Soyuq havada xəstəliklərdən belə qorunun - MƏSLƏHƏT

Soyuq havada xəstəliklərdən belə qorunun - MƏSLƏHƏTPayız və qış aylarının soyuq günlərində xəstəliklərdən qorunmaq üçün xüsusilə C vitamini ilə zəngin qidalara önəm vermək lazımdır. Bununla yanaşı digər vitaminləri də təxirə salmayın.

Əsasən C, A və E vitamini baxımından zəngin olan qidalar yeyin. Güclü metabolizmanın təməlində kifayət qədər və balanslı qidalanma durur. Qidalanmada C vitamininə xüsusi yer verilməlidir. Bu vitamin yaşıl bibər, cəfəri, gül kələmi, tərə, ispanaq, portağal, limon, naringi, itburnu kimi qidalarda bol miqdarda var.

Digər vacib antioksidan olan E vitamininin zəngin qaynaqları fındıq, qoz, badam kimi yağlı toxumlar, duru yağlar, yaşıl yarpaqlı tərəvəzlər, quru paxlalılar və taxıl kimi qidalardır.

A vitamini də güclü antioksidandır. Yumurta, süd, balıq, ispanaq, portağal, kök, yaşıl bibər, ərik kimi sarı, narıncı və yaşıl meyvə və tərəvəzlərdə var. Həftədə 2-3 dəfə quru lobya, noxud, mərcimək kimi quru paxlalılar yeyilməlidir.

Yemək zamanı qatıq, ayran və ya kefirə mütləq yer verilməlidr. Gün ərzində çalışın bol miqdarda su için. Çay və ya qəhvə yerinə bitki çayları için. Onların arasında itburnu, adaçayı, cökə kimi bitki çaylarına üstünlük verin. Bunların isə bədənə təsirlərini nəzərə alaraq, təbii üsullarla qurudulmuş olması və çay halına gətirilməsi üçün dəmlənmə müddətinə xüsusi diqqət edilməlidir.

C vitamini başda olmaqla hər yemək zamanı meyvə və tərəvəz yemək vacibdir. Şorba kimi maye dəyəri yüksək olan yeməklərə üstünlük verin, bədəndən toksin maddələrin uzaqlaşdırılması üçün bol su için.

Soyuq havada ürəyinizi qoruyun

Ürək xəstəlikləri soyuq havada diqqət edilməsi lazım olan xəstəliklər qrupuna başçılıq edir. Həyat tərzinizi mümkün qədər mövsümə görə uyğunlaşdırın. Çünk infakt riski qış aylarında ciddi sürətdə artır. Bunun səbəbi soyuq havanın yaratdığı damarlarda büzülmə və qışda hərəkətliliyin azalmasıdır. Soyuq hava ürək xəstəliyi olmayan insanlarda belə, sinə ağrısına səbəb olur. Buna görə də mövsümə uyğun geyinməli, dərmanlar nizamlı olaraq qəbul edilməli, fiziki aktivlikdə fəal olmaq lazımdır. Əgər soyuq havada sinə ağrınız şiddətlənərsə, mütləq həkimə müraciət edin.

Yaş saçlarla küçəyə çıxmayın

Soyuq hava herpes virusunu aktivləşdirir. Bunun nəticəsində üz iflici yaranır. Üzün bir tərəfində qaşı qaldırmaq, gözü bağlamaq, ağız hərəkətləri edə bilməmək ilk göstəricilərdir. Üz iflicindən qismən qorunmaq mümkündür. Buna görə də nəmli saçlarla küçəyə çıxmayın. Soyuq havada uzun müddət açıq məkanda durmayın, getdiyiniz maşının pəncərəsi açıq olmamalıdır.

Göz qızarması

Soyuq havada ən çox rast gəlinən narahatlıqlardan biri də qırmızı göz xəstəliyidir. Soyuq hava və külək insanın üzünə vurduğu zaman gözdə qaşınma və yanma baş verir. Bu, müalicəsi olan, lakin ciddi xəstəlikdir. Buna görə də soyuq və küləkli havada gözlərin ətrafını bağlayan eynəklərdən istifadə edin. Eyni zamanda kondinsioner və saç qurudan alətin küləyinin gözlərinizə doğru vurmamasına diqqət etmək məsləhətdir. Ümumiyyətlə, qış aylarında soyuqdan qorunmaq üçün üzünüzə nəmləndirici və qidalandırıcı kremlər çəkin, hətta günəşdən qoruyucu krem də istifadə edin, bol maye qəbul edin, təzə meyvə-tərəvəz yeyin.(milli)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1611   Tarix: 16 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Baş ağrısının səbəbi nələrdir və bundan necə qurtulmaq olar?

Baş ağrısının səbəbləri stres, qidalanma vərdişləri, göz problemləri, dərmanların yan təsirləri, diş çürüməsi, həmçinin qulaq, burun və boğaz xəstəliklərindən yarana bilər. Axşam.az xəbər verir ki, baş ağrının əsas səbəbləri aşağıdakı kimidir:. - Soyuqdəymə və qrip kimi xəstəliklər. - Stres. - Həddində

21.01.2024 960
.

Soğan qabığını atmayın - Sağlamlığı və görünüşü yaxşılaşdırır

Hər kəs soğanın faydalarını bilir, lakin onların qabıqlarının sağlamlıq və gözəllik üçün də inanılmaz dərəcədə faydalı olduğu çox az adama məlumdur. Soğan qabığı bir çox faydalı xüsusiyyətlərə malik unikal məhsuldur. xarici mətbuata istinadən xəbər verir ki, soğan qabığının sağlamlıq üçün bir sıra faydalar

10.03.2024 893
.

İnsan ömrünü uzadan ərzaqlar AÇIQLANDI

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir. Xəstəliyin səbəblərindən biri beyin damarlarının, ürəyin tac arteriyalarının, böyrək damarlarının aterosklerotik zədələnməsidir. Bu, düzgün olmayan qidalanma, qeyd oluna

31.03.2024 718
.

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl

20.03.2024 1206
.

Həkim məsləhəti olmadan vitamin qəbul etmək olar?

Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib. Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunite

11.02.2024 834
.

Zərərsiz hesab etdiyimiz vərdişlər mədə xərçəngi yaradırmış

Həddindən artıq çox yemək və ya ayaqüstü istehlak vərdişi mədə xərçənginə səbəb olan zərərsiz faktorlardandır. Bu barədə rusiyalı onkoloq və cərrah Beslan Balkarov xəbərdarlıq edib. Mütəxəssisin sözlərinə görə, mədədə xərçəng hüceyrələrinin digər potensial səbəbi "Helicobacter pylori" bakteriyasıdır

20.01.2024 1218
.

Kakaonun qan təzyiqinə möcüzəvi təsiri AÇIQLANDI

Kakao qan təzyiqini, damarlardakı sərtliyin göstəriciləri yüksək olan zaman aşağı sala bilir. Bu barədə britaniyalı alimlərin araşdırmasından məlum olub. Bildirilib ki, mütəxəssislər kakaonun tərkibində olan birləşmələri, xüsusilə flavanolları təhlil ediblər. Sonra təcrübə iştirakçılarından bir neç

04.02.2024 930
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

24.03.2024 13120
.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24.03.2024 932