Alim Qasımov: "Arxamca danışırdılar ki, bu mərdümazar hardan gəldi"

Alim Qasımov:

Alim Qasımov : "Həyat özü yeni Alimi doğacaq"

Nədənsə mən Alim Qasımova qulaq asanda yadıma həmişə Bəxtiyar Vahabzadənin «Muğam» poemasında oxuduğu «Daş ürəklərdə yatan daşları yandırdı muğam» misrasını xatırlayıram. Çünki Alim Qasımov muğamı oxumur, yandırır. Muğamla birlikdə onu dinləyənləri də yandırır, alovlandırır, qarsıdır.

-Alim müəllim, əgər simvolizə etsək, «55» «əliyyül əla». Yəni «5» əladısa. «55» ikiqat beşdir. Bu gün sabah 55-i tamam edirsiniz.

- Hələ bir az var…

- Cəmisi 3 ay… Ümumiyyətlə, geriyə boylanıb bu illərə diqqət yetirdikdə bu ömrə özünüz «əliyyül əla» qiymətin verirsinizmi?

- Mən kiməm ki, Allahın mənə yazdığı bir ömrə, xoş qismətə qiymət verim. Sadəcə onu qeyd edim ki, bu illər ərzində istər sənət, istər ailə mənasında nə qədər gözəl şeylər əldə etmişəm, Allahın bir lütfü kimi dəyərləndirirəm.
Belə başa düşürəm ki, ömrüm boyu insafsız hərəkətim olmayıb. Demək olar ki, nöqsansız yaşamağa çalışmışam. İnsaf iman kimi bir şeydir. İnsaf insanın içində yanan bir şam işığıdı. Bu insaf məni çox şeylərdən qoruyur…

- Əsas nəfsə qalib gəlməkdir.

-İnsaf demək olar ki, hər şeyin, bütün həyatın süzgəcidi. İnsaflı insanla hər iş görmək olar. Yaxşı mənada. Ona görə də deyirlər ki, insaf dinin yarısıdı. Uşaqlıqdan məni belə tərbiyələndirib, böyüdüblər. İnsaf elmlə bağlı deyil. Elmli adamlarının çoxunun insafı yoxdu. Elmdən ki, tərbiyə alır, onda insaf çıxır yaddan. Kasıb-küsub elmsiz adamlar isə insafın ətəyindən tutub gedirlər. Elmli dedikdə «çox bilmişləri» nəzərdə tuturam. Bəzən deyirlər ki, yaşamaq çox çətin şeydir. Xeyr, əksinə yaşamaq çox sadədi. İnsan öz həyatını özü müəyyənləşdirib qurur. Biz onu istəyirik ki, həmişə inkişaf eliyə-eliyə yaşayaq. Amma elə bu «inkişaf»da da çoxu günaha batırıq.

- İrəli getmək üçün günaha batmaq şərtdirmi?

- Mənə elə gəlir ki, irəli getmək çox çətindi. Elə bil ki, dəryada üzmək kimi bir şeydi.

- Sizə qədər Cahargahda «Bərdaşt»dan istifadə eləmirdilər, bir başa «Mayə»yə keçirdilər.

-Yox, məndən əvvəl eləyiblər.

- Bilirəm, amma Cabbar Qaryağdı oğlunun vaxtında. Ondan sonra uzun illər «Cahargah» «Bərdaşt»sız oxunub…

- Mənə «Cahargah»ı müəllimim, xalq artisti Ağaxan Abdullayev elə öyrətmişdi.

- O cür oxumağınız yəqin ki, çoxlarını qıcıqlandırmış olacaqdı. Çünki rahatlıqla bir ağız aşağı tonda «Mayə» oxumaqla başlarını girləyirdilər. Və birdən-birə siz ortalığa çıxıb «Chargah»da «Bərdaşt»ın olmasını camaatın yadına salırsınız.

- Yox, heç kim mənə bunu irad tutmadı. Amma eşidirdim, arxamca danışırdılar ki, bu mərdümazar hardan gəldi. Amma kənd toylarında mənə deyirlər ki, sən bizim gözümüzü açdın, sən gəldin bizə aləmlər yaratdın. Əslində belə oxumaq mənim səsimin olmağından və gənclik ehtirasımdan irəli gəlirdi. İş burasındadır ki, mən o işləri görmək üçün dincəlmədən gecə-gündüz çalışdım. İçimdəki Alim Qasımovu çölə çıxartmaq asan olmadı.

- Yunuz Əmrə deyir ki, «Məni məndən sorma, bir mən vardır, mənə məndən içəri».

- Bilirsinzmi, yola vermək məndə yoxdu. Ya olum, ya ölüm…

- Alim müəllim, hərdən elə zilə qalxırsınız ki, adam bu səsin qırılmağından qorxur. Bəs siz qorxmursunuzmu, birdən səs sözünüzə baxmaz.

- Çox şeyləri mən onu eliyəndən sonra bilmişəm. Məsələn, o zilləri eliyəndən sonra özümü o qədər danlamışam ki, sənin orda nə işin var? Bəlkə də əvvəlcədən ora qalxmağı düşünsəm, heç də alınmaz. Özüm bilərəkdən o cürə zilə qalxsam, səsim oradək bəlkə də getməz. Amma elə ki, özümü tamam unudub, eşq atəşinə tutuluram, o ifanın dadı tarixdə qalır.

- Deməli, oxuyanda özünüzə nəzarət edə bilmirsiniz?

- Yox, elə bir hal yaranır ki, nə oxuduğumu heç özüm də bilmirəm. Sanki məni idarə edirlər, kimsə mənə kənardan deyir ki, bu sözdən sonra bunu deməlisən, bu boğazdan sonra bu zənguləni etməlisən. Eşq gələndən sonra səs də gəlir, hal da gəlir, kef də…

- Belə baxanda görürük ki, Alim adı sizə təsadüfən qoyulmayıb. Sanki valdeynlərinizn biliblər ki, böyüyəndə muğam sizdən soruşulacaq. Deməli, gənc yaşda ustadlar cərgəsinə qoşulmaq qismətinizdə varmış.

- Allah hamının canını sağ eləsin. Bu o demək deyil ki, Alah bunu mənə götürüb hədiyyə elədi. Bütün bu uğurlarla yanaşı Allah mənə dözüm, səbr tamaha qarşı güc verdi. Mən evdə yorğan-döşəkdə yatırdım ki, tərləyim soyuqdəymə canımdan çıxsın, axşam insanlar məndən ifa gözləyirlər. Nə gecəm vardı, nə gündüzüm. Ömrümün yarısı yorğan-döşəkdə keçib. Deyirlər torpağı əkməsən, bəhrəsini görməzsən. Sənət də elə bir şeydi ki, bunu yoğurmasan xəmir olmaz…

-Alim müəllim, belə bir sənətkar olacağınızı əvvəlcədən düşünürdünüzmü?

- Yox əşi, mən həmişə bir qarın çörək qazanmağı düşünmüşəm. Mən elə bilirdim ki, hər kəs kimi adi səsim var. Ona görə də, müğənni olmaq barədə düşünməmişəm. Sadəcə mənə deyirdilər ki, sənin səsindən yoxdu, get xanəndəliyi öyrən. Çox qəribədi ki, mən çox zəif uşaq kimi doğulmuşam. Valideynlərim deyiblər ki, bu uşaq indii ölər, bu saat ölər. Mən iynələrin hesabına sağ qalmışam.

- Bəs niyə oxumurdunuz o vaxtları?

- Mən fikirləşirdim ki, hamı oxuyur da. Çünki gözümü açıb ailəmizdə oxumaq görmüşəm. Mənim atamın da, anamın da gözəl səsi vardı.

- Məhəbbət Kazımovla birgə imtahan vermisiniz?

-Yox, Asəf Zeynallı adına Musiqi Kollecinə o məndən əvvəl qəbul olunub.

- Siz oxuyanda bütün məktəb imtahan gedən otağın qapısının ağzını yağılıbmış ki, görəsən bu səsin sahibi kimdir? Alim müəllim, bu gün də gənclər muğam ifaçılığı sənətinə gəlirlər. Əksəriyyəti də sizi təkrarlayır. Sizin uzun illərin əzab-əziyyəti bahasına yaratdığınız ifa tərzini, cavan bir uşaq az müddətə əzbərləyib mənimsəyir, olur Alim Qasımov. Bunlar belə hara gedəcəklər? Yeni Alim nə vaxt doğulacaq?

- Bu həyatın qanunu var. Əsl yaradıcı, əsl sənətkar gündə olmur, axı. Həyat özü yeni Alimi doğacaq.

- Sizcə yeni bir Alimə ehtiyac var?

- Əlbəttə. Gərək mən tarix doğanı qəbul eliyəm.

- Bəziləri deyir ki, Alim xüsusi məktəb keçib, insanları meditasiya vasitəsilə təsirə salmağı bacarır.

- Mənə də bu barədə tez-tez suallar verirlər. İnanın ki, mən meditasiyanın, yoqanın nə olduğunu bilmirəm, sadəcə Allahın bir lütfüdür ki, səsim insanlara o dediyiniz formada təsir edir.

-Alim müəllim, cavanlar gəlir. Tələbələriniz var. İfalarına təbii ki, bir ustad kimi qulaq asırsınız. Onların arasından ifasını bəyəndikləriniz varmı?

- Abgül Mirzəliyevin səsini çox bəyənirəm. Onun gələcəyinə böyük ümid bəsləyirəmö Deyirlər bir az tənbəllik edir. Eləməsin, oxusun, əziyyət çəksin, öyrənsin.

-Alimin öz evində sənətə gələcəkdə gələn olacaqmı?

- Mənim Fərqanədən başqa Qadir adlı oğlum, Dilruba adlı qızım var. Məcburiyyətlə olan şey deyil. Heç biri maraq göstərmədi, mən də üstlərinə düşmədim. Bu gün evimizdə səhərdən-axşamadək musiqi səsi gəlir. Nəvələrim gözlərini açıb evdə muğam eşidiblər. Maşallah səsləri də var, görək də. O gərək özü olsun, istəsin.

- Bu uşaqlartın üstünlüyü ondadı ki, dünyanın hər yerində ustad kimi qəbul edilən Alim Qasımov kimi bir sənətkar hər gün gözlərinin qarşısındadı.Alim müəllim, bilirik ki, UNESCO muğamı sizə qulaq asandan sonra Qeyri Maddi İrs siyahısına qəbul etdi… Sizin konsertlərdən sonra Avropa Azərbaycan muğamını tanıdı. Cənubi Azərbaycanlılar, o cümlədən iranlılar muğama görə sizi müqəddəs elan etdilər…

- Cənubda qardaşlarımızın sayı lap çoxdur. Ona görə də belə məhəbbət göstərmələri daha çox nəzərə çarpır. Gedirsən, xoş qarşılayırlar.

- Alim müəllim, sizin ən çox sevdiyiniz muğam varmı?

- Rahab muğamından başqa bütün muğamları bir səviyyədə sevirəm. Bunların birinə o birisindən daha çox diqqət yetirsəm sənətimə xəyanət etmiş olaram. Amma «Rahab» heç sevmirəm. Çox qarışıq muğamdır, mənə əziyyət verir.

- Məsələ burasındadı ki, mütəxəssislər «Rahab»ın ən mükəmməl ifaçısı kimi sizin adınızı vurğulayırlar.

- Ola bilər, mən sadəcə onu adi müğam kimi oxumuşam. Amma əsl özüm kimi oxuya bilmirəm. Çünki o muğamın özündə elə bil nəsə çatmır.

- Axı bu muğamı da siz ortalığa çıxardınız. Çünki sizə qədər uzun illər bu muğamı heç kəs oxumurdu.

- Bəlkə də ona görə onda natamamlıq var. Məndən əvvəlkilər buradakı natamamlığa diqqət yetirməyiblər. Nəsə mənə bu muğam çatmır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3544   Tarix: 28 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693