"Yanvarda çörəkdən başqa hər şeyin qiyməti BAHALAŞACAQ! - Ekspertdən MÜHÜM PROQNOZ
Son zamanlar sosial şəbəkələrdə Yeni ildən sonra kommunal xidmətlərin, benzinin və dolların qiymətində bahalaşmanın olacağı ilə bağlı müzakirələr aparılır. Bir çoxlarını isə bu bahalaşmanın qida məhsullarının qiymətinə necə təsir edəcəyi maraqlandırır.
Bununla bağlı BiG.AZ-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirib ki, vergi məcəlləsinə olan son dəyişikliklərdən sonra aksiz maraqlı bütün məhsullar bahalaşacaq.
"İlk öncə spirtli, energetik içkilər, tütün məhsulları, hətta elektron siqaretlərində qiymətində artım olacaq. Bu günə kimi elektron siqaret və onların mayeləri, energetik aksiz markasına daxil edilməmişdi. Amma dəyişikliklərə əsasən, onlar da artıq aksiz markasına daxil edilib. 2019- cu ilin büdcə gəlirlərdən də görürük ki, aksiz markalarından daxil olacaq gəlirlər 210 milyon manat artılıb. 210 milyon manat artım digər qida məhsullarının bahalaşmasına səbəb olacaq. Son rüsumlarla bağlı vergi məcəlləsinə edilən son dəyişikliklər məhsulların bahalaşmasına səbəb olacaq".
Ekspert bahalaşmanın bazara psixoloji təsir göstərəcəyini də vurğulayıb: "Bazarda məhsulların 20-30 faizində bahalaşma gedirsə, digər məhsullara isə psixoloji təsir göstərəcək. Yanvar ayından sonra bahalaşma sürətlə gedəcək. Ümumi ərzaq məhsulların bahalaşması gözlənilir. Digər daşınmaz əmlak, xidmət sahələrində də bahalaşma olacaq. Daşınmaz əmlaka olan bahalaşma ola bilsin ki, ilin ortalarında hiss edilə bilər. Amma xidmət sahəsində olan bahalaşma yanvar ayından sonra olacaq. Qiymət artımı bizi il boyu müşahidə edəcək".
Akif Nəsirli qeyd edib ki, çörəyin qiyməti dövlət tərəfindən tənzimləndiyi üçün çörəyin qiymətində artım müşahidə olunmaya bilər: "Amma ət və ət məhsullarının qiyməti də yeni ildən bahalaşacaq. İl boyu da ət məhsullarının qiymətində artım müşahidə olunacaq. Çünki ət məhsullarının qiymətini artıran problemlər aradan qaldırılmayıb. Ölkədə heyvandarlıq pambıqçılığa qurban verilib".
Aysel Yusifqızı
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2834 Tarix: 07 dekabr 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304