"Məmurların mülkləri satılıb pulları şəhid ailələrinə verilsin" təklifi qeyri-ciddidir - DEPUTAT

"Məmurların mülkləri satılıb pulları şəhid ailələrinə verilsin" təklifi qeyri-ciddidir - DEPUTATDeputatın istəyi ilə keçmiş məmurların mülki müsadirə olunmur, bunun üçün dövlət və məhkəmə var, qərarları onlar verirlər.

BiG.AZ xəbər verir ki, bunu Sonxeber.az-a Milli Məclisin deputatı Rüfət Quliyev həmkarı Fəzail Ağamalının "bəzi keçmiş məmurların mülkləri satılıb pulları şəhid ailələrinə verilsin" sözlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, millət vəkilləri yalnız təklif verə bilər: "Bir çox deputat vəsaitin mənbəyin bunda görürlər. Həmin təklifin irəli sürülməsi problemli məsələdir. İndi təklifdi verilir, məndən də soruşsalar başqa təklif verərəm. O adamın nə qədər günahı olsun ki, məhkəmə onun mülkini müsadirə etmək barədə qərar çıxarsın. Müsadirə edilmiş mülklərin satışa çıxarılması və s. təklif olunur. Gəlin bu işə ciddi baxaq. Milli Məclisin qarşısına insanlar yığılanda, şikayətçilər gələndə adamın ürəyi ağrıyır. Adam da bir az emosional olanda gəlib Milli Məclisdə həmin emosiyasını sözlə ifadə edir".

Milli Məclis aparatının işçilərinin məvaciblərinin artırılması təklifinə gəlincə, R.Quliyev bildirib ki, əmək haqları ilə bağlı müəyyən standartlar var: "Məsələn Prezident aparatında işçilərin məvaciblərinin müəyyən standartları var. Təklif edildi ki, həmin standartlar qədər olmasa da, Milli Məclis işçilərinin maaşı ona yaxın olsun. Yəni parlamentin işçiləri, deputatların özləri də onlara həddindən artıq kömək edirlər.Bu baxımdan təklif edildi ki, Milli Məclisin işçiləri üçün də tarif səbəti olsun".

Millət vəkli əlavə edib: "Hökumət imkan daxilində deputatların ezamiyyətləri üçün artıq pul ayıra bilsə, həm ölkədə xarici qonaqları rahat qəbul edərik, həm də xaricdə daha fəal iş apara bilərik. Milli Məclis qurum kimi Azərbaycanın beynəlxalq nüfuzunun qaldırılması, problemləri həll etmək üçün Xarici İşlər Nazirliyindən heç də az iş görmür. Diplomatiyanın bir qolu varsa, bizim on qolumuz var. Heç kəs kəskin formada nəyisə tələb edə bilməz. Təkliflər verilə bilərik ki, gördüyümüz işləri nəzərə alsınlar. Erməni lobbiçiliyi ilə dünya səviyyəsində mübarizə aparmaq üçün beynəlxalq təşkilatlardakı adamlarla daha çox təmasda olmaq lazımdır. Onların gücündən istifadə etməklə ermənilərin lobbi fəaliyyətinə üstün gəlməliyik. Bunun üçün xaricə gedən deputatların sayı daha çox olmalıdır. Təklif edirik ki, bu sahəyə daha çox vəsait ayrılsa yaxşı olardı. Son dövrlər şəxsi münasibətlər ön plana çıxır. Bunu nəzərə almaq lazımdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 611   Tarix: 21 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381