Siqareti atmağın 20 yolu

Siqareti atmağın 20 yoluSiqareti atmaq istəyənlər bir çox hallarda öz məqsədlərinə nail ola bilmirlər. Çünki siqaretlə üzülüşmək asan məsələ deyil.

Siqareti atmaq istəyən insanlar dəstəyə, motivasiyaya ehtiyac duyur. Amma ata bilərsiniz. Və inanın ki, siqareti atmaq bütün həyatınızı dəyişdirəcək. Hər gün yüzlərlə insan siqareti atır. Əmin olun ki, həmin adamlar ən azı sizin qədər siqaret xəstəsi idi.

1. Özünüzə inanın və güvənin. Siqareti ata biləcəyinizə inanın. Əvvəllər öhdəsindən gəldiyiniz daha böyük çətinliklər haqqında düşünün. Əmin olun ki, daha böyük problemlərin öhdəsindən gəlmiş birisi siqaret problemini də asanlıqla həll edə bilər.

2. Bu sıyahını oxuduqdan sonra təklifləri özünüzə uyğunlaşdırın və siqareti atmaq üçün plan tutun.

3. Siqareti atmaq istəməyinizin səbəblərini və siqareti atmaqla nələr qazanacağınızı yazın.
Məsələn: daha uzun ömür sürmək, özünüzü yaxşı hiss etmək, pula qənaət, pis iy verməmək.
Siqaret çəkən şəxslər onun ziyanını bilir və siqareti atmaq istəyər. Siz bunları yazın və hər gün oxuyun.

4. Ailə üzvlərindən və dostlarınızdan siqareti atmaq qərarınızı dəstəkləmələrini xahiş edin. Sizə kömək etmələrini amma söyləyin, ancaq diqqətli olsunlar, ittiham etməsinlər. Siqareti atdığınız ilk günlərdə çətinlik çəkəcəksiniz, əsəbi olacaqsınız, ailə üzvləri və dostlarınızdan rica edin ki, sizi başa düşsünlər.

5. Siqareti atmaq üçün bir gün müəyyən edin. Bu günün həyatınızın yeni başlanğıcı olduğunu düşünün.

6. Siqareti atmaq üçün həkimlə məsləhətəşə bilərsiniz.

7. Siqareti atmaq üçün məşqlər edin. İdman edərkən siqaret çəkmək ağlınıza gəlməyəcək. Siqaret çəkməyiniz yaxşı məşq etməyinizə mane olardı. İdman etmək stressinizi azaldacaq və siqaertin illər ərzində orqanizminizə vurduğu zərbələri aradan qaldırmağa kömək edəcək. Həftədə 3-4 dəfə, 30-40 dəqiqə idman edin.

8. Hər gün 3-5 dəqiqə nəfəs məşqi edin. Gözlərinizi yumun. Burnunuzdan dərin nəfəs alın, nəfəsinizi bir neçə saniyə saxlayın, çox yavaş şəkildə ağzınızdan buraxın. Hər dəfə nəfəs məşqi edərkən daha təmiz və daha rahat nəfəs aldığınızı görəcəksiniz.

9. Biri siqaret çəkmək təklifi səsləndirsə, imtina edin, çəkmədiyinizi deyin. Bu, sizin özünüzə olan inamınızı artıracaq.

10. Siqretin sayını azaldın, hər gün neçə siqaret çəkəcəyinizi müəyyənləşdirin. Çəkdiyiniz siqaretlərin sayını hər gün bir dənə azaldın. Hər gün fərqli siqaret markası alın, boş siqaret qutularını zibil qabına atın. Aldığınız siqareti başqasına verib, çəkmək istəyəndə ondan dənə ilə də ala bilərsiniz.

11. Siqaret aludəçilərinin çoxu belə düşünür ki, siqareti yavaş-yavaş buraxmaq mümkün deyil. Hansı metodun sizə daha uyğun olduğuna qərar verin.

12. Siqareti atmaq istəyən dostunuz varsa, bu işi görmək daha asan olacaq. Bir-birinizə dəstək olacaq söhbətlər edin.

13. Dişlərinizi təmizləyin və hər zaman təmiz saxlayın.

14. Siqareti atdıqdan sonra özünüzə mükafat verin.

15. Çoxlu su için. İstənilən halda su orqanizm üçün faydalıdır. Təəssüf ki, əksəriyyət lazım olan qədər su içmir. Su bədəninizdən nikotinin və digər zərərli kimyəvi maddələrin çıxmasına yardımçı olacaq. Siqaretin vurduğu zərbələri aradan qaldırmağa kömək edəcək.. Su yemək istəyinizi də azaldacaq.

16. Siqareti ən çox nə vaxt çəkdiyinizi düşünün: əsəbi olanda, yeməkdən sonra, işdən evə gələndə, içki içəndə və s. Siqaret çəkmək yerinə xoşunuza gələn başqa bir şey edin.

17. Əlinizdəki və ağzınızdakı boşluq hissini aradan qaldırmaq üçün bir şey tapın: su için, saqqız çeynəyin, ləbləbi yeyin və s.

18. Siqareti atmaq mövzusunda düşündüklərinizi yazın. Bunu hər gün oxuyun.

19. Sizin üçün çox önəmli olan bir adamın şəklini üzərinizdə daşayın. Bir kağıza isə "siqareti buraxmağa söz verirəm" cümləsini yazın. Siqaret çəkmək istəyəndə bu rəsmə və yazdığınız cümləyə baxın.

20. Siqaret çəkmək istəyəndə, bir siqaret yandırmaq yerinə hisslərinizi kağıza yazın. Bu kağızı həmişə yanınızda gəzdirin.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3225   Tarix: 30 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

TOP MP3