"Patron"dan açıqlama: Bu, bizə qarşı "qara kampaniya"dır
Bir neçə gün əvvəl bəzi Azərbaycan xəbər saytlarının elektron ünvanına "Murad Həsənli" imzası ilə "Patron" tumları haqqında şikayət məktubu daxil olub.
Məktubda iddia olunurdu ki, hansısa Şabran sakininin (ad-soyad, əlaqə qeyd olunmur) aldığı "Patron" tumunun qablaşdırmasını açarkən içindən yad cisim çıxıb.
Məktub bir neçə saytda dərc olundu.
Məsələni aydınlaşdırmaq üçün şikayət edən emailə yazaraq əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, şübhəli təsir bağışlayan bu emaildən cavab ala bilmədik.
Tərtər rayonunda fəaliyyət göstərən "Patron" günəbaxan tumlarının istehsalçısı Elşad Məmmədov ilə əlaqə saxladıq. E.Məmmədov bu cür məlumatların məqsədli şəkildə yayıldığını bildirdi:
"Bizim istehsal prosesindən az-çox xəbəri olan hər kəs bilir ki, belə bir hal qeyri-mümkündür. "Patron" günəbaxan tumlarının qablaşdırılması prosesi tamamilə avtomatlaşdırılıb. Məhsul qablaşdırmaya qədər bir neçə mərhələdən keçir. Qablaşdırmadan əvvəl xüsusi avadanlıq vasitəsi ilə məhsul ələkdən keçirilir. Bu ələk nəinki hər hansı yad cismi, hətta standart ölçüdə olmayan tumları belə qablaşdırmaya buraxmır. Belə halda daha böyük ölçülü yad cisim qablaşdırmaya necə düşə bilər? Hesab edirəm ki, bu, məqsədli şəkildə hazırlanan "qara kampaniya"dır. Biz bunu təəssüf hissi ilə qarşılayırıq. Bunu kimin etdiyini bilmirik. Amma hər kim edibsə, istər rəqiblərimiz olsun, istər hər hansı başqa bir adi şəxs, bunu heç bir Azərbaycan vətəndaşına yaraşdırmırıq".
E.Məmmədov onu da qeyd etdi ki, bu gün regionda fəaliyyət göstərməsinə baxmayaraq, bütün ölkə bazarına açılmağı bacaran azsaylı şirkətlərdən biridirlər: "Bizim uğurun sirri işimizi düzgün qurmağımızla bağlıdır. Biz həm ölkə iqtisadiyyatına, həm hər bir müştərimizə keyfiyyətli xidmət göstərməyi qarşımıza məqsəd qoymuşuq. Bütün bunlar intizamlı fəaliyyətin, məsuliyyətli işin nəticəsidir. Bizə ən doğru qiyməti də məhz müştərilərimiz verir. Bu gün bazarda əhəmiyyətli paya sahib olmağımızda, inkişafımızda hər bir müştərinin payı var və buna görə onlara təşəkkür edirik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2004 Tarix: 26 iyul 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nə qədər yaşayacaqsınız? Ölümü 24 saatda hesablamağın yolu
Alimlər bildirirlər ki, cəmi 24 saat ərzində aparılan genetik analiz gələcəkdə insan sağlamlığı ilə bağlı gizli riskləri əlamətlər ortaya çıxmadan illər əvvəl müəyyən etməyə imkan verə bilər. xarici mediaya istinadən xəbər verir ki, araşdırmalara əsasən, genetik markerlərin qısa müddətdəki dinamikas
02.04.2026 289 Günəşi görmədən 1500 il: Misirdə palçıq altında qalmış şəhər tapıldı
Nil deltasında minilliklər boyu yığılan lil təbəqələri qədim şəhərləri gizlədərək çoxsaylı arxeoloji tapıntıları qoruyub saxlayıb. Qaynarinfo xəbər verir ki, "DailyGalaxy" nəşrinin yazdığına görə, alimlər bu yaxınlarda Tell əl-Farain arxeoloji ərazisində - qədim Buto şəhəri ilə əlaqələndirilə
02.04.2026 168 Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Aprelin 2-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, Məsud Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Preziden
02.04.2026 227 PSJ "Real"dan onu almaq istəyir
Fransa çempionu PSJ İspaniya vitse çempionu "Real"ın fransız yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə maraqlanır. -ın xarici mediaya istinadən məlumatına görə, Fransa klubu 23 yaşlı futbolçunu yay transfer pəncərəsi zamanı transfer etmək istəyir. "Kral klubu" yalnız təklif əlverişl
02.04.2026 217 Rumıniyada Mirça Luçesku erası başa çatdı
Rumıniya Futbol Federasiyası baş məşqçi Mirça Luçesku ilə yollarını ayırdığını açıqlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanu açıqlamasında Luçeskuya təşəkkür edərək deyib: "Cənab Mirça Luçesku bu çağırışı qəbul etdi və Rumıniy
02.04.2026 237 FT: Körfəz ölkələri Hörmüz boğazından yan keçən neft kəmərlərinin tikintisini nəzərdən keçirir
Körfəz ölkələri neft ixracını Hörmüz boğazından yan keçməklə həyata keçirməyə imkan verəcək yeni boru kəmərlərinin tikintisini nəzərdən keçirir. Bu barədə "Financial Times" öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, yeni kəmərlər regionun Hörmüz boğazındakı vəziyyətdən asılılığın
02.04.2026 213 Paşinyanın Moskva səfəri: balans siyasəti, yoxsa məcburi addım?
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş regionda gedən proseslər fonunda diqqət çəkdi. Görüş xüsusilə Ermənistanda yaxınlaşan parlament seçkiləri kontekstində siyasi əhəmiyyət daşıyır. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən politoloq Turan Rzaye
02.04.2026 255 Zəlzələ zamanı çəkilən görüntülər böyük ajiotaj yaratdı
Egey dənizində baş verən zəlzələ zamanı Türkiyə və Yunanıstan səmasında görünən qeyri-adi işıq şüaları diqqəti cəlb edib. -ın xarici mediaya istinadən xəbərinə görə, görüntülər sosial mediada tez bir zamanda yayılsa da, mütəxəssislər bu fenomenin "zəlzələ işıqları" kimi tanınan nadir təbi
02.04.2026 340 Qızıl və gümüş ucuzlaşdı
Nyu-York birjasında qızıl və gümüş ucuzlaşıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 2.41% azalaraq 4,697 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 5.39% ucuzlaşaraq 71.98 ABŞ dolları təşkil edib
02.04.2026 209