"Mənə yeddi il qadağa qoydu, özü AzTV-də ömürlük "zapret"ə düşdü" — Müğənni Aslandan Alışanov AÇIQLA

"Mənə yeddi il qadağa qoydu, özü AzTV-də ömürlük "zapret"ə düşdü" — Müğənni Aslandan Alışanov AÇIQLA

Müğənni Aslan Hüseynov Arif Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsindən danışıb.
"Ölkə.Az"ın məlumatına görə, sənətçi bildirib ki, Alışanov ona AzTV-də efirə çıxmağa qadağa qoyubmuş:

"Heç kimə pislik arzu edən insan deyiləm. Amma Allahın istəyindən artığı yoxdur. Allahın məsləhəti necə idisə, hər şey o cür də oldu və öz yerini tapdı. Yeddi il mənə AzTV-yə qadağa qoymuşdu, özü AzTV-yə ömürlük "zapret"ə düşdü. Dünəndən şərhlərdə lazımsız fikirlər yazırlar. Kiminsə təhqir olunmasını istəmirəm. Mən o vaxt Alışanovla bağlı fikirlərimi deyəndə sənətçi həmkarlarım da deyirdilər ki, yaxşı eləmisən. Bəziləri deyirdilər ki, mənim ürəyimdən keçənləri sən demisən".
Qeyd edək ki, Prezident İlham Əliyev Arif Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1236 Tarix: 16.01.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 16.01.2019
yaxşı olub onda )
həyatdı da :)