azərbaycanda televiziyada aparıcının ala biləcəyi ən yaxşı maaşdır. Amma yaşam xərcləri üçün tam yetərli deyil.

- Bəs ilk aparıclıq edərkən qazandığınız məbləği deyə bilərsiz?

- O vaxt şirvan idi. Üç şirvan, sonra 5, 7, 10. Artıq qısa bir müddət sonra 20 şirvan oldu. Onu
da deyim ki, mən anamdan daha çox maaş alırdım. Hansı ki, o neçə ilin təcrübəli ibtidai sinif
müəlliməsi idi.

- Azər bəy, sonda 3 kəlməylə özünüzü ifadə edin.

- Azərbaycanlı Azər Süleymanlı!

Ülviyyə Mirzəyeva

İTV-nin məşhur aparıcısı Azər Süleymanlı: "Aparıcı" ayrıdır, "veriliş aparan" ayrıİTV-nin məşhur aparıcısı Azər Süleymanlı: "Aparıcı" ayrıdır, "veriliş aparan" ayrıİTV-nin məşhur aparıcısı Azər Süleymanlı: "Aparıcı" ayrıdır, "veriliş aparan" ayrı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4396   Tarix: 31 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.