Toyu olacaq bəylərin nəzərinə - Kişilərin toydan öncə verməli olduğu analizlərin SİYAHISI

Toyu olacaq bəylərin nəzərinə - Kişilərin toydan öncə verməli olduğu analizlərin SİYAHISIHazırda toylar mövsümü start götürür. İnsanlar toya kimi bütün hazırlıqlardan keçir, təkcə səhhəti ilə bağlı atmalı olduğu addımlar nədənsə unudulur.

Çoxsaylı aşkar və gizli cinsi infeksiyaların geniş yayıldığını nəzərə alsaq, toyu olacaq gənclərin toydan 1 ay öncə fərdi uroloji müayinədən keçib, cinsi yolla keçən infeksiyalardan analizlər verməsi mütləqdir.

BiG.AZ medicina.az-a istinadən bildirir ki, mövzu ilə bağlı suallara uroloq Seymur Mehtiyev cavab verib:

" Toydan öncə kişilərin hansı müayinələrdən keçməsi mütləqdir və nə qədər öncə analizlər verilməlidir?"

-Toydan 1-2 ay öncədən həm xanımın, həm bəyin müayinədən keçməsi vacibdir. Təbii ki, dövlətimizin gözəl addımlarından olan məcburi qan analizi və müayinədən başqa, ayrıca ginekoloji, uroloji müayinələrdən də keçməlidirlər.

Bizim tərəfimizdən bu müayinələr tövsiyyə olunur:

-Spermoqramma - toxum analizi. Gələcəkdə övlad sahibi olmaq üçün bu vacib müayinədir. Ailə qurduqdan sonra uzun müddət hamiləlik olmadıqda gedib bu analizi verirlər və sürprizlə rastlaşırlar. Bir də var öncədən analizin cavabını və nəyə hazır olacağanı bilir.

-USM - uroloji və genital orqanların müayinəsi- orqanların anatomik olaraq dəyişikliklərini bilmək

-Sidik analizi

-Urogenital infeksiyaların yoxlanması

Şərt o deyil ki, hansısa əlamət, axıntı, yanğı, ağrı olsun. İnfeksiyalar gizli da qala bilir. Və bəy toydan sonra cinsi yolla keçən infeksiyaları xanımına da yoluxdurur. Beləcə cütlüyün müalicəsi daha baha başa gələcək, hamiləlikdə də problemlər yaşanacaq.

Əgər 1-2 ay öncə bu müayinələrdən keçsə, hətta müalicəyə da zamanı olar.

Bəs problemi qarşı tərəfə, yəni qız evinə deməlidirmi, yoxsa gizlətməlidir sualına həkim belə cavab verdi:

- Bu artıq pasiyentin şəxsi qərarıdır. Həkimin ixtiyarı yoxdur pasiyent sirrini deməyə. Əgər müalicə olunan xəstəlikdirsə, deməyə ehtiyac yoxdur. Ciddi problemdirsə, məsələn ağır genetik problem, 0-azosperm, xayaların normal inkişaf etməməsi kimi məsələləri bir insan kimi düşünürəm ki, qarşı tərəfə desə yaxşı olar. Amma yenə də ola bilər qarşı tərəf bununla razılaşsın, hər şeyə rəğmən ailə qursunlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2176   Tarix: 01 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261