"Qızımı avtobusa mindirməmişəm" sözləri Fatimənin başına bəla oldu

"Qızımı avtobusa mindirməmişəm" sözləri Fatimənin başına bəla olduRəqqasə Fatimə Fətəliyevanın "Qızımı avtobusa mindirməmişəm, maşınla məktəbə gedib" sözləri sosial şəbəkədə tənqidlərə səbəb olub.

Axşam.az-ın məlumatına görə, bir çoxları sənətçinin avtobusa minən insanları təhqir etdiyini yazıblar. Fatimə ünvanına yazılan sərt sözlərə cavab verib:

"Mənim sözüm niyə belə birmənalı qarşılanır? Hamınız başlayırsız topa tutmağa. Nə mən, nə də övladım xalq düşməniyik. Övladımı elə bir əziyyətlə, zəhmətlə böyütmüşəm ki, bir bilsəniz. Qınamayın. "Üfürə-üfürə" dediyim sözüm odur ki, uşaqlıqdan ali savad alana kimi onu qorumuşam. Çünki şou-biznesdə uşaq saxlamaq çətindir. Sənət adamları anlayar ki, analıq hissi bizim üçün ikiqat çətindir. Xahiş edirəm sözlərimi əlinizdə bayraq etməyin, birmənalı qarşılayan dırnaqarası tamaşaçılar. Mən heç bir övladı aşağılamıram.

Hamının övladı necə, mənim də övladım elə. Mənim üçün sizlərin övladı da mənim övladımdır. Buna nümunə olaraq, hər xınasını yaxdığım qız övladına deyirəm, qızıma nə arzulayıramsa, sizə də arzulayıram, sizlər də mənim balamsız. Sevinməyin Fatimədə səhv tapdıq, topa tutaq.

"Avtobus" söhbətini qlobal problemə çevirməyin. Bəsdirin... Danışdığım mövzu başqadır. Sizlər niyə mövzunu dəyişirsiz axı? Qızımı təhqir ediblər. Bundan söhbət edirəm. Hansı ana istəyər ki, övladına kimsə əl qaldırsın? Hansı xanım istəyər ki, onun nəslindəki kişiyə desinlər, ailəndə kişi yoxdur. Yazanda və müzakirə edəndə bunu edin, başqa dəxlisiz mövzulara toxunmayın. Məni də, ailəmi də bilən bilir. Məni tamaşaçımın gözündən salmaq lazım deyil".

Qeyd edək ki, Fatimə İnstaqramda canlı yayıma girib, müğənni Xatun Əliyeva ilə aralarındakı qalmaqaldan danışıb. Bu zaman rəqqasə qızı Aydanı ifaçının təhqir etdiyini söyləyib. Fatimə "Mənim qızım avtobusa minməyib, maşınla gedib-gəlib. Onu üfürə-üfürə böyütmüşəm. Tərbiyyəsi, ağlı yerindədir" sözlərini söyləyib. Onun bu fikirləri birmənalı qarşılanmayıb. İzləyicilər Fatiməni "Avtobusla getmək tərbiyəsizlikdir? Avtobusla gedən tərbiyəsiz olur? Uşağını sevməyən onu avtobusla yola salır?" kimi sözlərlə qınayıblar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1724   Tarix: 23 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063