Hansı "zərərli ərzaq"lar faydalı da ola bilirmiş? – Diyetologiyada yenilik

Hansı "zərərli ərzaq"lar faydalı da ola bilirmiş? – Diyetologiyada yenilikDiyetoloqlar bütün ərzaq məhsullarını iki böyük qrupa bölürlər: zərərli ərzaqlar və faydalı ərzaqlar.

Amma problem ondadır ki, biz, öz rasionumuzu onların tələblərinə uyğunlaşdırana qədər, diyetoloqlar "oyun qaydaları"ı dəyişirlər və təxminən, 5 il əvvəl gen-bol anti-reklama məruz qoyduqlarını, bu gün rasiona daxil etməyi məsləhət görürlər. Belədə, biz biçarələr nə edək? Fikirləşək, başqa nə edə bilərik ki? Ancaq gerçək elmdən qaynaqlanan faktlara və öz sövqi-təbiimizə əsaslanaraq fikirləşək...

İlk zərərli ərzaq - yumurta!

Yumurta uzun müddət açıq-aşkar zərərli ərzaq - xolesterinin mənbəyi hesab olunub. Xolesterin isə damarları daraldır və təcrübəli diversant kimi, ürək-damar sisteminə qarşı işləyir. Amma indi zaman dəyişib - alimlər müəyyən ediblər ki, xolesterin həm yaxşı, həm də pis olarmış.

BiG.AZ medicina.az-a istinadən bildirir ki, pis xolesterin damarları çirkləndirir, yaxşısı isə təmizləyir! Bu, xolesterinin funksiyaları üçün ən primitiv formullama hesab oluna bilər. Ancaq bu "əkizlər"in işinin əsas prinsipini az-çox anlamaq üçün alimlər uzun illər əmək sərf edirlər. Bu, bizə lazımdırmı? Yox! O zaman gəlin bu formuldan faydalanaq: yaxşı xolesterin infarkt və insultdan qoruyur, pis xolesterin - insanı onlara yaxınlaşdırır. İndi isə yenidən yumurta mövzusuna qayıdaq.

Sən demə, yumurta yaxşı xolesterinin ən fəal və nizamlı mənbələrindən biridir. Üstəlik də asan həzm olunan yağların və nutriyentlərin belə yüngül sırasının mənbəyi imiş: sink, zülal, A, B, D vitaminləri, kalsium, dəmir, fosfor və s.
Deməli, faydalı ərzaqa - yumurtaya eşq olsun? Amma o yumurtaya yox ki, toyuqlar quş fabriklərinin dözülməz şəraitində yumurtlayırlar. Belə yumurtalarda toyuq yeminin tərkibindəki boy hormonu və "cəhənnəm həyatı"nın (broyler həyatı) doğurduğu stress hormonu bütün faydalı mikroelementlərin toplam miqdarından çox olur. Qısası, ev yumurtasından faydalanmaq lazımdır...

İkinci zərərli ərzaq - kartof...

Kartof - tərkibində kraxmalın yüksək miqdarda olması səbəbilə, zərərli ərzaq kimi tanınıb. Biokimya nöqteyi-nəzərincə, kraxmal müəyyən şərait daxilində elə həmincə şəkərdir. Şəkər isə məlum olduğu kimi, sadəcə bir neçə həkim kabinetinə "göndəriş"dir: artıq çəki ilə diyetoloq kabinetinə, ürəkdən şikayətlərlə kardioloq kabinetinə, şəkərli diabet ehtimalı ilə endokrinoloq kabinetinə. Bu, hamı üçün istisnasızdır.

Ancaq insan orqanizminin genetik-şərtlənən zəif hissələri var ki, şəkərdən və ya zərərli ərzaq olan kartofdan ifrat istifadə edildiyi təqdirdə, sadəcə, "qırılır".

Bəs, belədə, nə üçün alimlər kartofa yönəlik öz "qəzəb"ini "mehribanlıq"la əvəz edirlər? Sən demə, cavan (sütül) kartof "faydalı ərzaq" kateqoriyasına düşmək üçün bütün hüquqlara malik imiş! Onun tərkibində kalium kraxmaldan xeyli çox olur. Kartof nə qədər xırda olarsa, onun keyfiyyəti cücərmiş buğda keyfiyyətinə bir o qədər yaxın olur: ən xırda kartof dənələrində elə cücərmiş buğdanın tərkibindəki həmin "həyat qüvvəsi" ehtiyatı olur. Ona görə də xırda sütül kartof dənələrini təmizləməkdə tənbəllik etməyin...

Şokolad - zərərli ərzaq deyil

Şokoladın faydalılığı barədə qadınları inandırmağa ehtiyac yoxdur. Onlar heç bir molekulyar tədqiqat olmadan da, öz təcrübələrinə əsasən bilirlər: ağlamağın gəlir? - bir parça qara şokolad yeyərsən, hamısı ötüb keçər. Ona görə də keçmiş "zərərli ərzağ"ı çıxdaş etməyək və onu "faydalı" edən tərkib inqrediyentlərini sadalayaq:

- Teobromin - stress vəziyyətində sakitləşdirir, orqanizmə müntəzəm olaraq düşərkən, ümumilikdə, əsəb sistemini müalicə edir.

- Antioksidantlar - dərinin vaxtından əvvəl qocalmasına qarşı işləyir.

- Serotonin və dofamin hormonları həyatda sevinc hormonlarıdır. Onlar ətraf mühitin gözəllik effektini artırır və beyinin iş qabiliyyətini yüksəldir.

- Karbohidratlar - bəli, karbohidratlar! Güclü aclıq halında nahardan qabaq bir parça qara şokolad yeyilərkən, iştah azalar və çox yeməkdən çəkinərsən.
Təkcə buna görə, qara şokoladı "faydalı ərzaqlar" sırasına aid etməyə dəyər...

Yağlı süd, şor və smetan - zərərli ərzaqlardır?

Diyetoloqlar artan həyəcanla, öz fiqurunun gözəl olmasına iddia edən insanları xəbərdar edirlər - yağlar insan orqanizmi üçün lazımdır! Həm də onları natural ərzaqlardan almaq hamısından yaxşıdır. Nədən ki, qida məhsullarındakı təbii birləşmələr insan üçün də təbii ehtiyacdır və onlardan ağıllı istifadə olunması zərər gətirməz.

Yağsızlaşdırılmış şor, smetan və südü zərərli ərzaqlar sırasına aid etmək olar. Nədən ki, yağsızlaşdırma bu məhsulları "yayılmış" hala (konsistensiyaya) gətirir və müəyyən formaya salmaq üçün istehsalçıar onların tərkibinə kraxmal əlavə edirlər. Kraxmal isə (həm də əksər hallarda təbii yox, sintetik kraxmal) təbii yağlardan qat-qat zərərlidir.

Nəticə

Diyetoloqların köhnə dəbli tövsiyələrini qəbul etməzdən əvvəl, onları təbii qanunlarla yoxlayın. Tamamilə mümkündür ki, sizin məntiqi düşüncə qəbiliyyətiniz bəs edər ki, bütöv bir institutun xeyli şübhəli "kəşfi"ni rədd edəsiniz. Axı, "elmi araşdırma" həm də "sifarişli" və istehsalçı(lar) tərəfindən haqqı ödənilən ola bilir...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 900   Tarix: 20 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008