İllər əvvəl baş verən cinayət və intiharlarda Adnan Oktar İZİ - Dəhşətli faktlar - FOTO

İllər əvvəl baş verən cinayət və intiharlarda Adnan Oktar İZİ - Dəhşətli faktlar - FOTOÖzünü din xadimi kimi təqdim edən, bir müddət əvvəl həbs edilən Adnan Oktar və təşkilatının illər əvvəl baş verən intihar hadisələrində əlaqəsi olduğu ehtimal edilir.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, artıq polis bu istiqamətdə araşdırma aparır.

1980-90-cı illərdə şübhəli qalan iki intihar və bir cinayət işinə yenidən baxılacaq. Adnan Oktar təşkilatının həmin hadisələrdə əlinin olub-olmadığı araşdırılır.

Belə ki, 1988-ci ildə özünü Boğaz Körpüsündən ataraq intihar edən universitet tələbəsi Tayfun Baban, 1989-cu ildə 11-ci mərtəbədən ataraq ölən tələbə Vistül Ayerdem və Oktarın ən yaxını olan elektronika mütəxəsissi Serkan Ciminlinin 1998-ci ildə Bəbəkdə iki nəfər tərəfindən öldürülməsi ilə bağlı cinayət işləri yenidən açılıb.

Adnan Oktar təşkilatında elektronika mütəxəssisi olan S.Ciminli sevgilisi ilə birlikdə olanda öldürülüb. Onun "Qızıl imamlar" deyilən qrupa aid çoxlu şantaj videogörüntüləri hazırladığı iddia edilir.

1988-ci ildə 21 yaşında intihar edən universitet tələbəsi Tayfun Babanın atası Ertan Baban oğlunun çox incə bir şəkildə planlanmış cinayətə qurban getdiyini bildirib.

O, oğlunun 6 ay ərzində Adnan Hocanın evində qaldığını və hadisədən 15 gün əvvəl oradan ayrıldığını öyrəndiklərini deyib. T.Babanın bu cür açıqlamalar verən atasının cəsədi hələ də tapılmayıb. T.Baban işi isə intihar hadisəsi olaraq bağlanıb.

1989-cu ildə Boğaziçi Universitetin kompüter mühəndisliyi ixtisasında təhsil alan Vistül Ayerdem bir binanın 11-ci mərtəbəsindən aşağı düşərək ölüb. Ailə qızlarının Adnan Oktarla əlaqəsinin olduğunu rədd edib. Qızın ailəsi "qızımız cinayət qurbanı olub" deyə açıqlama vermişdilər.

Qeyd edək ki, aparılan araşdırmalar çərçivəsində bir müddət əvvəl polis daha üç intihar hadisəsinin də A.Oktar təşkilatı ilə əlaqəsinin olmasnı araşdırmağa başlayıb. Onlar 1988-ci ildə Kadıköy Kızıltorpaqda 10-cu mərtəbənin eyvanından özünü ataraq intihar edən Nil Kalkava, 2002-ci ildə Arnavutköydə Halil Paşa Villasında özünü paltar şkafından asaraq intihar edən, 1995-ci il Dünya gözəli yarışmasının yarım finalçısı Ahu Paşakay və 2000-ci ildə Böyükçəkməcədə evində intihar edən Nuray Tınarın cinayət işidir.

Bununla yanaşı Adnan Oktar və adamlarının evlərindən ələ keçirilən 2500 hard disk, CD, dinləmə cihazı və qeydlərini də araşdırır. Bu istiqamətdə bəzi araşdırmalar başa çatıb. Əldə edilən görüntülər arasında fotomontajlı porno CD-lər də var. Onlarla kimin şantaj edildiyi də araşdırılır.

Araşdırmalar zamanı Oktar təşkilatının bəzi telefon operatorlarında işləyən şəxslərlə əlaqələrinin olduğu məlum olub. Həmin şəxslərin Oktar və adamlarına məlumat ötürdüyü müəyyən edilib.

İllər əvvəl baş verən cinayət və intiharlarda Adnan Oktar İZİ - Dəhşətli faktlar - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1337   Tarix: 25 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089