İspaniyada Abel Məhərrəmovla olan deputatlar danışdı

İspaniyada Abel Məhərrəmovla olan deputatlar danışdı"Abel Məhərrəmovun işdən çıxarılmasının İspaniya səfərinə aidiyyatı yoxdur. Bu, cənab prezidentin səlahiyyətində olan məsələdir"

Bunu "Qafqazinfo"ya açıqlamasında deputat Cavanşir Paşazadə Abel Məhərrəmovun İspaniyada "Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi" mövzusunda keçirilən beynəlxalq konfransda baş verən hadisələrə görə işdən çıxarılmasına münasibət bildirərkən deyib. C. Paşazadə vurğulayıb ki, prezident kimi nə vaxt istəsə, işdən çıxarda bilər: "Bunun kiminsə kimləsə münasibəti ilə əlaqələndirmək heç də düzgün deyil. Çıxarılan adamın dalınca çox sözlər deyiləcək".

A.Məhərrəmovun restoranda məhz onunla dava etməsi məsələsinə gəlincə isə, C. Paşazadə vurğulayıb ki, bu, yalan söhbətdir: "Məhərrəmov nə üçün mənlə dava etməlidir? Mən uşağam, ya o uşaqdır ki, bir- birimizlə dava edək? Bizim bölüşəcəyimiz bir şeyimiz yoxdur".

Deputat Siyavuş Novruzov isə "Qafqazinfo"ya açıqlamasında məsələdən xəbərdar olmadığını vurğulayıb.

Qeyd edək ki, sözügedən konfransda Milli Məclisin dörd deputatı iştirak edib. Onlar Çingiz Qənizadə, Cavanşir Paşazadə, Hikmət Babaoğlu və Siyavuş Novruzovdur.

***

Bu arada bildirək ki, sözügedən beynəlxalq konfrans 7 gün davam edib. Səfərin ilk günündən sonuna kimi QMİ sədri Allahşükür Paşazadəni Abel Məhərrəmov, deputat Siyavuş Novruzov və Hikmət Babaoğlu müşayiət edib.

Səfərin beşinci günündən isə konfransa deputatlar Çingiz Qənizadə və Cavanşir Paşazadə qatılıb. Abel Məhərrəmovla bağlı hadisələrin isə məhz ilk günlərdə baş verdiyi iddia olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3342   Tarix: 15 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qəzzada ölənlərin sayı 34 396 nəfərə çatıb

Qəzzada ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, İsrail ordusunun 209 gündür Qəzzaya hücumları davam edir. Ölənlərin sayı son 24 saat ərzində 28 nəfər artaraq 34396 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsind

12:55 146
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

20:39 113
.

"Universitetlər Bakıdan Qarabağın bölgələrinə köçürülməlidir - Memar

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarını

14:11 854
.

"Avroviziya-2024"də Fələstin bayraqları qadağan edildi

"Avroviziya"nın təşkilatçısı olan Avropa Yayım Birliyi builki beynəlxalq mahnı müsabiqəsinə Fələstin bayraqları və siyasi bəyanatlar olan plakatların arenaya gətirilməsini qadağan edib. Bununla əlaqədar Avropa Yayım Birliyi bəyanat yayımlayıb. Bəyanatda qeyd olunur ki, Fələstin bayraqlarını

16:36 180
.

Tarkan yoldaşı ilə evlilik ildönümünü belə qeyd etdi- FOTOLAR

Türkiyəli müğənni Tarkan yoldaşı ilə evliliyinin 8-ci ildönümünü qeyd edib. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Evlilik ildönümümüzün olduğu bu günlərə romantik bir tbt yaraşır. 2016-cı ildə evlənəndən bir neçə həftə sonrakı günlərdən şirin kadrlar" ,- deyə o bildiri

21:30 108
.

Kosmosa da turist səfərləri başladı

Amerikanın "SpaceX" şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb. Bu barədə məlumat şirkətin saytında yer alıb. xarici mediaya istinadla bildirir ki, maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa. "Dragon"

22:00 0
.

"Azərbaycan insanların hüquq və azadlıqlarının,media azadlığının yüksək səviyyədə təmin olunduğu, tolerant, humansit dövlətdir"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasındakı mövcud əlaqələrin daha da dərinləşməsinə və münasibətlərin gələcək inkişafına təkan verəcək. Ölkə Başçımızın Almaniyada yüksək səviyyədə qarşılanması və. Berlində keçirilən "15-ci Petersberq İqli

15:42 113
.

Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ

Bakı-Sumqayıt qatarına Xırdalan dəmir yolu stansiyasının ərazisində daş ataraq şüşəsini sındıranlar və qatar yolunun üzərinə daş düzərək təhlükə yaradan azyaşlılar müəyyən olunublar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata görə, aprel 28-də Bakı-Sumqayıt xətt

01.05.2024 791
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

15:44 281