Azərbaycan universitetlərində nə qədər əcnəbi təhsil alır?

Azərbaycan universitetlərində nə qədər əcnəbi təhsil alır?Azərbaycan universitetlərində yalnız yerli tələbələr deyil, əcnəbilər də təhsil alırlar. Digər ölkələrə müqayisədə, Azərbaycanda təhsil alan əcnəbilərin sayı azdır.

Buna səbəb nədir?

Oxu.Az-ın əməkdaşı əcnəbilərin təhsil aldığı bir neçə universitetlə əlaqə saxlayıb.

Azərbaycan Diplomatik Akademiyasında (ADA) 38 ölkədən 112 əcnəbi təhsil alır.

Bakı Dövlət Universitetində 550-ə yaxın əcnəbi təhsil alır.

Bakı Mühəndislik Universitetində 97 əcnəbi tələbə təhsil alır. Gürcüstandan 34, Rusiyadan isə 27 əcnəbi tələbə var. Üstünlük iki ölkədəndir.

Azərbaycan Dövlət İqtisad Universitetində 244 nəfər əcnəbi tələbə təhsil alır. Tələbələr arasında Rusiya və Gürcüstan vətəndaşları üstünlük təşkil edir.

Azərbaycan Memarlıq və İnşaat Universitetində 700 əcnəbi tələbə təhsil alır. Onlar arasında Türkiyədən olan gənclər çoxluq təşkil edir.

Azərbaycan Texniki Universitetində 250 nəfər əcnəbi tələbə təhsil alır. Onlar, əsasən, Almaniya, Çin, Afrika, Banqladeş, İran, Gürcüstan, Nepal, Suriya, İraq, Səudiyyə Ərəbistanı, Türkiyə və sair ölkə vətəndaşlarıdır.

2017/2018-ci tədris ilində 2800-dən çox əcnəbi Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. ATU, Azərbaycan Rəssamlıq Akademiyası (ARA), AzMİU və ADNSU əcnəbilər tərəfindən ən çox müraciət olunan universitetlərdən olub.

Əcnəbilər 2017/2018-ci tədris ilində mühəndislik, əczaçılıq, memarlıq, psixologiya ixtisaslarına və dil hazırlıq kurslarına üstünlük veriblər. Onların əksəriyyəti Türkiyə, Gürcüstan, İran, İraq, Banqladeş və Rusiyadan Azərbaycana təhsil almağa gələn tələbələrdir.

Təhsil eksperti Elvin Bədirov bildirib ki, ötən illərlə müqayisə edəndə, müəyyən qədər daha çox əcnəbi Azərbaycanda təhsil alır:

"Amma bu artım o qədər nəzərəçarpacaq yüksək say göstəricisi deyil. Azərbaycanda təhsil alan tələbələrin sayı beş-on faiz təşkil edir. Bunu müxtəlif, eyni zamanda, bəzi məsələlərdə subyektiv amillərlə əlaqələndirmək olar.

Müəyyən qədər bəzi universitetdə təhsil səviyyəsinin artması, maddi-texniki bazanın güclənməsi, aktiv piar xidmətinin təşkil edilməsi əcnəbilərin ölkəmizdə təhsil almasına təsir göstərir. Yaxın qonşu ölkələrdən İran, Türkiyə, Gürcüstan, Rusiya, Pakistandan gələn tələbələr üstünlük təşkil edir".

Ekspert qeyd edib ki, əcnəbi tələbələrin sayının artması üçün universitetlər verdikləri təhsilin səviyyəsini kifayət qədər artırmalıdırlar:

"Universitetlər ölkə təhsili tələblərinə və beynəlxalq standartlara cavab verməlidir. Amma biz bunları, təəssüf ki, universitetlərimizdə görə bilmirik. Eyni zamanda, təhsil müəssisələri verdikləri təhsili dünyaya çatdırmaq üçün ciddi aktiv piar aparmalı, xaricdə təhsil sərgilərində universitetlər iştirak etməli və təhsil xidmətlərini təqdim etməlidir. Bundan sonra ciddi uğurlara imza atmaq olar".

Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, professor, fəlsəfə elmləri doktoru Telman Cəfərov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb:

"Həmin proqrama əsasən, xarici mütəxəssislərin cəlb olunması, universitetlərin maddi-texniki bazasının yaxşılaşması, yataqxana ilə təmin edilməsi mümkün olacaq. Çünki xaricdən gələn tələbə üçün şərait olmalıdır ki, rahat təhsil alsın. Bundan sonra əcnəbi tələbəni cəlb etmək olar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 455   Tarix: 03 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

TOP MP3